Microsoft Word yeni vəSAİT. docx


Kommunikativ məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə42/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   ...   38   39   40   41   42   43   44   45   ...   140
ADIAK-YENI VƏSAİT (1)

Kommunikativ məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər 
 
Tapşırıq:
Suallara cavab verin. 
1.
İşgüzar ünsiyyətdə informasiya mübadiləsini təmin edə biləcək vasitələr 
haqqında nə bilirsiniz?
 
2.
Şifahi olmayan siqnalları "oxumaq" bacarığı iş adamına hansı üstünlükləri 
verir?
 
3.
Sözsüz ünsiyyətin ünsürləri haqqında danışın. 
4.
Şifahi olmayan ünsiyyət vasitəsinə nələri daxil etmək olar?
 
5.
Görüntü vasitəsilə biznes tərəfdaşları başqalarına nə barədə məlumat 
verirlər?
 
 
Tapşırıq:
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham 
Əliyevin Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətini oxuyun.


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
61 
AZƏRBAYCAN PREZİDENTİ, MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN 
İLHAM ƏLİYEVİN XALQA MÜRACİƏTİ
-Əziz həmvətənlər, əziz bacılar və qardaşlar! 
Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! 
Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını 
ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. 
İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz 
Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il 
noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, 
bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında 
qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün 
bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ 
münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında 
sübut edirik. 30 ilə yaxın mənasız danışıqlar bizi heç bir nəticəyə yaxınlaşdırmadı. 
Əzəli tarixi torpaqlarımız 30 ilə yaxın işğal altında qaldı. Danışıqlar prosesində 
Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyirdi, sadəcə olaraq, status-kvonu 
möhkəmləndirmək, əbədi etmək istəyirdi. Bu illər ərzində dəfələrlə Azərbaycana 
müxtəlif güc mərkəzlərindən göndərilən siqnallar bizi vəziyyətlə barışmağa sövq 
edib. Ancaq biz qətiyyət, cəsarət, siyasi iradə göstərərək Azərbaycan xalqının 
maraqlarına cavab verməyən heç bir razılaşmaya getmədik. Mən dəfələrlə bütün 
beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün 
bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik. Danışıqlar 
heç bir nəticə vermədi. Sadəcə olaraq, bizim başımızı aldadırdılar, sadəcə olaraq, 
məsələni dondurmaq istəyi müşahidə olunurdu. Biz bu Qələbəni döyüş 
meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq. Allah bütün 
şəhidlərimizə rəhmət eləsin! Həm birinci Qarabağ, həm ikinci Qarabağ – Vətən 
müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş bütün şəhidlərimizə Allahdan 
rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm. Yaralı soydaşlarımıza 
Allahdan şəfa diləyirəm. Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı 
bahasına torpaqlarımızı işğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan 
qovuruq və qovacağıq! 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
62 
Şuşa 28 il yarım işğal altında idi. Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. 
Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, 
qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur 
düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, 
bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz 
indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri 
bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Bir neçə il 
bundan əvvəl - 2016-cı ilin Aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq 
Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan 
etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə, memarlıq üslubuna 
görə eynidir. Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları 
tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün 
Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi 
ilə bu xoş xəbəri qarşılayır. 
Biz güc toplayırıq, məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə 
baxmayaraq, güc toplayırıq və toplamışıq. İqtisadi güc. Əgər iqtisadi gücümüz 
olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi 
müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi 
cəhətdən heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq 
maliyyə qurumundan asılı deyil. Müstəqilik və bu, bizə imkan verdi ki, ölkəmizi 
inkişaf etdirək, eyni zamanda, Ordumuzu gücləndirək. Biz Ordumuz üçün lazım 
olan bütün hərbi texnikanı, silahları xarici bazarlardan alırıq. Əgər bizim iqtisadi 
imkanlarımız olmasaydı, biz bunları necə əldə edə bilərdik? Biz ölkə daxilində 
uğurlu siyasət apararaq hesab edirəm ki, ölkəmizdə dünya üçün çox nadir inkişaf 
modelini yaratdıq. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda 
birləşməyimiz bizə əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr 
öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Halbuki belə planlar var idi, 
belə cəhdlər var idi. Biz siyasi iradə göstərərək, birlik göstərərək bu cəhdləri dəf 
etdik, xalq olaraq, millət olaraq öz qürurumuzu müdafiə etdik, öz müstəqil 
seçimimizi müdafiə etdik və sübut etdik ki, heç kim bizim işimizə qarışmasın və 
qarışa bilməz. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt 
torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan 
qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o 



Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin