AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
109
ü
Məktubun (sənədin) bir neçə ünvana göndərilməsi zərurəti yaranarsa,
hər bir nüsxəsinin üzərinə “surəti” sözü əlavə olunmalıdır. Məsələn,
“Azərbaycan Respublikası Təhsil Nazirliyinə”. Surəti: “Bakı şəhər
icra hakimiyyətinə”. Belə olan hallarda işgüzar məktubun göndərildiyi
birinci şəxs və ya təşkilat həmin məktuba cavab verməlidir. Məktubun
surəti göndərildiyi şəxsin və ya təşkilatın cavabı məcburi deyildir;
ü
Hər bir işgüzar məktubun konkret mövzusu olmalıdır. Bu, qarşı tərəfin
vaxtına qənaət deməkdir. Belə ki, digər yazışmalar arasında
göndərilən məktublar içərisində konkret mövzulu məktub asanlıqla
tapılır və ona cavab verilməsinə kömək edir;
ü
İşgüzar məktub salamlaşma ilə başlayır, sonra onun ünvanlandığı
şəxsə və təşkilata müraciətlə davam etdirilir. Bu hal qarşı tərəfin vacib
bir şəxs olması qənaətinə gəlməsinə səbəb olur.
Dostları ilə paylaş: