Microsoft Word yeni vəSAİT. docx


Tərcüməçi ilə əlaqə qurarkən əməl olunmalı qaydalar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə69/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   ...   65   66   67   68   69   70   71   72   ...   140
ADIAK-YENI VƏSAİT (1)

Tərcüməçi ilə əlaqə qurarkən əməl olunmalı qaydalar. 
Tərcüməçi, bir qayda 
olaraq, yalnız dilçi deyil, həm də hansısa bir bölgənin bilicisidir. Yəni bölgəşünas 
regionşünasdır. Bu da bilik və təcrübəsindən yalnız tərcümə işi üçün deyil, həm də 
tərəfdaşlarla etibarlı münasibət qurmaq üçün istifadə etməyə imkan verir. Tərcüməçi 
ilə əlaqə qurarkən aşağıdakı qaydalara əməl olunmalıdır:
ü
Yavaş-yavaş, aydın şəkildə düşünərək danışmalı, deyilənləri qeyri-
müəyyən şəkildə şərh etməyə imkan verməməlisən;
ü
Materialın tərcüməçinin yaddaşında qalması və materialı tam və 
düzgün tərcümə edə bilməsi üçün cümlələr tez-tez, ardıcıllıqla 
deyilməməlidir. Cümlələr bir-bir məntiqi ardıcıllıqla tərcümə olunsa, 
daha yaxşıdır.
ü
Sözlərinizi kəlamlar, idiomatik ifadələr və üstəlik ayələrdən sitat 
gətirməklə müşayiət edə bilməzsiniz. Onları başqa dilə tərcümə etmək 
uzun iş tələb edir və dinamik söhbət zamanı mümkün deyil. Həm də 
belə olarsa, tərcümə danışıq atmosferini poza bilər, çünki başqa dildə 
atalar sözləri və kəlamlarımız qeyri-müəyyən məna, bəzən hətta 
təhqiramiz bir məna əldə edə bilər; 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
99 
ü
Tərəfdaşların reaksiyasını nəzərə almaqla sizi düzgün başa 
düşmədikləri hiss olunarsa, dərhal hərəkətə keçmək lazımdır. 
Tərcüməçi, öz növbəsində, zərurət yarandıqda hər iki tərəfdən fikri 
daha sadə sözlərlə izah etməsini və ya ifadəni yenidən söyləməsini 
istəyə bilər; 
ü
Danışıqlardan əvvəl tərcüməçi ilə işləmək üçün kifayət qədər vaxt 
ayırmaq lazımdır ki, onu daha çox müzakirə olunan məsələlər əhatəsi 
ilə tanış etsinlər, istifadə olunan terminləri izah etsinlər.
Məruzə, təqdimatdakı nitq və digər yazılı materiallar nitqdən bir-iki gün əvvəl tanış 
olmaq üçün tərcüməçiyə təhvil verilməlidir. 

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin