AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
121
Ø
Ali hakimiyyət orqanının - Parlamentin (Deputatların səs çoxluğu ilə) -
Parlamentin təşkilati məsələlərinə dair, Hökumətin hesabatına dair, büdcənin
icrasının hesabatına dair, eləcə də Hökumətin formalaşdırılması, fəaliyyətinin
qənaətbəxş olub-olmamasına (votum) dair, yuxarı Məhkəmə orqanlarına
hakimlərin seçilməsinə dair və s. aktı;
Ø
Ali hakimiyyət orqanının- Məhkəmənin (Hakimin, Hakimlər kolegiyasının,
Məhkəmə plenumunun və ya Rəyasət heyətinin) baxdığı konkret işlərin yekun
nəticəsi xarakterli və ya ümumi göstəriş xarakterlı aktı;
Ø
Mərkəzi Hakimiyyət orqanının- Hökumətin (Nazirlər Kabinetinin) ən mühüm
siyasi və təsərrüfat məsələləri barəsində qəbul etdiyi aktı;
Ø
Dövlət və yaxud qeyri-dövlət arbitajında baxılan
təsərrüfat mübahisəsinin
həllinə dair aktı;
Ø
Dövlət orqanının və yaxud vəzifəli şəxsin konkret məqsədli istiqamətli aktı;
Ø
Yerli İcra hakimiyyətinin idarəçilik xarakterli aktı;
Ø
Bələdiyyə orqanlarının yerli əhəmiyyətli aktları;
Ø
İctimai (siyasi) təşkilatların başçıları və ya kollegial
üzvləri tərəfindən
(qurultay, kofrans, sessiya) məqsədlərini həyat
keçirilməsi naminə qəbul
etdikləri aktları.
Dostları ilə paylaş: