Microsoft Word Zulfiyye avtoreferat doc


münasibətlərin ümumi səciyyəsi



Yüklə 414,15 Kb.
Pdf görüntüsü
səhifə16/24
tarix10.04.2022
ölçüsü414,15 Kb.
#55079
1   ...   12   13   14   15   16   17   18   19   ...   24
tar n czn 31 01 18

münasibətlərin ümumi səciyyəsi təhlil edilmişdir.  

Rusiya imperiyası  tərəfindən həyata keçirilən siyasət nəticəsində  İrəvan 

xanlığında etnodemoqrafik vəziyyət ermənilərin xeyrinə  dəyişdirildi. Erməni-



 

18

lərin İrandan və Türkiyədən İrəvan xanlığı ərazisinə köçürülməsi işğaldan sonra 



uzun müddət davam etdirildi. Matenadaranda saxlanılan sənədlərə istinad edən 

N.A.Tavakalyan 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsindən sonra 

“İrandan köçürülən ermənilərin sayının 8510 ailə olduğunu qeyd edir”

55



1827-ci ildə Baş komandan qraf  F.İ.Paskeviç imperatora göndərdiyi 

məktubda yazırdı: «İrəvan qalasında və mahalında Məhəmməd dinindən olan 10 

min və xristian dinindən olan 3 min ailə yaşayır». 17 aprel 1828-ci ildə isə o 

general Dibiçə göndərdiyi raportunda yazırdı: «Cənubi Azərbaycandan 

Qarabağa 279, İrəvan mahalına isə 948 xristian ailəsi gətirilib»

56



Erməni akademiki B.S.Ovanesyan yazmışdır ki, XIX əsrin sonunda 

İrəvan şəhərində yaşayan əhalinin 75 faizi azərbaycanlılar, 25 faizi isə ermənilər 

olmuşlar. O zaman İrəvan şəhərində ermənilərin iki kilsəsi, azərbaycanlıların 16 

məscidi olmuşdur. Daha sonra, Ermənistan KP-nin ikinci katibi işləmiş Hrand 

Martirosyan kitabında 1829-1899-1959-cu illərdə Ermənistanda mövcud olan 

şəhər və kəndlərin siyahısını vermiş, o illərdə həmin kənd və şəhərlərdə nə qədər 

əhali yaşadığını  və hansı millətə  mənsub olduğunu göstərmişdir... Hrand 

Martirosyanın yazdığına görə 1829-cu ildə Erməni vilayətinin  şəhər və 

kəndlərində 95 faiz azərbaycanlı olduğu halda 1959-cu ildə 45 faizə enmişdir

57



İrəvanın həmişə «xalis» erməni  şəhəri olduğunu iddia edən erməni 

müəlliflərinə cavab olaraq, ötən  əsrin  əvvəllərində Qahirədə  çıxan «Hikmət» 

qəzetində yazılır: «1905-ci ildə Qafqazda müsəlmanların sayı 3 milyon 208 min 

875 nəfər idi ki, bunun da 352351 nəfəri təkcə  İrəvan vilayətində yaşayan 

müsəlmanlardan ibarət olmuşdur». Həmin dövrdə (XX əsrin  əvvəllərində) 

Fransa hökumətində nazir vəzifəsində çalışan  İrana, Azərbaycana və Qafqaza 

səyahətə çıxmış Ojen Oben yazır: «Qəzvindən şimala doğru hərəkət etdikcə hər 

yerdə fars dili əvəzinə türk dilinin işləndiyini... Təbrizdə, İrəvanda, Tiflisdə və 

Bakıda danışanların Azərbaycan türkcəsində danışdıqlarını gördüm»

58



1918-ci il qırğını zamanı  təkcə  İrəvan mahalında və onun ətrafındakı 

yaşayış məntəqələrində 211 kənd yerlə-yeksan edilmiş, evlərə od vurulmuş, 300 

minə  qədər insan qətlə yetirilmişdi. Qətlə yetirənlər Zəngəzurda, Qarsda və 

Göyçədə, bütün əhalinin 45 faizi, Mehridə 57 faiz, Qafanda 53,4 faiz, Masisdə 

(Zəngibasar) 33,2 faiz, Çəmbərəkənddə (Krasnoselskdə) 51,5 faiz, Sisyanda 

(Qarakilsə) 30,1 faiz, Yexeqnadzorda (Dərələyəzdə) 18,8 faiz, Quqarkda 

(Pəmbək) 28,8 faiz, Kalininoda (Dağ Borçalı) 29,1 faiz, Əzizbəyovda (indi 

Hayk) 27,7 faiz yerli türklərdən ibarət olmuşdur. Erməni tədqiqatçısı Anahid Ter 

Minasyan qeyd edir ki, ermənilər 1917-ci ilədək Qafqazın heç bir məntəqəsində 

çoxluq təşkil etməmişdilər və onların müəyyən bir əraziləri də olmamışdır

59



Erməni alimi Zaven Korkodyan 1932-ci ildə  nəşr etdirdiyi «Sovet 



                                                            

55

 İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi.  s. 34. 



56

 Umudov V.U. Şimali Azərbaycanın çar Rusiyası  tərəfindən işğal olunması  və 

müstəmləkəçilik əleyhinə mübarizə (1801-1826). NDA. Bakı, 1996. 

57

 İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. s. 78. 



58

 Arzumanli V., Mustafa N. Tarixin qara səhifələri. Deportasiya. Soyqırımı. Qaçqınlıq.  s. 29. 

59

 Yenə orada. s. 30. 




 

19

Ermənistanın  əhalisi 1831-1931» adlı statistik məlumat kitabında yazırdı: 



«1883-cü ildə  İrəvan  şəhərinin 18.766 nəfər  əhalisinin 15.992 nəfəri, 1866-cı 

ildə 27.246 nəfərindən 23.626 nəfəri, yəni 85,2 faizi azərbaycanlı olmuşdur». 

Ermənistan Mərkəzi Statistika İdarəsi tərəfindən 1962-ci ildə  nəşr olunmuş 

məlumatda bildirilirdi ki, XIX əsrin  əvvəllərində  İrəvanda yaşayan 10 min 

əhalinin 7 min nəfəri azərbaycanlılar idi. İrəvan xanlığını yuxarıda göstərilən 

faktla 418 il idarə edən 50 nəfərin hamısı azərbaycanlı idi. 1931-ci ildəki 

siyahıyaalma zamanı  təkcə  İrəvan  şəhərində  əhalinin 58 faizi azərbaycanlı 

olmuşdur


60

.  


Beləliklə, 200 il rus hökmranlığı dövründə  İrəvan xanlığının torpaqları 

tam erməniləşdi, bir nəfər də olsa azərbaycanlı qalmadı. Bu münasibətlə 

R.Caparidze yazmışdır: «Bu vaxtacan görmüşdük ki, adam adamın  əşyalarını 

oğurlaya bilər, bütöv bir xalqın tarixini həyasızcasına oğurlayıb mənimsəmək isə 

təzə şeydir»

61



İrəvan bölgəsindəki Azərbaycan torpaqlarını ermənilərin hansı yollarla 

ələ keçirmələri ilə bağlı Matenadaranda saxlanılan 1687-ci il tarixli bir sənəd 

olduqca  əhəmiyyətlidir. Həmin sənəddə qeyd olunur ki, biz (yəni ermənilər) 

Azərbaycan türklərinə məxsus olan torpaqları "...ya satın alır, ya zəbt edir, ya 

sahibinin əlindən çıxarır, ya rüşvət verib alır, ya bəxşiş kimi əldə edir və yaxud 

da zorla ələ keçiririk"

62

.  


İ.Şopenin digər məlumatına görə, "İrəvan xanlığında 521 yaşayış məskəni 

və 310 tərk edilmiş kənd var idi"

63

. Əgər bu kəndlərin hər birində orta hesabla 25 



ailə və hər bir ailədə minimum 5 nəfərin olduğunu nəzərə alsaq, onda hər kənddə 

125 nəfərin yaşadığı və tərk edilmiş 310 kəndin əhalisini də nəzərə alsaq, təq-

ribən 107.750 nəfərin yaşamış olduğunu qeyd etmək olar. Çoxsaylı faktlar sübut 

edir ki, bu əzəli Azərbaycan torpağından minlərlə müsəlman (azərbaycanlı) 

mühacirət etmiş, ermənilər isə İrandan və Osmanlı imperiyasından bu torpaqlara 

köçürülmüşdür. Nəticədə xristian əhali əhəmiyyətli sayda artmışdı. 

Bununla yanaşı, digər avropalı səyyah – 1700-cü ilin yazında İrəvanda ol-

muş alman səyyahı Kaspari Şillinger də təsdiq edirdi ki, İrəvan şəhərində sayca 

və siyasi cəhətdən Azərbaycan türkləri tam üstünlük təşkil edirdi. O yazır: "İrə-

van şəhərinin daxilində yalnız iranlılar (azərbaycanlılar – Z.C.), şəhərin nisbətən 

iri qəsəbəsində (Üçkilsədə) və müxtəlif yerlərdə kilsəyə xidmət üçün erməni 

tacir və  sənətkarları yaşayır. Onlar iranlılara (azərbaycanlılara – Z.C.) vergi 

verirlər"

64

.  



Ümumiyyətlə, Rusiya işğalına qədər ermənilərin Azərbaycan torpaqların-

da toplu halında yaşamasını dövrün heç bir qaynağı təsdiqləmir.  Hakimiyyət də-

                                                            

60

 İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi, s. 34. 



61

 Вердиева Х. Переселенческая политика Российской империи в Северном 

Азербайджане (XIX-начале XX вв.), c. 24. 

62

 İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi, s. 38. 



63

 Шопен И. Исторический памятник состoяния Армянской области в эпоху ее 

присоединения к Российской империи, с. 509-517. 

64

Mustafazadə T.T. XVIII yüzillik – XIX yüzilliyin əvvəllərində Osmanlı-Azərbaycan 



münasibətləri. Bakı: Elm, 2002, s. 118-119. 


 

20

yişikliyindən yararlanan erməni kilsəsi boşalmış türk (Azərbaycan) kəndlərini və 



torpaqlarını rüşvət və  hədiyyələrlə  ələ keçirərək burada erməniləri yerləşdir-

mişdir


65

Dissertasiya işinin “XX əsrin əvvəllərində qərbi Azərbaycanda etnik 




Yüklə 414,15 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin