Microsoft Word yeni vəSAİT. docx



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə73/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   ...   69   70   71   72   73   74   75   76   ...   140
ADIAK-YENI VƏSAİT (1)

 
Mövzu 12 
 
1.
 
Yazılı işgüzar kommunikasiya və onların aparılması qaydaları. 
2.
 
Sənəd yazılı işgüzar ünsiyyətin əsas məhsulu kimi və onun xüsusi 
funksiyaları. Kommunikativ məzmunlu sual və tapşırıqlar üzərində praktik 
işlər. 
Yazılı işgüzar ünsiyyət.
Yazılı işgüzar üslubdan idarə, müəssisə və təşkilatlarda 
işgüzar yazışmaların aparılması prosesində daha çox isifadə olunur. Bu üslub 
dilçilər tərəfindən müxtəlif formalarda adlandırılır: yazılı işgüzar üslub, rəsmi 
üslub, qanunların dili, işgüzar dil, rəsmi sənəd dili və s. Bunların hamısı mahiyyət 
etibarı ilə eyni mənanı daşıyır. Yazılı işgüzar üslubun formalaşması XVI əsrdən 
başlamışdır. Azərbaycanda dövlətçiliyin təşəkkül tapdığı Xətai dövründə müxtəlif 
sənəd nümunələri yaranmış, dövlətlərarası yazışmalardan istifadə olunmuşdur. 
Sonralar bu üslub daha da inkişaf etmiş və mükəmməlləşmişdir. Yazılı işgüzar 
ünsiyyətin həyata keçirilməsində əsas məqsəd sağlam ünsiyyət yaratmağa, daxildə 
və beynəlxalq aləmdə dövlətin imicinin yüksəlməsinə xidmət edir. Bu ünsiyyət 
işgüzar aləmdə fiziki və hüquqi şəxslər arasında münasibətlərin qurulmasında 
böyük rol oynayır. Yazılı işgüzar ünsiyyət hər hansı sənədin səlis, aydın, savadlı və 
məzmunlu tərtib edilməsi üçün istifadə olunan qayda və vasitələrin məcmusudur. 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
107 
Bu qayda və vasitələr nə qədər düzgün tətbiq olunarsa, bir o qədər sənədlərin 
məzmunu, mənası əhəmiyyətli görünər. Yazılı işgüzar ünsiyyətdəki sənədlərin 
məqsədi odur ki, müəllif öz mövqeyini ünvanladığı şəxsə çatdıra bilsin. Ona görə 
də sənəd savadlı və inandırıcı olmalıdır ki, məqsədə nail olmaq mümkün olsun. 
Eyni zamanda sənəddə qrammatik, etik və digər qaydalar yüksək səviyyədə 
olmalıdır. 

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin