Microsoft Word yeni vəSAİT. docx


İşgüzar üslubda özünütəsdiq təqdimatı üzrə nümunələr və kommunikativ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə19/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   ...   15   16   17   18   19   20   21   22   ...   140
ADIAK-YENI VƏSAİT (1)

İşgüzar üslubda özünütəsdiq təqdimatı üzrə nümunələr və kommunikativ 
məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
26 
Tapşırıq:
Suallara cavab verin.
 
 
1.
İşgüzar ünsiyyətin uğuru dedikdə nə başa düşülür? 
2.
Effektiv nitq təqdimatı nədir? Şifahi monoloqda tez-tez istifadə olunan 
üsullar hansılardır? 
3.
Xoş təəssürat yaratmaq, tərəfdaşların şifahi təqdimatında müsbət görüntü 
yaratmaq üçün hansı qaydalar və üsullardan istifadə olunur? 
4.
İşgüzar ünsiyyətin ənənəvi janrları hansılardır? 
5.
İstənilən danışıqları daha uğurlu edən hansı ifadələrdən istifadə edə bilərik? 
 
Tapşırıq.
İşgüzar ünsiyyətin əsas formalarından biri olan çıxış nümunəsində nitq 
mədəniyyətinin əsas göstəricilərinin əməl edilməsinə diqqət yetirin
(mehriban-
aliyeva.az
). 
ÇIXIŞ
 
2015-ci il sentyabrın 8-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə 
“Azərbaycan Parisin ürəyində”
adlı layihə çərçivəsində 
“Dini tolerantlıq:
Azərbaycanda birgə yaşamaq mədəniyyəti”
mövzusunda keçirilən konfransda 
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-
Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyevanın
 
çıxışı
- Hörmətli konfrans iştirakçıları. 
Xanımlar və cənablar. 
Əziz qonaqlar. 
“Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” adlı konfransda sizin 
hər birinizi salamlayıram. Konfransın hazırlanmasında bizə dəstək olan Parisin 1-ci 
rayonunun meri cənab Jan Fransua Löqareyə və meriyanın bütün əməkdaşlarına 
dərin minnətdarlığımı bildirirəm. 
Azərbaycan tarix boyu sivilizasiyaların, mədəniyyətlərin, dinlərin qovuşuğunda 
yerləşib. Ölkəmiz Asiya ilə Avropa arasında təbii bir körpüdür. Əlbəttə, bu coğrafi 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
27 
yerləşmə ölkəmizdəki mədəni müxtəliflikdə öz rolunu oynamışdır. Əsrlər boyu bu 
qədim diyarda müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin, etnik qrupların 
nümayəndələri sülh və əmin-amanlıq şəraitində bir ailə kimi yaşamışlar. 
Biz minilliklərlə cəmiyyətimizdə formalaşan tolerantlıq və dözümlülük ənənələrini 
müstəqilliyimizi bərpa etdikdən sonra da qoruyub saxlamışıq və daha da 
möhkəmləndirməyə çalışırıq. 
Azərbaycan nadir ölkələrdən biridir ki, eyni zamanda, həm İslam Əməkdaşlıq 
Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Azərbaycan dünyəvi müsəlman 
ölkəsidir. İslam bizim müqəddəs dinimizdir və biz öz dinimizə, öz ənənələrimizə, 
öz köklərimizə böyük hörmətlə yanaşırıq. Biz öz mədəni, dini və tarixi irsimizlə 
fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə tikilmiş 
məscid Azərbaycanın Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən 
biri olan Qafqaz Alban kilsəsi Azərbaycanın digər çoxəsrlik tarixi olan Şəki 
şəhərinin yaxınlığında yerləşir. Pravoslav və katolik kilsələri, sinaqoqlar, 
atəşpərəstlər məbədi – bütün bunlar Azərbaycanın mədəni irsinin tərkibidir. Biz öz 
ənənələrimizə, öz köklərimizə, öz tariximizə çox böyük hörmətlə yanaşırıq. Eyni 
zamanda, biz dünyaya açıq və bütün ölkələrlə əməkdaşlıq qurmağa çalışan bir 
ölkəyik. 
Bu gün Azərbaycanda digər azadlıqlar kimi, dini azadlıqlar da tam şəkildə təmin 
edilir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Ölkəmizdə bütün xalqların, 
bütün dinlərin, bütün etnik qrupların nümayəndələri eyni hüquqlara malikdirlər. 
Əlbəttə, bu, ölkənin Konstitusiyası ilə təsbit olunub, lakin reallıq da belədir. 
Azərbaycan xalqında olan dözümlülük, əsrlər boyu formalaşan bu mühit ona 
gətirib çatdırıb ki, bizim üçün bu, normal yaşayış, həyat tərzidir. Heç zaman 
Azərbaycanda dini, milli zəmində heç bir qarşıdurma yaxud anlaşılmazlıq olmayıb 
və yoxdur. İctimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə 
Azərbaycanda xalqlar qarşılıqlı hörmət və anlayış şəraitində yaşayıblar. 
Bu sahədə düşünülmüş dövlət siyasəti, cəmiyyətdə formalaşmış dözümlülük, 
tolerantlıq ənənələri və əlbəttə, ölkəmizin son illər çox sürətli iqtisadi inkişafı 
dünyada yayılan radikalizm və dini ekstremizm meyillərinin qarşısını almaq üçün 
ən əsas amillərdir. Bu gün Azərbaycanda bütün dinlərin, millətlərin və etnik 



Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin