Microsoft Word yeni vəSAİT. docx



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə31/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   ...   27   28   29   30   31   32   33   34   ...   140
ADIAK-YENI VƏSAİT (1)

Mövzu:6 
 
1.
 
 İşgüzar ünsiyyətin monoloji janrları.
2.
 
Monoloji nümunələr və kommunikativ məzmunlu sual və tapşırıqlar 
üzərində praktik işlər.
 
Monoloji nitq.
Nitq prosesində danışanın və dinləyənin iştirakı həmişə eyni 
formada olmur. Bəzən dinləyən sual verir, danışana öz rəyini söyləyir. Bəzən isə 
dinləyən müsahibinin danışığına müdaxilə etmir, münasibət bildirmir. Bunlar nitqin 
dialoji və monoloji formalarını yaradır. 
Monoloji nitq dialoji nitqlə müqayisədə struktur baxımından sadədir. Burada bir 
nəfər fikri geniş və ya müxtəsər şəkildə, rabitəli bir tərzdə ifadə edir. Bu zaman 
danışanın müsahibi və müsahibləri ilə əks əlaqəsi olmur. Monoloji nitqin əsas 
məqsədi nitqin əsas kommunikativ növlərindən (təsvir, təsdiqləmə, fikir söyləmə, 
səciyyələndirmə) istifadə etməklə hər hansı bir məzmunu başqasına çatdırmaqdır. 
Bu nitq proqramlaşdırılmış, təşkil olunmuş nitqdir. Belə ki, danışan deyəcəklərini 
əvvəlcədən düşünür, eyni zamanda ifadə edəcəyi fikrin həcmini bilir. Bundan başqa, 
ifadə edəcəyi fikrin xarakterini müəyyənləşdirir, auditoriyaya müraciət formasını 
dəqiqləşdirir. Hansı materialları deyəcəyini, müsahibinin və müsahiblərinin 
səviyyəsini, deyəcəklərinin onlara necə təsir edəcəyini təsəvvüründə qabaqcadan 
canlandırır. 
Monoloji nitq mütəşəkkil nitq növü hesab olunur. Məsələn, müəllimin mühazirəsi 
monoloji nitqdir. Bədii ədəbiyyatda da çoxlu sayda monoloji nitqə rast gəlirik. 
Məsələn, İsgəndərin monoloqu, Hamletin monoloqu və s.
Monoloji nitq fasiləsiz, ardıcıl, əlaqəli və məntiqli olmalıdır. Ona görə də monoloji 
nitqdən istifadə edən çatdıracağı məlumatın məzmununu dərindən bilməli və aydın 
dərk etməlidir. Eyni zamanda zəngin söz ehtiyatına malik olmalı, nitqin təsirlilik və 
emosionallıq xüsusiyyətlərini qorumalıdır. Danışdığı dilin qayda-qanunlarını 
mükəmməl bilməlidir. 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
44 
İşgüzar ünsiyyətdə monoloq bir şəxsin davamlı bir ifadəsidir. Nisbətən fasiləsiz, 
ardıcıl və məntiqli, nisbi dolğunluğa malikdir, quruluşu mürəkkəbdir. Yığıncaqda 
məruzə, hesabat və mesaj janrları, səhmdarlara, həmtəsisçilərə edilən çıxışlar 
ilə 
təmsil olunan monoloq, bir qayda olaraq, vərəqdən oxunan, yazılı bir xarakter 
daşıyan və buna görə də dərhal mövcud olan nitqdir. İki formada – şifahi və yazılı 
formada ifadə olunur. 
Bu gün işgüzar ünsiyyət dairəsi əhəmiyyətli dərəcədə genişlənir. Reklam, sosial 
ünsiyyət işgüzar ünsiyyətin ayrılmaz hissəsinə çevrilir. Bu gün bir müəssisə və 
biznesin müvəffəqiyyəti bir çox hallarda mövqelərini əlverişli təqdim etmək, 
potensial tərəfdaşa maraq göstərmək və xoş təəssürat yaratmaq qabiliyyətindən 
asılıdır. Buna görə monoloq nitqi getdikcə işgüzar ünsiyyət təcrübəsinə çevrilir: 
təqdimat nitqi, təntənəli nitq, müxtəlif iclaslarda açılış nitqi və digər etiket mətnləri.

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin