AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
25
komandanız ilk növbədə sizi işinizin bilicisi kimi qiymətləndirməlidir. Yəni kişi,
yaxud qadın olmağınızı deyil, peşəkarlığınızı qəbul etməlidir və sizi əks cinsin
nümayəndəsi kimi qəbul etməməlidir. Bu həm kişilərə, həm də qadınlara aiddir.
Özünüzü bilici kimi göstərmək istəyirsinizsə, təmkinli və ciddi paltarlar daha çox
sizə kömək edəcəkdir. Heç vaxt nə geyinəcəyinizi (xüsusilə vacib bir görüşdən
əvvəl) son axşam həll etməyin. Bunu bir az əvvəl həll edin ki, hər şey əvvəlcədən
hazırlansın, ütülənsin və yoxlanılsın.
İşgüzar ünsiyyətin ənənəvi janrlarında (kütləvi çıxışlar, reportajlar, şərhlər,
məsləhətləşmələr) işgüzar tərəfdaşların ünsiyyət strategiyaları həyata keçirilir ki, bu
da yalnız özünü təqdimetmə bacarığını deyil, həm də tərəflərin fəlsəfəsini, təşkilati
dəyərlərini və korporativini tanıtma bacarığını tələb edir.
İşgüzar ünsiyyətdə nitq və ya ünsiyyət strategiyası nitq vəziyyətinin xüsusiyyətləri,
danışanların fərdi xüsusiyyətləri, sosial qrupun, ölkənin nitq ənənələrinin
xüsusiyyətləri ilə müəyyən edilir. Strategiyanın seçiciliyi əsasən dialoq
iştirakçılarının hədəf parametrləri ilə əlaqədardır: qarşılıqlı faydalı bir əməliyyat
bağlamaq, münaqişə vəziyyətini həll etmək, sazişin, müqavilənin yerinə
yetirilməsinin detallarını və ya gedişatını müzakirə etmək, vacib təşkilati müzakirə
və s.
İşgüzar danışıqlarda tərəflər hüquqi şəxslərin iqtisadi maraqlarını, təhlükəsizlik
maraqlarını, üstünlük, prestij maraqlarını təmsil edirlər. Müasir şəraitdə şirkətlər
bazarda lider mövqeyini qorumaq və rəqiblərin onlara mane olmaması üçün çox vaxt
xərc çəkirlər. Birinin maraqlarını qorumaq nöqteyi-nəzərindən danışıqlar digər tərəf
hətta inadkar mövqeyində dayananda da faydalıdır. İstənilən danışıqları daha uğurlu
edən ifadələr var:
Þ
Sizinlə bizim maraqlarımızda ...
Þ
Sizin üçün və bizim üçün bərabər dərəcədə vacibdir.
Þ
Bu problemin həllində maraqlarımız üst-üstə düşür.
Þ
Ümid edirəm ki, sizinlə birlikdə bu münaqişə vəziyyətindən çıxış yolu
tapmaqda maraqlıyıq.
Dostları ilə paylaş: