xanlığında etnodemoqrafik vəziyyət ermənilərin xeyrinə dəyişdirildi. Erməni-
18
lərin İrandan və Türkiyədən İrəvan xanlığı ərazisinə köçürülməsi işğaldan sonra
uzun müddət davam etdirildi. Matenadaranda saxlanılan sənədlərə istinad edən
N.A.Tavakalyan 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsindən sonra
“İrandan köçürülən ermənilərin sayının 8510 ailə olduğunu qeyd edir”
55
.
1827-ci ildə Baş komandan qraf F.İ.Paskeviç imperatora göndərdiyi
məktubda yazırdı: «İrəvan qalasında və mahalında Məhəmməd dinindən olan 10
min və xristian dinindən olan 3 min ailə yaşayır». 17 aprel 1828-ci ildə isə o
general Dibiçə göndərdiyi raportunda yazırdı: «Cənubi Azərbaycandan
Qarabağa 279, İrəvan mahalına isə 948 xristian ailəsi gətirilib»
56
.
Erməni akademiki B.S.Ovanesyan yazmışdır ki, XIX əsrin sonunda
İrəvan şəhərində yaşayan əhalinin 75 faizi azərbaycanlılar, 25 faizi isə ermənilər
olmuşlar. O zaman İrəvan şəhərində ermənilərin iki kilsəsi, azərbaycanlıların 16
məscidi olmuşdur. Daha sonra, Ermənistan KP-nin ikinci katibi işləmiş Hrand
Martirosyan kitabında 1829-1899-1959-cu illərdə Ermənistanda mövcud olan
şəhər və kəndlərin siyahısını vermiş, o illərdə həmin kənd və şəhərlərdə nə qədər
əhali yaşadığını və hansı millətə mənsub olduğunu göstərmişdir... Hrand
Martirosyanın yazdığına görə 1829-cu ildə Erməni vilayətinin şəhər və
kəndlərində 95 faiz azərbaycanlı olduğu halda 1959-cu ildə 45 faizə enmişdir
57
.
İrəvanın həmişə «xalis» erməni şəhəri olduğunu iddia edən erməni
müəlliflərinə cavab olaraq, ötən əsrin əvvəllərində Qahirədə çıxan «Hikmət»
qəzetində yazılır: «1905-ci ildə Qafqazda müsəlmanların sayı 3 milyon 208 min
875 nəfər idi ki, bunun da 352351 nəfəri təkcə İrəvan vilayətində yaşayan
müsəlmanlardan ibarət olmuşdur». Həmin dövrdə (XX əsrin əvvəllərində)
Fransa hökumətində nazir vəzifəsində çalışan İrana, Azərbaycana və Qafqaza
səyahətə çıxmış Ojen Oben yazır: «Qəzvindən şimala doğru hərəkət etdikcə hər
yerdə fars dili əvəzinə türk dilinin işləndiyini... Təbrizdə, İrəvanda, Tiflisdə və
Bakıda danışanların Azərbaycan türkcəsində danışdıqlarını gördüm»
58
.
1918-ci il qırğını zamanı təkcə İrəvan mahalında və onun ətrafındakı
yaşayış məntəqələrində 211 kənd yerlə-yeksan edilmiş, evlərə od vurulmuş, 300
minə qədər insan qətlə yetirilmişdi. Qətlə yetirənlər Zəngəzurda, Qarsda və
Göyçədə, bütün əhalinin 45 faizi, Mehridə 57 faiz, Qafanda 53,4 faiz, Masisdə
(Zəngibasar) 33,2 faiz, Çəmbərəkənddə (Krasnoselskdə) 51,5 faiz, Sisyanda
(Qarakilsə) 30,1 faiz, Yexeqnadzorda (Dərələyəzdə) 18,8 faiz, Quqarkda
(Pəmbək) 28,8 faiz, Kalininoda (Dağ Borçalı) 29,1 faiz, Əzizbəyovda (indi
Hayk) 27,7 faiz yerli türklərdən ibarət olmuşdur. Erməni tədqiqatçısı Anahid Ter
Minasyan qeyd edir ki, ermənilər 1917-ci ilədək Qafqazın heç bir məntəqəsində
çoxluq təşkil etməmişdilər və onların müəyyən bir əraziləri də olmamışdır
59
.
Erməni alimi Zaven Korkodyan 1932-ci ildə nəşr etdirdiyi «Sovet
55
İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. s. 34.
56
Umudov V.U. Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğal olunması və
müstəmləkəçilik əleyhinə mübarizə (1801-1826). NDA. Bakı, 1996.
57
İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. s. 78.
58
Arzumanli V., Mustafa N. Tarixin qara səhifələri. Deportasiya. Soyqırımı. Qaçqınlıq. s. 29.
59
Yenə orada. s. 30.
19
Ermənistanın əhalisi 1831-1931» adlı statistik məlumat kitabında yazırdı:
«1883-cü ildə İrəvan şəhərinin 18.766 nəfər əhalisinin 15.992 nəfəri, 1866-cı
ildə 27.246 nəfərindən 23.626 nəfəri, yəni 85,2 faizi azərbaycanlı olmuşdur».
Ermənistan Mərkəzi Statistika İdarəsi tərəfindən 1962-ci ildə nəşr olunmuş
məlumatda bildirilirdi ki, XIX əsrin əvvəllərində İrəvanda yaşayan 10 min
əhalinin 7 min nəfəri azərbaycanlılar idi. İrəvan xanlığını yuxarıda göstərilən
faktla 418 il idarə edən 50 nəfərin hamısı azərbaycanlı idi. 1931-ci ildəki
siyahıyaalma zamanı təkcə İrəvan şəhərində əhalinin 58 faizi azərbaycanlı
olmuşdur
60
.
Beləliklə, 200 il rus hökmranlığı dövründə İrəvan xanlığının torpaqları
tam erməniləşdi, bir nəfər də olsa azərbaycanlı qalmadı. Bu münasibətlə
R.Caparidze yazmışdır: «Bu vaxtacan görmüşdük ki, adam adamın əşyalarını
oğurlaya bilər, bütöv bir xalqın tarixini həyasızcasına oğurlayıb mənimsəmək isə
təzə şeydir»
61
.
İrəvan bölgəsindəki Azərbaycan torpaqlarını ermənilərin hansı yollarla
ələ keçirmələri ilə bağlı Matenadaranda saxlanılan 1687-ci il tarixli bir sənəd
olduqca əhəmiyyətlidir. Həmin sənəddə qeyd olunur ki, biz (yəni ermənilər)
Azərbaycan türklərinə məxsus olan torpaqları "...ya satın alır, ya zəbt edir, ya
sahibinin əlindən çıxarır, ya rüşvət verib alır, ya bəxşiş kimi əldə edir və yaxud
da zorla ələ keçiririk"
62
.
İ.Şopenin digər məlumatına görə, "İrəvan xanlığında 521 yaşayış məskəni
və 310 tərk edilmiş kənd var idi"
63
. Əgər bu kəndlərin hər birində orta hesabla 25
ailə və hər bir ailədə minimum 5 nəfərin olduğunu nəzərə alsaq, onda hər kənddə
125 nəfərin yaşadığı və tərk edilmiş 310 kəndin əhalisini də nəzərə alsaq, təq-
ribən 107.750 nəfərin yaşamış olduğunu qeyd etmək olar. Çoxsaylı faktlar sübut
edir ki, bu əzəli Azərbaycan torpağından minlərlə müsəlman (azərbaycanlı)
mühacirət etmiş, ermənilər isə İrandan və Osmanlı imperiyasından bu torpaqlara
köçürülmüşdür. Nəticədə xristian əhali əhəmiyyətli sayda artmışdı.
Bununla yanaşı, digər avropalı səyyah – 1700-cü ilin yazında İrəvanda ol-
muş alman səyyahı Kaspari Şillinger də təsdiq edirdi ki, İrəvan şəhərində sayca
və siyasi cəhətdən Azərbaycan türkləri tam üstünlük təşkil edirdi. O yazır: "İrə-
van şəhərinin daxilində yalnız iranlılar (azərbaycanlılar – Z.C.), şəhərin nisbətən
iri qəsəbəsində (Üçkilsədə) və müxtəlif yerlərdə kilsəyə xidmət üçün erməni
tacir və sənətkarları yaşayır. Onlar iranlılara (azərbaycanlılara – Z.C.) vergi
verirlər"
64
.
Ümumiyyətlə, Rusiya işğalına qədər ermənilərin Azərbaycan torpaqların-
da toplu halında yaşamasını dövrün heç bir qaynağı təsdiqləmir. Hakimiyyət də-
60
İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi, s. 34.
61
Вердиева Х. Переселенческая политика Российской империи в Северном
Азербайджане (XIX-начале XX вв.), c. 24.
62
İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi, s. 38.
63
Шопен И. Исторический памятник состoяния Армянской области в эпоху ее
присоединения к Российской империи, с. 509-517.
64
Mustafazadə T.T. XVIII yüzillik – XIX yüzilliyin əvvəllərində Osmanlı-Azərbaycan
münasibətləri. Bakı: Elm, 2002, s. 118-119.