Microsoft Word Zulfiyye avtoreferat doc


“İrəvan quberniyası XIX əsrin ortaları və ikinci yarısında”



Yüklə 414,15 Kb.
Pdf görüntüsü
səhifə14/24
tarix10.04.2022
ölçüsü414,15 Kb.
#55079
1   ...   10   11   12   13   14   15   16   17   ...   24
tar n czn 31 01 18

“İrəvan quberniyası XIX əsrin ortaları və ikinci yarısında” adlı ikinci 

fəsil də üç yarımfəsildən ibarətdir. “İrəvan quberniyasının yaradılması” adlı 

birinci yarımfəsildə quberniyanın yaradılması haqqında geniş məlumat verilir.   

1840-cı il aprelin 10-da I Nikolay Cənubi Qafqaz diyarının idarəsi üçün 

təsisatlar adlı sənədi imzaladı.  

Təsisatların birinci paraqrafında Cənubi Qafqaz diyarının  ərazisi 

müəyyənləşdirildi.  İkinci paraqrafda Cənubi Qafqaz diyarının idarəsi üçün 

Gürcü-İmeret adlı bir quberniya və Xəzər adlı bir vilayət yaradıldığı bildirilirdi. 

Quberniya və vilayət qəzalara, qəzalar sahələrə bölünürdü. İrəvan xanlığının 

ərazisi yenicə yaradılmış Gürcü-İmeret quberniyasına qatıldı. Təsisatların 

yeddinci paraqrafından aydın olur ki, keçmiş  İrəvan  əyaləti bütünlüklə  İrəvan 

qəzasına daxil olurdu.  

Lakin bütün bunlara baxmayaraq, 1840-cı il 10 aprel islahatı özünü 

doğrultmadı I Nikolayın göstərişi ilə Qafqazda canişinlik yaradıldı. İlk canişin 

M.S.Voronsov (1844-1854) oldu I Nikolay 1846-cı il 14 dekabr fərmanı ilə 

                                                            

52

Акты собранные Кавказскою Археографическою Комиссиею, т. 4, c. 619-620 




 

16

Cənubi Qafqazın inzibati-idarə sistemində dəyişikliklər etdi. İrəvan və Naxçıvan 



qəzalarının tərkibinə daxil olan Naxçıvan bölgəsi Tiflis quberniyasına verildi. 

Lakin bu qəzalar Tiflis quberniyası tərkibində uzun müddət qalmadı. 1849-cu il 

iyunun 9-da İrəvan quberniyası yaradıldı. Yeni quberniya və quberniya orqanları 

1850-ci il yanvarın 1-dən fəaliyyətə başladı. İrəvan quberniyasında İrəvan qəzası 

Zəngibasar, Sürməli,  Şərur və  Sərdarabad sahələrinə, Naxçıvan qəzası isə 

Naxçıvan və Dərələyəz sahələrinə bölünmüşdü. Ordubad qəzasında sahələr yox 

idi.  Şərur sahəsinin inzibati mərkəzi Başnoraşen kəndi, Dərələyəz üçün 

Keşişkənd, Naxçıvan üçün Naxçıvan şəhəri idi. Digər sahə inzibati mərkəzləri iri 

kəndlərdə (Qəmərli, Qazıqışlaq, Zeyvə və b.) idi. 

İrəvan quberniyasının təşkili ilə  əlaqədar olaraq, sahəsinə görə  əvvəlki 

İrəvan xanlığı  ərazisinə uyğun gələn  İrəvan qəzasının (1840-1849) ərazisində 

dəyişiklik edildi və o yeni yaradılmış  İrəvan quberniyası  qəzalarından birinə 

çevrildi. 1917-ci il Qafqaz təqviminin məlumatına görə İrəvan qəzasının ərazisi 

2724,30 kv.verst (1 verst = 1,0668 km)  idi. Bu, İrəvan quberniyası  ərazisinin 

11,74%-ni təşkil edirdi. Qəzada 154331 nəfər  əhali yaşayırdı. Onların 82680 

nəfəri (53,57%) kişi, 71651 nəfəri (46,43%) qadın, 148791 nəfəri yerli sakin

18992 nəfəri müvəqqəti yaşayanlar idi

53



 İrəvan quberniyası  təşkil edildikdən sonra da onun xarici hüdudları  və 

tərkibi müəyyən dəyişikliklərlə müşahidə edilmişdi. 1862-ci ildə yeni təyin 

olunmuş canişin Mixail Nikolayeviçin təqdimatı ilə çar II Aleksandr 1867-ci il 

dekabrın 9-da Qafqaz və Cənubi Qafqaz diyarının idarə olunmasında  dəyişiklik 

edilməsi haqqında fərman verdi. Bu fərman üzrə Ordubad qəzası on yeddi il 

mövcud olduqdan sonra ləğv edilərək, Naxçıvan qəzası ilə birləşdirildi. Onun 

yerinə Eçmiədzin qəzası  təşkil edildi. Mehri sahəsi isə yeni yaradılmış 

Yelizavetpol quberniyasına birləşdirildi. 1870-ci ilin əvvəllərində  qəzaların 

hüdudlarında dəyişiklik etdi. Sürməli və Ecmiədzin qəzalarının bir hissəsi İrəvan 

qəzasına birləşdirildi.  Şərur sahəsi isə  İrəvan qəzasından alınaraq Naxçıvan 

qəzasına birləşdirildi. 

Dövlət  Şurasının təsdiq edilmiş  rəyinə  əsasən 1874-cü ildə  Şərur-

Dərələyəz və Sürməli qəzaları yaradıldı. Şərur-Dərələyəz qəzası Naxçıvanın iki 

sahəsi – Şərur və  Dərələyəz  əsasında təşkil edilmişdi. Bununla da, Rusiya 

imperiyası  tərkibində Naxçıvanın tarixi ərazisinin inzibati-ərazi bölgüsü üzrə 

çoxsaylı dəyişikliklər, əsasən, başa çatmışdı

54



Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra (28 may 1918-ci il) 



İrəvan qəzasında birinci, üçüncü və dördüncü polis sahələrinin bir hissəsini öz 

əraziləri sırasına daxil etmişdi.  

İkinci yarımfəsildə  çarizmin xristianlaşdırma siyasəti və onun 


Yüklə 414,15 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin