Microsoft Word Zulfiyye avtoreferat doc



Yüklə 414,15 Kb.
Pdf görüntüsü
səhifə15/24
tarix10.04.2022
ölçüsü414,15 Kb.
#55079
1   ...   11   12   13   14   15   16   17   18   ...   24
tar n czn 31 01 18

nəticələri  şərh edilir.  Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından sonra 

imperiya bölgənin siyasi, iqtisadi və  mədəni həyatını tamamilə  nəzarət altına 

almaq məqsədilə bütün potensialını səfərbər etdi. Bu niyyətin həyata keçirilməsi 

                                                            

53

  Кавказский  календарь  на 1917 г.  Тифлис, 1916, c. 37-38; Azərbaycan Xalq 



Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. I cild. Bakı, “Lider” nəşriyyat, 2005, s. 52. 

54

 Şahverdiyev Z.Ə. Naxçıvan bölgəsi XIX-XX əsrin əvvəllərində. Bakı: Elm, 2008, s. 47-48. 




 

17

yolunda qarşıya çıxan maneələrin aşılması üçün mümkün olan bütün vasitələrə 



rəvac verildi.  

XIX əsrdə Rusiya imperiyası Qafqazda işğalçılıq siyasətinin tərkibi kimi 

Qacarlar, Osmanlı  və Rusiya ərazilərindən xristian əhalini (əsasən, erməni, rus 

və malakanları) buraya köçürməyə başlayır. Bu miqrantlar Azərbaycanın bütün 

bölgələrində və daimi məskunlaşdırılırdı.  

Çar hökumət dairələrinin fikrincə, ermənilərin Cənubi Qafqazda yerləş-

dirilməsi bu diyarın xristianlaşdırılması  və yeni işğal  ərazilərində hökumətə 

sadiq sosial dayağın formalaşdırılmasına xidmət etməli idi. Çarizm üçün 

Qafqazda həyata keçiriləcək ən vacib vəzifələrdən biri yeni iqtisadi sahələrin in-

kişaf etdirilməsi,  ən başlıcası yeni dünyagörüşünə malik olan, Avropa-xristian 

dəyərlər sistemini qavrayan «Avropa mədəniyyətinə» uyğun vətəndaşların tər-

biyə edilməsi məsələsi idi. Çar məmurlarının qənaətinə görə ermənilər bu və-

zifənin öhdəsindən gələ bilməzdilər, belə ki, onlar əsasən xırda ticarət və 

sənətkarlıqla məşğul olurdular. Əsrlərlə, müxtəlif dövlətlərin tərkibində yad, 

aşağı statuslu, azlıq təşkil edən və iqtisadi ixtisaslaşması «xırda ticarətlə» məh-

dudlaşan, marginal psixologiyaya malik olan ermənilər Cənubi Qafqazın avtox-

ton əhalisi – azərbaycanlılar və gürcülər üçün istər təsərrüfatçılıq, istərsə də mə-

dəni baxımdan nümunə rolu oynaya bilməzdilər. Bu cür dəyərlər sisteminin da-

şıyıcıları  və yerli xalqlar üçün nümunə ola biləcək xalq yalnız Avropa mədə-

niyyətinə  mənsub  əhali ola bilərdi. Bu nöqteyi-nəzərdən çar hökuməti alman-

ların Cənubi Qafqaza köçmək haqqında xahişlərinə böyük şövqlə cavab verdi. 

Yuxarıda gətirilən çoxlu faktlardan məlum olur ki, Rusiya xəfiyyə 

orqanlarının «Daşnaksütyun» partiyasının proqramında Rusiyaya, habelə Güney 

Qafqazdakı müsəlmanlara, xüsusilə azərbaycanlılara qarşı məkrli siyasətlərindən 

çox yaxşı  xəbərdar idi. Elə isə onlar ermənilərə qarşı  nəyə görə ciddi cəza 

tədbirləri görmürdülər?  İlk növbədə ona görə ki, Türkiyəyə qarşı  işğalçılıq 

siyasəti yeridən Rusiya ermənilərdən istənilən vaxt və istədikləri kimi istifadə 

edə bilərdilər. Buna görə də Rusiya hökuməti ermənilərin tək azərbaycanlılara 

qarşı deyil, habelə çar hakimiyyətinin özünə qarşı yönəldilmiş düşmənçilik 

hərəkətlərini görməməzliyə vurur, onların bütün şıltaqlıqlarına dözürdü. Birinci 

dünya müharibəsi zamanı Qafqaz cəbhəsində Türkiyə ilə Rusiya ordusu arasında 

vuruş zamanı rus ordusu sıralarında xidmət edən ermənilərin törətdikləri 

vəhşiliklər bunu bir daha sübut etdi. Ermənilərin bütün bu «xidmətlərinə» 

baxmayaraq birinci dünya müharibəsi və 1917-ci il oktyabr çevrilişinə  qədər 

həm Qərb ölkələri və həm də Rusiya onlardan həmişə istifadə etmiş, lakin son 

anda onların  əsas istəklərini, yəni «Vahid Ermənistan» yaratmaq ideyasını 

həyata keçirmələrinə imkan verməmişlər. Yalnız 1918-ci ildə yaranmış Ararat 

Respublikasının nümunəsində  və 1920-ci ilin noyabrında Ermənistanda sovet 

hakimiyyətinin elan edilməsindən məharətlə istifadə edən ermənilər əsrlər boyu 

arzusunda olduqları Ermənistan dövləti yaratmaq ideyalarını reallaşdıra bildilər.  

Üçüncü yarımfəsildə  İrəvan quberniyasında etnik və konfessional 


Yüklə 414,15 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin