5.
İctimai standartlar
5.1. Ümumi
prinsiplər
Oftalmoloq ictimaiyyətlə əlaqələri onların sosial məsuliyyətinin göstəricisi olduğuna və düzgünlüyün ən
yüksək səviyyəsini nümayiş etdirməsinə inandırmalıdır.
5.2. Standartlar
Oftalmoloq:
•
ictimaiyyətlə hörmət və ehtiramla rəftar etməlidir;
•
etiqadnamə, təlim, təcrübə və bacarıqları təhrif etməkdən çəkinməlidir;
•
səhv, yalan və ya aldadıcı məlumatların verilməsindən boyun qaçırmalıdır;
•
əsas məlumatı gizlətməklə azdırıcı informasıyanın verilməsinə yol verməməlidir;
•
hər hansı şəxsin narahatlığından və təşvişindən öz xeyri üçün istifadə etməməlidir.
6. Kommersiya
standartları
6.1. Ümumi
prinsiplər
Oftalmoloq xəstəni inandırmalıdır ki, göstərdiyi oftalmoloji xidmətin məbləği xəstələri və ya bu məbləği
ödəyən şəxsləri istismar etmir, iqtisadi və qeyri iqtisadi maraqların ziddiyyətləri tibbi xidmətin yüksək
səviyyədə göstərilməsinə təsir göstərmir və bu xidmətlərin reklamı hər hansı kommersiya məqsədi
güdmədən yalnız məlumatlandırma xarakteri daşıyır.
6.2. Standartlar
Həkim:
•
yalnız xəstənin ən çox ehtiyac duyduğu müayinə, tibbi ləvazimat, dərman və ya tibbi prosedurları
məsləhət görməlidir;
•
maddi marağı naminə qarşısı alınmadığı təqdirdə xəstəyə ziyan vura biləcək yardımın
göstərilməsindən imtina etməməlidir;
•
lazım olmayan müayinələrin, tibbi avadanlıqların, dərmanların və prosedurların təyinatından
çəkinməlidir;
•
gələcək xərclər daxil edilməklə ödənişlər təhrif edilmədən açıqlanmalıdır;
•
xidmətlərin və onların tariflərinin təhrif edilməsindən çəkinməlidir;
•
kommersiya maraqlarını güdmədən, təklif olunan xidmətlər barəsində tam və aydın şəkildə
məlumatların verilməsini təmin etməlidir.
Beynəlxalq Oftalmologiya Şurasının Etik Komitəsi tərəfindən hazırlanıb:
Sədr- Prof. Pinar Aydın, Türkiyə.
Pran Naqpal, Hindistan
Antonio Secchi, İtaliya
Məsləhət Şurası:
Charles Zaks
Albert Jonsen
18.02.2006-cı il tarixdə BOŞ-un Məşvərətçi Komitəsi tərəfindən bəyənilib.
19.02.2006-cı il tarixdə Beynəlxalq Oftalmologiya Şurası tərəfindən bəyənilib.