AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
69
ü
səs-küy fonunun güclənməsi və ya azalması;
ü
həvəs və ya razılığı ifadə edən intonasiya.
Bundan başqa, bir insanın telefonu nə qədər tez alması (zəngdən sonra) çox şey
deməkdir. Belə ki, bu onun nə qədər məşğul olduğunu, cihazın ona nə qədər yaxın
olduğunu və zəng almağa nə dərəcədə maraqlı olduğunu qiymətləndirməyə imkan
verir. Ən optimal cavab 2-ci və 3-cü çağırış arasındakı fasilədir. Bu, imkan verir ki,
qarşıdakı söhbətə uyğunlaşmağa, zəng edən şəxsin düşüncələrini toplamağa imkan
yaransın.Uzun müddət telefonu götürmürlərsə (4 zəngdən sonra)
bu zəng edənə
onunla maraqlanmadığını düşünməyə əsas verir. Heç vaxt ağızda nəyisə çeynəməklə
və nəyisə içməklə telefonla danışmaq olmaz. Söhbət zamanı asqırarkən və ya
öskürərkən qulaq eşitməməsi üçün telefonu örtməyə çalışmaq lazımdır.
Həmsöhbətin hər
şeyi eşitdiyini hiss edirsənsə, “bağışla” deməlisən.Telefon
danışıqlarını nəzakətlə bitirmək lazımdır. Ən çətin şey ya həddindən artıq çox
danışan və ya daima işə birbaşa əlaqəsi olmayan detallarla diqqət çəkən insanlarla
söhbətə son qoymaqdır. Ancaq, bu anda həmsöhbətə onu çox dinləməkdən bezdiyini
söyləmək olmaz. Ya da onun dediklərinin məsələnin mahiyyətindən çox uzaq
olduğunu söyləmə etik qaydadan uzaqdır. Ona görə də söhbətə son qoymaq üçün
zəriflik göstərmək lazımdır və aşağıdakıları həmsöhbətə söyləmək daha düzgündür:
ü
Səni kəsmək istəmirəm, amma çıxmalıyam, yada görüşə gecikməkdən
qorxuram.
ü
Üzr istəyirəm, başqa bir görüşün vaxtı gəldi, getməliyəm.
ü
Səninlə danışmaq çox xoşdur, amma indi daha bir yerə zəng
etməliyəm. Daha sonra sizə zəng edə bilərəmmi?
ü
Hazırda məşğulam, sizə zəng edə bilərəmmi?
ü
Səni eşitməkdən çox məmnun idim, amma indi ayrılmalıyam.
İş etikası insanlarla qarşılıqlı əlaqənin ümumi mədəni qaydaları ilə müəyyən edilir.
İnsanlarla düzgün davranmaq bacarığı, rəsmi və ya sahibkarlıq
fəaliyyətində
müvəffəqiyyət qazanma şansını təyin edən ən vacib amillərdən biridir. Ümumi bir
tələb odur ki, şəxsi bəyənmə və bəyənməməyimizdən asılı olmayaraq,
bütün
həmkarlarla, tərəfdaşlarla mehriban və faydalı münasibətdə olmalıyıq.
Dostları ilə paylaş: