AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
57
Hesabatın əvvəlində onu yazan şəxsin (kollekivin, təşkilatın) kimliyi haqqında qısa
məlumat qeyd edilir, altındakı sətrin ortasında böyük hərflərlə "hesabat" sözü
yazılır, sonrakı sətirdə abzasdan hesabatın mətni verilir.
Mətndən sonra imza
qoyulur və tərtib edildiyi tarix göstərilir.
Mövzu:
7
1.
İşgüzar ünsiyyətdə sözsüz bağlantı və ünsiyyəti tamamlayan ifadəli
hərəkətlər; bədən dili, mimika və jestlər.
2.
Bu qaydaları özündə əks etdirən nümunələr, kommunikativ
məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər.
İnsanlar arasında informasiya mübadiləsini təmin edə biləcək vasitələr çox və
müxtəlifdir. Bu cür kommunikasiya vasitələrini iki qrupda birləşdirirlər. Birinci
qrup kommunikasiya vasitələri sözlərin, dilin köməyi ilə bağlı olan vasitələrdir. Bu
cür kommunikasiya vasitələrini
verbal
kommunikasiya vasitələri adlandırırlar.
Burada hansı dil qrupuna aid olmasından asılı olmayaraq həmin dilin daşıyıcıları
və həmin dili mənimsəmiş insanlar dildən ünsiyyət prosesində ünsiyyət vasitəsi
kimi istifadə edirlər. Dil vasitəsilə insanlar arasındakı bu cür ünsiyyət prosesi
Dostları ilə paylaş: