Microsoft Word yeni vəSAİT. docx



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə38/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   ...   34   35   36   37   38   39   40   41   ...   140
ADIAK-YENI VƏSAİT (1)

AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
54 
ol. Xalqın könlünü xoş tutmağa çalış. Sənin yaxşılığını istəyənləri tanıyıb, onların 
gözəl nəsihətlərinə əməl et. Bacarmadığın bir şey üçün bacararam deyib vəd 
vermə. Bir işə başlayanda əvvəl onun axırını fikirləş. Axırı pis qurtaracaq bir işi 
başlama. Oxumağa və öyrənməyə həvəs et. Çünki uşaqlıqda öyrəndiyin işlər 
həmişə yadında qalacaqdır. Bu gün görə biləcəyin işi sabaha saxlama. Bir işə çətin 
deyib, ondan qorxma, çünki işin çətin tərəfi yalnız başlamaqdır. Başlanan iş çox 
asanlıqla tamam olur. 
Xacə Nəsirəddin Tusi XIII əsrin böyük filosofu, riyaziyyatçısı, astronomu kimi 
Şərqdə özünə böyük şöhrət qazandırmışdır. O, binom düsturunun həllini 
Nyutondan, maddə çəkisinin saxlanması qanununu M.Lomonosovdan çox-çox 
əvvəl kəşf etmiş, bir sıra astronomik tapıntıların müəllifi olmuşdur. Tusi əxlaq 
qaydalarına və natiqlik sənətinə aid “Əxlaqi-Nasiri” (Nasirin əxlaqa aid fikirləri) 
əsərində (1234-cü il) natiqin nitqinə, nitq mədəniyyətinə belə tələblər qoyurdu: 
“İnsan çox danışmamalı, başqasının sözünü yarımçıq kəsməməli, başqasının nağıl 
etdiyi hekayət və ya rəvayəti bilirsə, bunu üzə vurmamalı və onun danışıb 
qurtarmasına imkan yaratmalıdır. Baş- qasından soruşulana cavab verməməli, 
ümumidən edilən sualda başqalarını qabaqlayıb tələsik irəli düşməyə 
çalışmamalıdır. Biri cavab verməklə məşğul isə, daha qabil cavab verməyə qadir 
olsa da səbr etməli, o, sözünü qurtardıqdan sonra öz cavabını verməlidir. Lakin 
əvvəlkinə tənə etməməlidir... Onun yanında iki adam söhbət edirsə, ondan 
gizlədilirsə, gizlin qulaq asmamalıdır, özləri müraciət etməsələr söhbətə qoşulma- 
malıdır. Böyüklərlə danışarkən kinayə işlətməməli, nə bərkdən, nə yavaşdan, 
mülayim səslə sözünü deməlidir. Danışdığı məsələ qəlizdirsə, aydın misallarla izah 
etməyə çalışmalıdır, qısa və yığcam danışmalıdır”.
Azərbaycanda natiqlik sənətinin inkişafı qədim dövrlərə gedib çıxır. Görkəmli 
Azərbaycan yazıçıları nitq və dil məsələlərinə xüsusi diqqət yetirmişlər. Klassik 
şairlərimizdən Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd 
Füzuli söz, kəlam, dil haqqında qiymətli fikirlər söyləmiş, məclisdə gözəl və 
dəyərli nitqi döyüş meydanında silah kimi qiy- mətləndirmiş, natiqlik sənətinin bir 
sıra məsələlərinə münasibət bildirmişlər.


