Microsoft Word yeni vəSAİT. docx


İşgüzar ünsiyyətdə nitq etiket qaydaları



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə47/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   ...   43   44   45   46   47   48   49   50   ...   140
ADIAK-YENI VƏSAİT (1)

İşgüzar ünsiyyətdə nitq etiket qaydaları.
İnsanlara xeyirxah nəzakətli münasibətin 
əsas təzahürlərindən biri nitq etiket qaydalarına, xüsusən salamlaşmaq, vidalaşmaq, 
minnətdarlıq, rəğbət ifadə etmə qaydalarına riayət edilməsidir. Salamlaşma nitq 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
70 
etiketinin ən vacib əlamətlərindən biridir. Onun köməyi ilə ünsiyyət üçün əlaqə 
qurulur, insanlar arasında münasibətlər ifadə edilir.
İşgüzar ünsiyyətdə salamlaşmadan ən çox istifadə olunur: 
Salam!, Sabahınız xeyir!, 
Gününüz xeyir!, Axşamınız xeyir və s.
Vidalaşma zamanı istifadə olunur: 
Salamat qalın!, Görüşənə qədər!, Sağlıqla qalın!, 
Sağ olun!, Yaxşı yol!, Sağ-salamat gedin və s.
Təşəkkür zamanı istifadə olunur: 
Təşəkkür edirəm!, Sizə çox minnətdaram!, İcazə 
verin təşəkkürümü bildirim!, Mən sizi çox qiymətləndirirəm!
Bir tədbirə dəvət etmək üçün ümumi qəbul edilmiş etiket formulları aşağıdakı 
ifadələrdir: 
İcazə verin ..., sizi də dəvət edirəm ... və s.
İşgüzar ünsiyyətin vacib psixoloji amili. 
Hər bir insanın fərdi xüsusiyyətləri və 
keyfiyyətləri var- 
intellektual, mənəvi, emosional, güclü, iradəli. 
Ünsiyyətdə 
insanların davranışının ən tipik xüsusiyyətlərini, xarakter xüsusiyyətlərini və mənəvi 
keyfiyyətlərini bilmək və nəzərdən keçirmək böyük əhəmiyyət daşıyır. İşgüzar 
ünsiyyət insanın əxlaqi keyfiyyətlərinə və 
düzgünlük, dürüstlük, təvazökarlıq, 
alicənablıq, vəzifə və vicdan 
kimi kateqoriyalara əsaslanmalıdır. Hər bir insan 
cəmiyyətdə öz davranışını qurur, insanlarla ünsiyyət tərzini inkişaf etdirir. Ünsiyyət 
tərzi çox fərqli məqamlardan – həm həyatın özündən, həm də insanlara 
münasibətdən asılıdır. Hər bir insanın özünün ünsiyyət tərzi var. Bu da davranış və 
ünsiyyətdə xarakterik iz buraxır. İnsanlarla ünsiyyətin, qarşılıqlı əlaqə qurmağın 
səciyyəvi xüsusiyyətlərini əks etdirir.
Müasir sosial psixologiyada ünsiyyətin üç mühüm tərəfi qeyd olunur: 
1.
Ünsiyyət informasiya mübadiləsi kimi və yaxud ünsiyyətin 
kommunikativ 
tərəfi; 
2.
Ünsiyyət qarşılıqlı təsir prosesi kimi və ya ünsiyyətin
 interaktiv
 
tərəfi; 
3.
Ünsiyyət insanların bir-birini qavraması, anlaması kimi və yaxu 
ünsiyyətin 
perseptiv 
tərəfi 
Ünsiyyətin özünəməxsus məzmunu, məqsədi və vasitələri mövcuddur. Onları bir-
bir nəzərdən keçirək. 

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin