AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
62
Şuşa 28 il yarım işğal altında idi. Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır.
Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb,
qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur
düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu,
bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz
indi Şuşaya qayıtmışıq. Bütün tarixi
abidələrimizi bərpa edəcəyik,
bütün məscidləri
bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Bir neçə il
bundan əvvəl - 2016-cı ilin Aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq
Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan
etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə, memarlıq üslubuna
görə eynidir. Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları
tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir.
Bu gün
Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi
ilə bu xoş xəbəri qarşılayır.
Biz güc toplayırıq, məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə
baxmayaraq, güc toplayırıq və toplamışıq. İqtisadi güc. Əgər iqtisadi gücümüz
olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi
müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi
cəhətdən heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq
maliyyə qurumundan asılı deyil. Müstəqilik və bu, bizə imkan verdi ki, ölkəmizi
inkişaf etdirək,
eyni zamanda, Ordumuzu gücləndirək. Biz Ordumuz üçün lazım
olan bütün hərbi texnikanı, silahları xarici bazarlardan alırıq. Əgər bizim iqtisadi
imkanlarımız olmasaydı, biz bunları necə əldə edə bilərdik? Biz ölkə daxilində
uğurlu siyasət apararaq hesab edirəm ki, ölkəmizdə dünya üçün çox nadir inkişaf
modelini yaratdıq. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda
birləşməyimiz bizə əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr
öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Halbuki belə planlar var idi,
belə cəhdlər var idi.
Biz siyasi iradə göstərərək, birlik göstərərək bu cəhdləri dəf
etdik, xalq olaraq, millət olaraq öz qürurumuzu müdafiə etdik, öz müstəqil
seçimimizi müdafiə etdik və sübut etdik ki, heç kim bizim işimizə qarışmasın və
qarışa bilməz. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt
torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan
qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o