AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
48
4.
Təsirli bir nitqin iş adamına çatdırılması üçün hansı üsullardan istifadə etmək
lazımdır?
5.
Şifahi təqdimatda jestlərin rolu haqqında nə deyə bilərsiniz?
Tapşırıq:
Mətni oxuyun. Müasir dövrdə
yaşayan Azərbaycan alimləri,
mütəfəkkirləri və siyasət adamları arasında diqqətinizi cəlb edən natiqlər haqqında
danışın.
NATİQLİK SƏNƏTİNİN TARİXİNDƏN
Natiqlik sənəti yeni eradan əvvəl bir sıra Şərq ölkələrində - Çində, Hindistanda,
Misirdə və s. meydana gəlsə də, lakin elm və mədəniyyətdə böyük simalar
yetişdirən Yunanıstan gözəl danışığın,
təntənəli, bəlağətli nitqin, natiqliyin, nitq
mədəniy- yətinin vətəni hesab olunur. Natiqlik haqqında ilkin məlumata əfsanəvi
yunan şairi Homerin (b.e.ə. XII-XI əsrlər) “İliada” və “Odisey” əsərlərində rast
gəlirik. Sonralar Sokrat (e.ə. 469-399), Platon (Əflatun, e.ə. 430- 347), Aristotel
(Ərəstun, e.ə. 384-322), Demosfen (e.ə. 384-322) fəlsəfi və humanitar elmlərin bu
gün də öz qiymətini saxlayan həmişəyaşar nümunələrini yaratmışlar,
natiqlik
sənətini, onun nəzəriyyəsini, təlimini əsaslandırmış və sistemləşdirmişlər. Həmin
dövrdə Yunanıstanda məhkəmə iclasları, bayramlar, tamaşalar, mərasimlər, idman
yarışları-Olimpiadalar açıq havada, çoxsaylı insanlar arasında keçirildiyindən
xalqın hörmətini qazanmış natiqlər çıxış edir, tədbirə münasibət bildirir, xalqı
ümumi həmrəyliyə çağırırdılar. Bu dövrdə 14 illik natiqlik məktəbləri (7 yaşdan 21
yaşadək) təşkil olunurdu. Belə məktəblərdə fəlsəfə, məntiq, dilçilik,
ədəbiyyat və
natiqlik sənəti öyrədilirdi. Özü 20 il Platonun şagirdi olmuş Aristotel 343-335-ci
illərdə Yunanıstanın gələcək hökmdarı İsgəndərin təlim-tərbiyəçisi işləmiş, məntiq,
psixologiya, təbiətşünaslıq, etika, siyasət, tarix, poeziya və ritorikaya aid neçə-neçə
qiymətli əsər yazmışdır. O, “Siyasət”, “Poetika”, “Məntiq”, 3 kitabdan ibarət
“Ritorika” əsərləri ilə nitq mədəniyyətini elm səviyyəsinə qaldırmış, insan nitqi və
onun fəlsəfi problemlərini üslub məsələləri ilə əlaqələndirmiş,
natiqlik sənətinin
əsaslarını, ritorikasının elmi sistemini işləmişdir.
Nitq mədəniyyətinin mədəni nitq, tələffüz mədəniyyəti, söz seçmək mədəniyyəti,
düzgün danışmaq və yazmaq mədəniyyəti olmasını Demosfen öz şəxsi həyatında,
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
49
öz üzərində illərlə gərgin çalışmaqla sübut etmişdi. Adamlar kiçik boylu, zəif, cır
səsli Demosfeni ilk çıxışında axıradək danışmağa qoymurlar. İkinci çıxışında da o,
uğur qazana bilmir; sifəti, qulaqları, boynu qıpqırmızı pörtür. Adamlar qızardığını
görməsin deyə əlləri ilə üzünü örtməyə, qulaqlarını ovuşdurmağa, əl-qol atmağa
məcbur olur. Bunlar ona son dərəcə ağır təsir edir. Lakin natiq olmaq arzusundan
əl çəkmir. Demosfen aktyor dostunun məsləhəti ilə öz üzərində gərgin işə başlayır.
Dəniz sahilində ağzına xırda daşlar dolduraraq yüksək səslə aydın danışmağa, öz
səsi ilə dəniz dalğalarının səsini boğmağa çalışır; çiyinlərini atmaq vərdişindən
qurtarmaq üçün tavandan asılmış iti nizələrin altında durub danışır.
Gərgin əmək,
fasiləsiz məşqlər öz bəhrəsini verir; artıq yığıncaqlarda ona böyük həvəs və sonsuz
maraqla qulaq asırlar. Demosfen çıxışlarına ciddi hazırlaşırdı. Çıxışlarını əvvəlcə
yazır, sonra onu danışmağı öyrənirdi. O dövrün tarixçi-filosoflarının yazdığına
görə Demosfen öz üzərində məhz gərgin çalışmaqla işgüzarlıq qabiliyyəti, böyük
zəhməti, ciddi çalışqanlığı sayəsində anadangəlmə qüsurlarını islah edib məşhur
natiq kimi şöhrət tapdı və ən məşhur natiq səviyyəsinə yüksəldi. Ondan üç yüz il
sonra yaşamış Mark Tulli Siseron yazırdı: “Kim Demosfen olmaq istəmirsə, o,
natiq deyil”. Aforizmə çevrilmiş bu fikirdən aydın olur ki, Demosfen kimi zəhmətə
qatlaşmayan, öz üzərində gecə-gündüz, saatlarla, günlərlə çalışmayandan yaxşı
natiq ola bilməz. Məhz belə zəhmətin, gərgin hazırlığın hesabına Demosfenin 61
nitqi, 56 çıxışı və 6 məktubu bu gün də dünya natiqlik mədəniyyətinin inkişafında
əvəzsiz məxəzlər sayılır.
Natiq olmaq istəyənlərə Demosfeni nümunə göstərənlər demək istəmişlər ki,
fitri
qabiliyyət-istedad, ciddi səy, yaradıcılıq axtarışları aparmadan həyatda yüksək yer
tutmaq mümkün deyildir. Demosfen özündə olan çatışmazlıqlara baxmayaraq
(boyunun qısa olması, cır səsli, sısqa, danışarkən çiyinlərini atması və s.) natiq
olmaq fikrindən əl çəkməmiş, ağır zəhmətə qatlaşaraq dözümlülük göstərmiş,
yuxusuz gecələr keçirmiş, təmkinlə yaradıcılıq axtarışları aparmış, öz fiziki
qüsurlarını aradan qaldırmışdır. Adı dillər əzbəri olmuş bu böyük natiqin həyatı,
siyasi fəaliyyəti həm öz dövründə, həm də sonrakı əsrlərdə yetişən bir sıra
görkəmli şəxsiyyətlər üçün bir örnəyə, bir ibrətamiz məktəbə çevrilmişdir.
Demosfen daha çox tarixin yaddaşında Makedoniya çarı II Filipə, sonra isə onun
oğlu İsgəndərə qarşı çıxışları ilə qalıb. Buna görə böyük fateh İsgəndər Demosfeni
tutub edam etdirmək istəmişdi, lakin Afina camaatı sevimli natiqini sərkərdənin