AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
91
Qəhrəmanları”ndan olan Müəllimlərimin fəaliyyətini qəlbimin, düşüncəmin ziyası
qədərincə işıqlandırmağa səy göstərdim.
Azərbaycan Texniki Universitetinin bu dövrdə ölkədə təhsil naminə aparılan
mücadilənin ön sıralarında özünə yer aldığı biz tələbələrə, o cümlədən ictimaiyyətə
bəllidir. Cənab rektorumuz Vilayət Vəliyevin fədakar addımları nəticəsində
pandemiya dövründə biz təhsildən geri qalmadıq. Məsafədən dərslərimiz tədris
olundu, online imtahanlar təşkil edildi. Vilayət müəllim özü şəxsən bu işləri ciddi
nəzarətində saxlayırdı. O, mart ayının 29 - dan etibarən dərslərin online keçirilməsi
barədə qərar verdi. İyun ayının 10-na kimi olan zaman ərzində internet problemi
olan tələbələri mobil operatorlar ilə danışıqlar apararaq internetlə təmin etdi. Heç
dərslərə qoşula bilməyən tələbələrə güzəştlər edildi. Texniki imkanlarımızı
sorğuladı. Rəhbərlik tərəfindən ”Kəsrsiz tələbə” devizi irəli sürüldü və kollektiv
surətdə aparılan mücadilə sayəsində qarşıya qoyulmuş məqsədə müvəffəqiyyətlə
nail olmağı bacardıq. Hörmətli rektorumuz bu çətin məqamlarda bizimlə bir oldu
və hər bir verdiyi sözü məsafədən belə tutdu. Biz tələbələrlə bir neçə dəfə 2
saatdan artıq davam edən online görüşlər keçirtdi. ZOOM proqramı ilə olan
görüşlərimizdə Vilayət müəllim bütün suallarımızı böyük səbr və təmkinlə dinlədi
və cavablandırdı. Həftənin müəyyən günlərini özünün qəbul günləri elan edərək
tələbələri, müəllimləri və valideynləri online olaraq qəbul etdi, problemlərimizi
dinlədi, həll yollarını göstərdi. Məsafədən belə öz zamanını yenə də biz tələbələrə
sərf etdi, bütün qaranlıq məqamlara tam aydınlıq gətirdi, öz dəyərli tövsiyə və
təklifləri ilə pandemiyanın yaratdığı gərginliyi aradan qaldırdı və hədəflərindən ən
mühümü olaraq müəyyənləşdirdiyi “tələbələrin dostu olmaq” missiyasını şərəflə
həyata keçirtdi. Budur əsl fədakarlıq, budur əsl qəhrəmanlıq!
Müəllimlərimiz də öz növbəsində fədakar addımlarından geri qalmadılar. Dərs
cədvəlinə və proqram materiallarına tam uyğun olaraq dərslərimiz tədris olundu.
Qısaca da olsa, tək-tək o qəhrəmanlar - fədakar müəllimlərim haqqında ürək
sözlərimi bölüşmək istərdim.
Canmirzəyev Məhəmməd - Avtomobil texnikası kafedrasının dosenti... ZOOM
proqramına dərs saatından 5 dəqiqə gec qoşulan kimi tez zəng edərək maraqlanar,
dərsə qoşulmağımızı təmin edərdi. İnternet problemi yarandığı zaman hansı saatda
olsa belə dərsini mütləq keçər, heç təxirə salmazdı. Məhəmməd müəllimin 73 yaşı
var və qeyd edim ki, hətta doğum günündə bizə online dərs keçdi. Dərs zamanı
söylədiyi o sözləri hər an xatırlayıram: ”Hər il qohum və övladlar ilə qeyd edərdim
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
92
ad günümü, bu il isə fərqli və bir ilk olaraq online dərsdə tələbələrim ilə birlikdə
qeyd edirəm. Bu da həyatımın ən xoş anlarından biridir. Karantin olduğu üçün nə
qohumlarım, nə də övladlarım məni ziyarətə gələ bilmədi. Amma bu özü də mənim
üçün bir xoşbəxtlikdir ki, siz tələbələrə elm öyrədirəm”. O gün - 28 aprel günü
müşahidələrim əsasında daha gözəl anlamışdım Müəllim fədakarlığını, daha gözəl
duymuşdum Müəllim dəyanətini... Çünki, həyatının özəl bir günü olmasına
baxmayaraq, Məhəmməd müəllim dərs saatını dəyişməmişdi, dərsi təxirə
salmamışdı. Yenə də bizə dərs cədvəli üzrə eyni gün, eyni saatda xüsusi şövqlə
fənnini tədris edir və elm öyrədirdi.
Məmmədov Həmid – Avtomobil texnikası kafedrasının dosenti... Həmid müəllim
1946-cı il təvəllüdlüdür. Onun tədris etdiyi fənn başdan-başa qrafik və düsturlardan
ibarətdir. Bu fənni online formada tədris etmək heç də asan məsələ deyildi; ekranı
görməkdə çətinliklər yaşanırdı. Həmid müəllim isə lazım gələrsə, dərs saatları
bitdikdən sonra belə bizimlə məşğul olmaqdan usanmazdı; hər bir çətin başa
düşüləsi materiallar üzrə əlavə şərhlər verər, eyni sualı dəfələrlə soruşsaq belə
səbrlə, təmkinlə izah edərdi. Sorğularımıza tam aydınlıq gətirmədən rahat ola
bilmirdi. Yalnız ZOOM proqramı ilə deyil, whatsapp səs yazılarından da təkrar-
təkrar istifadə etməklə tədris materiallarını bizə çatdırırdı.
Mirhəmid Həmidov – Avtomobil texnikası kafedrasının dosenti... Pandemiya
dövründə digər müəllimlər qədər Mirhəmid müəllimin də əziyyəti böyük oldu.
Mirhəmid müəllim internetdə problem yaşanan kimi ənənəvi olaraq telefon
vasitəsilə əlaqə yaradaraq, proqram materiallarını bu üsulla izah etməyə çalışardı.
ZOOM-da dərsimiz alınmadısa, başqa vasitələrə müraciət edər, hər vəchlə
dərslərimizin təxirə salınmasına imkan verməzdi. Bütün imtahan suallarını çox
sadə və başadüşüləsi üsullarla izah edər və bizi imtahana xüsusi bir şövqlə
hazırlayardı.
Şirinova Nailə - İctimai fənlər kafedrasının baş müəllimi... “Multikulturalizm”
fənnini bizə yorulmadan, böyük sevgi ilə tədris edərdi. Qeyd edim ki, bu
pandemiya dövründə ən çox müraciət etdiyim, vaxtını daha çox aldığım
müəllimlərimdən oldu Nailə xanım. Proqram materialları ilə bağlı hər bir
müraciətimə can-başla yanaşar, yorulmadan, usanmadan sorğularımı
cavablandırardı. Üzrxahlıq etdikdə isə “qızım, heç narahat olmayın, nə vaxt olsa
müraciət edin, əksinə mən bundan xoşhal oluram və bütün yorğunluğum çıxır” -
deyə qarşımızda işgüzarlığını və fədakarlığını nümayiş etdirirdi. Uzun dəqiqələrə
|