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
55 
Nizami “Xosrov və Şirin” poemasında boş və mənasız sözlərdən uzaq olmağı, 
söhbəti uzatmamağı, məclisdə az danışmağı, sözün yerini bilməyi, onu urvatdan 
salmamağı tövsiyə edir. Şair təmkinlə danışmağı, fikri az sözlə ifadə etməyi, 
duzlu-məzəli atmacalarla, zarafatlarla məclisə təsir göstərməyi, dinləyicilərin 
qəlbinə yol tapmağı ilkin şərt kimi irəli sürür. 
İ.Nəsimi məharətli natiq kimi hürufilik təriqəti ideyalarını təbliğ etmək məqsədilə 
müxtəlif ölkələrdə, Yaxın Şərqdə kütlələr qarşısında etdiyi çıxışlarında natiqlik 
məharəti, nitqin kamilliyi və təsir qüvvəsi, nitqdə forma və məzmun vəhdətinin 
gözlənilməsi haqqında fikir və mülahizələr söyləmiş, söz sənətinə yüksək qiymət 
vermişdir. Ş.İ.Xətai həyatda sözün böyük təsir gücünə malik olduğuna inanır, sözü 
ağıl və kamalın, bacarıq və istedadın güzgüsü adlandırırdı.
İraqda, Bağdad yaxınlığındakı Kərbala şəhərində doğulub boya-başa çatan və 
burada da yaşayıb yaradan M.Füzuli (1494- 1556) ərəb və fars dillərində 
mədrəsədə həm dini, həm də dünyəvi elmlərə dərindən bələd olmuş, əsərlərini də 
ərəb, fars və ana dilində (Azərbaycan türk dilində) yazmışdır. Həmin dövrdə fars 
dilində yazılan əsərlərin-qəzəllərin çoxluğunu, bu dili şeir, sənət dili, Hafizin, 
Xəyyamın, Sədinin dili kimi başa düşüb həmin sənətkarların təsiri altında olanlar 
bu dili nəzm üçün, xüsusən də qəzəl janrı üçün yeganə, əlçatmaz zirvə kimi mədh 
edirdilər. Fars dilinə pərəstiş edib ana dilimizi qəzəl və iri həcmli əsərlər üçün 
səviyyəsiz hesab edənlərə qarşı çıxan şair yazdığı saysız-hesabsız qəzəlləri və 
“Leyli və Məcnun” poeması ilə sübut etdi ki, Azərbaycan dili insanın daxili 
aləmini açmaqda, onun dərin hisslərini ifadə etməkdə elə yüksək zirvədədir ki, 
yalnız həqiqi sənətkar qələmi ilə öz ecazkar qüdrətini göstərə bilər. Həqiqətən, dahi 
şair dilimizin inkişafında bahar təbiətə xüsusi təravət, gözəllik gətirdiyi kimi, 
Füzuli də şeirimizə, xüsusən qəzəl janrına misli görünməmiş bir ucalıq gətirdi ki, 
hələ də bu ucalığı fəth edən ikinci bir sənətkar yoxdur.
XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində yaşamış şair, rəssam, 
musiqişünas, xəttat, nəqqaş, maarifçi- pedaqoq kimi tanınan Mir Möhsün Nəvvab 
danışıq mədəniyyəti haqqında bir sıra maraqlı fikirlər söyləmişdir. Onun 
“Nəsihətnamə” əsərində (beş yüz nəsihət) belə tövsiyələr vardır: “Bacardıqca qısa 
və mənalı danış, əks halda, danışmasan yaxşıdır; Sözü deyən vaxt fikrini düzgün 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
56 
ifadə et; Bişirilməmiş söz danışma. Danışarkən özündən çıxma; Sözü çox uzadıb 
tək- rar etmə ki, avamlığa dəlalət edər; Səndən bir söz soruşmasalar demə; O adam 
ki, sənin məsləhətini eşitmir, nəsihət etmə; Məclisdə öz qədərindən artıq danışma, 
Yoldaşlara da fürsət ver; Məclis əhli xahiş etsə, yenə danışa bilərsən”.
Respublikamızda ictimai-siyasi natiqliyin ən bariz nümunələrini xalqımıza 
zəmanəmizin ən tanınmış, ən görkəmli siyasi xadimi ümummilli lider, ulu öndər 
Heydər Əliyev (1923-2003) bəxş etmişdir. Dövlət xadimi gözəl danışığı ilə 
hadisələrin mahiyyətini, qarşılıqlı əlaqəsini dəyərləndirdiyinə və insan hüquqlarını 
düzgün qiymətləndirdiyinə görə daim xatırlanır. Dahi siyasətçi həm siyasi, həm 
hüquqi, həm də akademik natiqliyin sirlərinə məharətlə yiyələnmiş bir insan idi. O, 
məruzə, nitq və çıxışlarında dilimiz, incəsənətimiz, mədəniyyətimiz və mədəniyyət 
xadimlərimiz haqqında söylədiyi orijinal sözləri, deyimləri və fikirləri ilə bütün 
gənclərimizə nümunə idi. Bu gün gənc nəsil, xüsusən tələbələrimiz müasir dünya 
siyasətini və beynəlxalq hüququ Heydər Əliyev diplomatiyasından öyrənməli, 
Azərbaycanı sevməyi və sevdirməyi bacarmalıdırlar. Onun natiqlik estafetini bu 
gün prezident İlham Əliyev davam etdirir, Azərbaycanın uğurlarını səfər etdiyi 
ölkələrdə, aparıcı dövlətlərdə, BMT və ABŞ-da bir neçə dildə, o cümlədən 
Azərbaycan, rus, ingilis və fransız dillərində dünya xalqlarına çatdırır.

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin