AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
4
Þ
ünsiyyət informasiya mübadiləsi kimi və yaxud ünsiyyətin
kommunikativ
tərəfi;
Þ
ünsiyyət qarşılıqlı təsir prosesi kimi və ya ünsiyyətin
interaktiv
tərəfi;
Þ
ünsiyyət insanların bir-birini qavraması, anlaması kimi və yaxud ünsiyyətin
perseptiv
tərəfi.
Ünsiyyət çoxcəhətli, çoxplanlı bir prosesdir. Onun özünəməxsus növləri də vardır.
Hər şeydən əvvəl, məzmunu, məqsədi və vasitələrindən asılı olaraq ünsiyyətin bir
sıra növləri qeyd olunur. Məzmunundan asılı olaraq ünsiyyətin aşağıdakı növlərini
göstərə bilərik:
ü
maddi ünsiyyət (əşyalar və fəaliyyət məhsullarının mübadiləsi yolu ilə);
ü
koqnitiv ünsiyyət (bilik mübadiləsi);
ü
kondision ünsiyyət (psixi və fizioloji vəziyyətin mübadiləsi);
ü
motivlərlə bağlı ünsiyyət (təhriklərin, motivlərin, maraqların, tələbatların
mübadiləsi);
ü
işgüzar fəaliyyətlə bağlı ünsiyyət
(iş, əməliyyat, bacarıq və vərdişlərin
mübadiləsi).
Ünsiyyətin vasitələrindən asılı olaraq vasitəsiz və vasitəli növlərini qeyd etmək
olar.
Dostları ilə paylaş: