AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
34
2.
məlumat ötürülməsi;
3.
mübahisə;
4.
həmsöhbətin dəlillərinin təkzib edilməsi;
5.
qərar vermə.
Tədqiqatçılar iş söhbətinin uğurlu olmasına imkan verən bəzi amilləri də qeyd
edirlər:
ü
peşəkar bilik məlumatın yüksək obyektivliyini, etibarlılığını və
təqdimetmə dərinliyini həyata keçirməyə, vəziyyəti yaxşı
mənimsəməyə imkan verir;
ü
aydınlıq qeyri-müəyyənlikdən, qarışıqlıqdan, alt-üst olmaqdan
çəkinərək faktlar və detalları əlaqələndirməyə imkan verir;
ü
görüntü- illüstrativ materiallardan (sənədlər, məlumat mənbələri,
cədvəllər, diaqramlar və s.) istifadə, həm də maksimum istifadə
məlumatların təqdim olunmasının mücərrədliyini azaldır;
ü
daimi diqqət (söhbətin əsas vəzifələrini daim unutmamalı və bir qədər
həmsöhbətlə tanış olmalısınız) söhbətin istənilən tempini qorumağa və
lazımi nəticələrə nail olmağa imkan verir;
ü
əsas fikirlərin və düşüncələrin təkrarlanması həmsöhbətə məlumatı
qəbul etməyə kömək edir;
ü
yumor və istehza həmsöhbətlərin ruhunu, söhbətin xoşagəlməz
tərəflərini də dərk etməyə yardımçı olur.
İşgüzar söhbət fikir və məlumat mübadiləsini əhatə edir, ancaq müqavilələrin
bağlanmasını və ya məcburi qərarların hazırlanmasını nəzərdə tutmur. İşgüzar
söhbət müstəqil ola bilər, danışıqlardan əvvəl ola bilər və ya danışıqlar prosesinin
elementi ola bilər.
Dostları ilə paylaş: