Microsoft Word yeni vəSAİT. docx



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə66/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   ...   62   63   64   65   66   67   68   69   ...   140
ADIAK-YENI VƏSAİT (1)

“Günün qəhrəmanlari”
adlandırdım və tam əminəm ki, heç də 
yanılmadım. Eyni zamanda qeyd edim ki, mənim anam və xalalarım da 
müəllimdir. Evimizdə də şahid oldum ki, Anam ailəsindən daha çox vaxtını öz 
şagirlərinə həsr edirdi; necə ki, müəllimlərim! Bütün bu yaşanılanlar mənə bir 
həqiqəti öyrətdi ki, Müəllim həm də əslində bir təbibdir! Bəli, ruhumuzun təbibi! 
Mən bu gün bu yazını qələmə ala bildimsə, bunun üçün Müəllimlərimə borcluyam! 
Günümün Qəhrəmanları qarşınızda baş əyirəm və haqqınızı, çəkdiyiniz bütün 
əziyyətləri halal etməyinizi diləyirəm! 
Sonda isə oxuduğum və çox təsirləndiyim türkiyəli tarixçi İlber Ortaylının bu 
ibrətamiz yazısına diqqət çəkmək istədim: 
“Bir gün universitetdə mühazirə deyən vaxt tələbə bir qız əlini qaldırdı. 
- Buyur, qızım, dedim. 
O da: 
-Bağışlayın müəllim, amma çox yavaş oxuyursunuz. Yəni normadan artıq yavaş 
oxuyursunuz, sıxıldım dedi... 
Mən də: 
- Yaxşı, o zaman gəl sən oxu, dedim. Qız ayağa qalxıb gəldi və kürsünün arxasına 
keçdi. Bu an donub qaldı. Bilirsinizmi niyə? Çünki mənim fransızca çox qədim bir 
mətndən birbaşa türk dilinə tərcümə edərək oxuduğumun fərqinə vardı. Qıpqırmızı 
qızarıb yerinə keçdi. 
Hər birimiz həyat dərslərini bir cür alırıq. O da beləcə bir işin detallarını bilmədən 
qərəzli olmamağı öyrənmiş oldu.” 
Bu hekayəni xatırlamağım və yazmağımda məqsəd mövcud pandemiya dövründə 
müəllimlərimizin işinin asan görünüb, lakin nə qədər çətin olduğunun görünməyən 
tərəflərini sizlərlə bölüşmək idi. 
”Hər birimizdə Müəllimin hərarətli qəlbinin bir zərrəciyi var” - deyə ulu öndərimiz 
Heydər Əliyev qeyd etmişdir. Doğrudan da, hər birimizdə bu hərarətli qəlbin 
zərrəcikləri var olduqca, Müəllim fədakarlığı unudulmaz! 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
96 
Tələbə dünyamdan süzülüb gələn ürək sözlərimi, yazıdakı son nidamı mövzunun 
notuna uyğun olaraq, fədakar Müəllimlərimiz kimi, onların əsl davamçıları olaraq 
hər birimizin öz xidməti vəzifəsində Ana yurdumuzun - doğma Azərbaycanımızın 
şərəfi naminə “Günün Qəhrəmanları” olmağımız diləyi ilə... 
Sev ki, qovuşasan nura, saflığa,. 
Sev ki, qarışasan bu şəffaflığa... 
Deyirlər, “arzula ki, qovuşasan.” Biz də həm zənn etdik, həm də arzuladıq. 
Arzuladıqlarımıza qovuşmaq ümidi ilə ürəyimdən qopub gələn, duyğularımı, 
hisslərimi, bütünlükdə tələbə dünyamı özündə ehtifa edən essemə nöqtə qoyuram. 
Həm də bildirirəm ki, heç də nöqtə həmişə fikirlərin sonu demək deyil. Eyni 
zamanda yeni fikirlərin doğması, yeni düşüncələrə yol açılması, onlara rəvac 
verilməsi, düşüncələrin pərvazlandırılması naminə işlədilən nitq elementidir... 
Dostlar, unutmayaq ki, 
Bizə bu nazlı aləm görünərdi qaranlıq, 
Gözəl çarpışmasaydıq, gözəl yaşamasaydıq... 

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin