Microsoft Word yeni vəSAİT. docx


Kommunikativ məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə63/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   ...   59   60   61   62   63   64   65   66   ...   140
ADIAK-YENI VƏSAİT (1)

Kommunikativ məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər 
Tapşırıq. 
Suallara cavab verin.
 
 
1.
Müxtəlif meyarlara əsasən işgüzar ünsiyyət hansı növlərə bölünür? 
2.
Nitqin şifahi, yazılı formaları, onların vacib xüsusiyyətləri, dil və nitq 
anlayışları haqqında danışın. 
3.
Peşə etikası və etiket qaydaları haqqında nə bilirsiniz, işgüzar sferada 
qarşılıqlı əlaqə qaydaları cəmiyyətdəki insanın davranışına hansı tələbləri 
daxil edir?
4.
İşgüzar əlaqələrin iyerarxiyası deyəndə nə nəzərdə tutulur? 
5.
İşgüzar ünsiyyətdə başqa bir insanın davranışını idarə etməyə və öz 
davranışınızı tənzimləməyə imkan verən hansı fəndlər var? 
Tapşırıq.
Koronavirus pandemiyası zamanı müxtəlif sahələrdə vətəndaşlara xidmət 
etməyə davam edən insanları ictimaiyyətə tanıtmaq məqsədi ilə hazırlanmış 
məqaləni 
oxuyun. Yazılı nitqin əsas xüsusiyyətlərinə diqqət edin. 
 
MƏQALƏ 
“Günün Qəhrəmanları” 
Bəli, bu mövzu haqqında yazmaq çoxdan idi ki, düşüncəmə hakim kəsilmişdi. 
Ancaq qeyd edim ki, mən nə jurnalistəm, nə də ki, yazıçı. Azərbaycan Texniki 
Universitetinin magistr səviyyəsində təhsil alan sadə bir tələbəyəm. Lakin, 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
90 
dünyamızı cənginə alan koronavirus pandemiyası günümüzün yeni qəhrəmanlarını 
- öz xidməti vəzifəsini ləyaqətlə icra edən fədakar peşə sahiblərini gündəmə 
gətirdi. Sual yaranır: bu şərəfli məkanın ləyaqətli sakinləri kimlərdir? Hansı ki, 
onlar ”Günün Qəhrəmanları” olaraq insanların sevgisini və inamını qazandılar. 
Təbii ki, bu şərəfi siz haqq etdiniz, əziz polislər, həkimlər, müəllimlər, gömrük, 
aptek və market işçiləri... Bəli, siz insanlıq naminə mücadilə apardınız və sizin 
simanızda biz fədakarlığın bariz nümunələrini gördük. 
Bu dövrdə daha bir ciddi sınağa çəkildik; mənfur düşmənin təxribatı ilə də üz-üzə 
qaldıq, Tovuz döyüşlərinin də şahidi olduq. İyul ayının 12 - də ermənilər 
tərəfindən atəşkəs pozuldu və nəticədə şəhidlərimizi torpağa tapşırası olduq. 
Əslində “Günün Qəhrəmanları” deyəndə, ilk olaraq Şəhid Anaları gəlir gözümün 
önünə; çünki analar hər zaman qəhrəmandırlar, Şəhid anaları isə xüsusi ehtirama 
layiqdirlər. Düzdür, qələmə aldığım bu yazı fərqli peşə sahiblərinin 
qəhrəmanlıqlardan bəhs edəcək. Amma bunu qeyd etməsəm, vicdanımın 
rahatsızlığı bir ömür məni sakit buraxmazdı. Bu pandemiya dövründə yas 
mərasimlərinin qadağan olunduğu bir vaxtda öz şəhid övladları ilə doya-doya 
vidalaşa bilməyən şəhid anaları da “Günün Qəhrəmanları”dır. Göz yaşlarını 
ürəklərinə axıdaraq ayaqda dik durub “Vətən sağ olsun!” deyən şəhid atalarıdır 
“Günün Qəhrəmanları”! Hələ həyatı tam dərk etməyən, ataları ilə doyunca zaman 
keçirə bilməyən, atalarının yolunu səbrsizliklə gözləyərkən, tabutunu qarşılamaq 
üçün yollarda gözləyən o məsum körpələrdir “Günümüzün Qəhrəmanları”! 
Sosial şəbəkələrin birində canlı yayım vasitəsilə izlədiyim bir görüntüdə 
Şəhidimizin evinə gətirildiyi anları izlədikcə keçirdiyim hisslər sözlə ifadə 
olunmaz. O an mən sadəcə bir vətəndaş olaraq o hissləri yaşayırdımsa, o ana, o ata, 
o övlad, o həyat yoldaşı, o bacı nələr yaşayırdı, Allah! Amma başlarını 
məğrurcasına dik tutmuşdular. Bax, onlardır ”Günün Qəhrəmanları”! 
Lakin şahid olduğum qəhrəmanlar haqqında, onların vətəndaş təəssübkeşliyindən 
və fədakarlıqlarından yazmaq şərt olduğu üçün, mən də bu əsasa uyğun olaraq 
fədakarlıqlarını birbaşa müşahidə etdiyim Günümüzün Qəhrəmanları olan 
Müəllimlərimdən yazmağı özümə mənəvi bir borc bildim. Pandemiya dövrünün 
bütün qəhrəmanlarından çox söhbətlər açıldı, videoçarxlar hazırlanaraq sosial 
şəbəkələrdə və televiziya ekranlarında yayımlandı. Lakin, Müəllimlər haqqında bu 
cür videoçarxlara az rast gəldim. Ona görə də bu yazımla “Günün 



Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin