AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
52
Eramızın I yüzilliyində həm Yunanıstanın, həm də Romanın əvvəlki əsrlərdə
yaşamış natiqlərinin nitq mədəniyyəti ilə bağlı fikirlərini ümumiləşdirib
yekunlaşdıran Mark Fabi Kvintilian (35-96-cı illər) olmuşdur. Mark Fabi
Kvintilian natiqlik sənətinin incəliklərini özünün 12 kitabdan ibarət “Natiqin təhsili
(formalaşması) haqqında” əsərində əks etdirmişdir. Mark Fabi Kvintilian natiqlik
sənətini 5 hissəyə ayırıb nitq üçün söz və ifadələrin seçilməsini, yadda
saxlanılmasını və ifadə olunmasını (yüksək, orta və aşağı üslubda) başlıca şərt kimi
irəli sürürdü. O, nitq mədəniyyətinə gətirdiyi yenilikləri böyük sənətkarlıqla
özündən neçə əsr əvvəl yaşamış Demosfenin və Siseronun adına çıxaraq yazırdı:
“Demosfendən heç bir şeyi ixtisar etmək, Siserona isə heç bir şeyi əlavə etmək
olmur”.
Sonrakı əsrlərdə Fransa, Almaniya, İtaliya, İngiltərə, İspaniya antik mədəniyyətin
bütün incəliklərini Roma məktəbi vasitəsilə əldə edib yeni dövrlə əlaqələndirməyə
başladılar. 12- ci əsrdə İngiltərənin Oksford, 13-cü əsrdə Fransanın Sorbon və
İtaliyanın Boloniya Universitetlərində natiqlik sənətinə aid mühazirələr oxunurdu.
VII əsrdə İslam dininin meydana gəlməsi ərəb mədəniyyətinin inkişafında xüsusi
mərhələ sayılır. Məhz bu əsrdə ərəb ədəbiyyatı, ərəb musiqisi, ərəb elmi misli
görünməmiş dərəcədə inkişaf etməyə başladı. Məkkədə doğulmuş Məhəmməd
Peyğəmbər (570-632) Allahdan gələn vəhyləri (qeybdən gələn nidaları, cümlələri)
əsl natiq kimi oxuduğu xütbələrdə insanlara çatdırır, onları qan qohumluğu ilə
deyil, dini inanc əsasında birləşməyə, bir olan Allaha ibadət etməyə, möminliyə
çağırırdı. İki tayfaya bölünmüş məkkəlilər – tək bir Allaha inanan və ona ibadət
edən Haşimilər Məhəmməd Peyğəmbərin başçılığı ilə Əbu Süfyanın rəhbərlik
etdiyi Bəniüməyyəlilərə - bütpərəstlərə qarşı illərlə mübarizə və müharibələr
aparmışdılar, müharibələrdə çoxlu insan qırğınına yol verilmişdi, çox sərkərdə və
döyüşçü itirilmişdi. İnsanlar Məhəmməd Peyğəmbərin yetkin- lik yaşında
nümunəvi əxlaqına, yüksək tərbiyəsinə, çox ağıllı sözlər, fikirlər söyləməsinə,
bəlağətli nitqlə danışmasına heyran qalırdı. Həzrət Məhəmmədə 40 yaşında (609-
cu ildə) Hərra dağında peyğəmbərlik verilmişdi. Allahdan ona peyğəmbərlik və
islam dinini yaymaq əmri gəlmişdi. “Bir tək Allah var və mən də onun ən sonuncu
rəsuluyam” – deyən Həzrət Məhəmməd Peyğəmbər bütün bəşəriyyəti tək
Allahlığa, İslam dininə, Allahın vacib əməllərindən olan Məkkəyə Həcc ziyarətinə,
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
53
Ramazan ayında oruc tutmağa, gündə üç (beş) dəfə namaz qılmağa, fitrə-zəkat
verməyə, kasıblara əl tutmağa, yetimlərə arxa olmağa, haram yeməməyə, yalan
danışmamağa, düzgün bir müsəlman kimi, insanlarla mehriban olmağa,
müharibələrə deyil sülhə, Allaha ibadət etməyə çağırırdı.
Məhəmməd Peyğəmbər 616-cı ildə İslam (İtaətetmə) dinini yaradaraq güclü bir
natiq kimi müsəlmanları (İslam dininə inananları) Allahın kəlamlarına, Qurani-
Kərimin hökmlərinə, şəriət qanunlarına tapınmağa dəvət edirdi.
VII əsrin axırlarında Əl-Fərabinin ərəb poeziyası əsasında tərtib etdiyi ritmik-
melodik modellərlə “Qurani-Kərim” ayələrinin xüsusi avazla oxunması ərəb
natiqlik sənətinin inkişafına böyük təkan verdi. Xüsusən, İslamın böyük ideoloqu,
Peyğəmbərin əmisi oğlu və kürəkəni (xanım Fatimeyi-Zəhranın əri) Həzrət İmam
Əli şəriət haqqında xütbələri ilə özünü mahir bir natiq kimi tanıtmış, 656-661-ci
illərdə müsəlman dövlətinin başçısı olduğu dövrdə İslam dininə böyük şöhrət
gətirmişdi. Onun nəsihət və kəlamları indi də bütün dünyada məşhur olan “Nəhcül-
Bəlağə” adlı kitabda toplanmışdır.
Azərbaycanda natiqlik sənətinin formalaşması haqqında məlumatlara XI-XIII
əsrlərdə yazılmış məxəzlərdə rast gəlirik. Görkəmli söz ustaları – sənətkarlar,
vəzirlər Azərbaycan-türk dilində olmasa da, fars, ərəb dillərində söz, kəlam, dil
haqqında, təlim-tərbiyə haqqında ibrətamiz fikirlər söyləmiş, insanların
ünsiyyətinə, danışığına, nitqinə, natiqliyə xüsusi yer ayırmış, fəzilət sahiblərinin
məntiqi çıxışlarını nümunə kimi təqdim etmişlər. Belə sənətkarların cərgəsində İbn
Sina (X əsr), Nizamül-Mülk (1017-1092) və Xacə Nəsirəddin Tusinin (1201-1274)
xüsusi yeri vardır.
Nizamül-Mülk səlcuq sarayında əvvəlcə Alp-Arslanın, sonra Məlik şahin vəziri
olmuş, “Siyasətnamə” əsərində söz- kəlam-dil haqqında öz fikir və nəsihətlərini
toplamışdır. Loğman adı ilə Şərqdə məşhur olan İbn Sina yazırdı: “Hər iki dünyada
xoşbəxt olmaq istəyirsənsə, özünü anla. Oxuyub öyrənməyə çalış ki, bilən ilə
bilməyən bir deyildir. Tənbəl olma ki, bu, bədbəxtlik əlamətidir. Dosta gülər üz
göstər və yaxşılıq et. Danışıq arasında kimsəni utandırma. Yaxşı sözləri, mənfəətli
danışıqları eşitməyə rəğbət et. Gözəl kitablar və məcmuələr oxumağa adət et.
Əvvəl fikirləş, sonra danış. Yoxsullara kömək et. Sözündə, işində, gedişində doğru
|