AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
94
keyfiyyətlərdən olan nikbinlik nümayiş etdirərək, hər online görüşdə ilk olaraq
bizə motivasiya verirdi. Tək müəllimlik vəzifəsini deyil, həm də insanlıq vəzifəsini
yerinə yetirərək, bizə bu çətin şəraitdə mənəvi-psixoloji dəstək nümayiş etdirirdi.
Online dərslər bir növ könüllü xarakter daşıyırdı, dərslərə qoşulmaq məcburiyyət
olaraq tələb olunmurdu. Çünki bu sistemə keçid çox ani oldu və bu üzdən
problemlər də qaçılmaz idi. Texniki problemlər baş verirdi, internet, şəbəkə
problemleri yaşanırdı. Bu çətinliklərə baxmayaraq, rəhbərlik başda olmaqla
müəllimlərimizin fədakarlığı, onların böyük səyi nəticəsində kollektiv şəkildə işin
öhdəsindən layiqincə gəlməyi bacardıq. Bir gün belə olmadı ki, hansısa dərsimiz
keçirilməsin, əksinə dərslərə qoşulmada problemlərlə üzləşən tələbələrlə
whatsappla və ya ənənəvi telefon zəngi ilə əlaqə yaradılaraq, onlara da proqram
materialları tam şəkildə çatdırıldı. Bütün bunlar inanılmaz bir uğur idi və bu
uğurun yaradıcıları əziz və sevimli müəllimlərimiz idi.
“Günün Qəhrəmanları” kimi sandığım müəllimlərim barəsində bu yazını qələmə
aldım və qəlbimin səsini, mənəviyyatımın sədasını ağ vərəqə köçürtdüm. Və hər
kəsin günümüzün qəhrəmanları seriyasından müəllimlərim haqqında
məlumatlandırılmasını, onları yaxından tanımasını istədim və fədakarlıqlarına
özümün, o cümlədən bütün tələbə yoldaşlarımın da şahid olduğu bu mübariz
şəxsiyyətlərə olan vəfa borcumu yerinə yetirməyə çalışdım. Nəyə nail oldum? - Ən
azından özüm bir az da olsa, rahatlandım.
Əlbəttə ki, bu reallığı qələmə almaq üçün həqiqətən də bu hadisələrə şahidlik
etmək gərəkirdi. Mən 4 aylıq bu zaman kəsiyində Müəllimlərimizin çəkdikləri
əziyyəti, “biz elm öyrənək” deyə çabalarını gördüm. Üzdə çox asan görünə bilər,
lakin nəzərə alsaq ki, 65-dən yuxarı yaşı olan müəllimlərimiz vardı və onlar günün
bütün saatlarını evdə keçirməyin gərginliyini, sıxıntısını yaşasalar da, bütün bu
hallara qalib gəlib bizə əsl motivasiya mənbəyi oldular. Gərgin və həyəcan dolu
“evdə qal” kampaniyasının ağrılı, acılı günlərini hiss etdirmədən böyük səbr və
təmkin sərgiləyərək ayaqda durmaq üçün bizə dəstək oldular.
Hətta tələbə
yoldaşlarımın internet problemləri olanda, onlar dərsə qoşula bilməyəndə belə
müəllimlər tək mənimlə dərs keçərdi və 1 tələbəyə dərs keçməyin onlarda yaratdığı
ruh düşkünlüyünü əsla hiss etdirməzdilər; sanki bütün qrupa dərs keçirmiş kimi
özlərini aparardılar. Bütün müəllimlərimizin əziyyəti əvəzolunmazdır. Təbii ki,
online dərslər auditoriyalarda canlı şəkildə dərs keçməyin yerini verə bilməz.
Həqiqətən çox çətinliklərlə üz-üzə qalırdıq və müəllimlərimizi düşünərkən, onların
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
95
1 qrupa deyil, neçə-neçə qruplarda bu qayda ilə fənnin tədrisini həyata
keçirirdiklərinin şahidi olurduq. Onlar tədrisi gündüz saatlarında kompyuter
qarşısında əyləşib bakalavriatlardan başlayaraq, ta ki, axşam saatlarına kimi
magistrantlarda sonlandırırdılar.
Şahidi olduğum və müşahidə etdiyim bu reallıqlara əsaslanaraq mən öz
Müəllimlərimi
Dostları ilə paylaş: