Microsoft Word Zulfiyye avtoreferat doc



Yüklə 414,15 Kb.
Pdf görüntüsü
səhifə17/24
tarix10.04.2022
ölçüsü414,15 Kb.
#55079
1   ...   13   14   15   16   17   18   19   20   ...   24
tar n czn 31 01 18

münasibətlər” adlı üçüncü fəsli iki yarımfəsildən ibarətdir. Birinci yarımfəsildə 

1905-1906-cı illərdə ermənilərin Azərbaycan türklərinə qarşı yönəltdikləri 

kütləvi qırğın siyasəti geniş ədəbiyyat və mənbələr əsasında araşdırılmışdı.  

XX əsrin əvvəllərində Qafqazda, xüsusən də indiki Ermənistan ərazisində 

Azərbaycan türklərinə qarşı törədilən qırğınların ssenarisi ermənilərin XIX əsrin 

sonunda Şərqi Anadoluda əldə etdikləri təcrübəyə əsaslanırdı. 1877-1878-ci illər 

Rusiya-Türkiyə müharibəsindən sonra Avropa dövlətlərinin səyləri nəticəsində 

gündəliyə çıxarılan “erməni məsələsi” sonralar Şərqi Anadoluda ermənilər üçün 

muxtariyyət əldə etmək və müstəqil Ermənistan dövləti qurmaq üçün bir vasi-

təyə çevrilmişdi. Bu muxtariyyətin əldə edilməsi üçün əvvəlcə Şərqi Anadolu vi-

layətlərində, yəni ermənilərin “Qərbi Ermənistan” adlandırdıqları vilayətlərdə er-

mənilərin say üstünlüyünə nail olmaq lazım gəlirdi. Lakin ermənilərin “Qərbi 

Ermənistan” adlandırdıqları vilayətlərin heç birində say etibarı ilə üstünlük on-

ların tərəfində deyildi. Bunu ermənilərin qəyyumu kimi çıxış edən Fransanın 

Xarici İşlər Nazirliyi 1897-ci ildə yaydığı sənəddə də etiraf etmişdi

66



Bundan sonra indiki Ermənistan ərazisində “Daşnaksütyun” partiyasının 

sıraları daha da artmış, Qafqazda antitürk təbliğatı xeyli güclənmişdi. “Novaya 

vremya” qəzetinin  İrəvan üzrə müxbiri Qriqoryevin verdiyi məlumata görə, 

törədilən cinayətlərin 80 faizi Türkiyədən gəlmiş ermənilərin, muzdlu qatillərin 

payına düşürdü

67



Rus-yapon müharibəsində  məğlub olmuş Rusiya imperiyasında xalq 

çıxışları və o cümlədən milli azadlıq hərəkatları baş verdi. Bu iki amilin qarşısını 

almaq üçün çar Rusiyası rus şovinizmi dirçəlişi və xalqları bir-birinə  qırdırmaq 

siyasəti; həyata keçirməyə başladı. Bunlar siyasəti birinci növbədə Qafqazda 

həyata keçirmək labüd sayıldı. Belə bir vəziyyətdən ermənilər istifadə etməyə vaxt 

və şərait tapdılar. Çar Rusiyası erməniləri gizli surətdə silahlandırdı və tarixdə belə 

adlanan «erməni-müsəlman davası» təşkil etdi. Azərbaycanlılarla ermənilər 

arasında ilk toqquşma Bakı  şəhərindən başlayaraq  Şuşaya, Zəngəzura,  İrəvan, 

Tiflis, Naxçıvan, Ordubad Eçmiədzin, Cavanşir, Qazax qəzalarına yayıldı. 

Münaqişənin birinci mərhələsinin başa çatması ilə çar hökumətinin 

mövqeyi dəyişdi. Müsəlmanlara qarşı yeni hücum kampaniyası başlandı. Çarın 

Qafqazdakı yeni canişini Voronsov-Daşkov ermənilərlə dostluğun Cənubi 

Qafqazda Rusiyanın hakimiyyətinin əsası olması kimi köhnə ənənəni dirçəltmək 

və həyata keçirmək üçün gərgin işə başladı. Qafqazın canişini yazırdı: "Mənim 

siyasətimin mənafeyi naminə qanuna əsasən erməniləri məhkəmə  vəzifələrinə 

təyin etmək, hər bir halda erməni icmasını  qıcıqlandırmamaq, Rusiyaya qarşı 

                                                            

65

Nəcəfli G. Azərbaycan хanlıqlarının Osmanlı dovlətilə siyasi əlaqələri (ХVIII əsrin ikinci 



yarısı), s. 98.  

66

 Величко В.Л. Кавказ. Русское дело и международные вопросы. Баку, Элм, 1990, с. 96. 



67

 Yenə orada, s. 137. 




 

21

düşmənçiliyi gücləndirməmək lazımdır"



68

.  


Hərtərəfli hazırlıq gördükdən sonra ermənilər 1905-ci il fevralın ilk 

günlərindən Bakıda qırğın törətdilər; çox keçmədən  İrəvanda iğtişaşlar kütləvi 

xarakter aldı. Naxçıvan, Zəngəzur erməni silahlı dəstələrinin hücumlarına məruz 

qaldılar. Kəndləri dağıdır, yandırır, günahsız insanları  qılıncdan keçirirdilər. 

Yerli əhali ata-baba yurdunu tərk etməyə, qaçqınlıq yolunu tutmağa başladılar. 

İrəvandan göndərilən bir xəbərdə deyilirdi: “Hər tərəfdən qəbiristanlığa cəna-

zələr gətirilir. Çoxu müsəlmandır. Ölənlər və yaralananların sayı artmaqdadır. 

Bütün günü atəş səsləri eşidilməkdədir. Bir tatarın evinə bomba atıblar, 24 nəfər 

ölüb və yaralanıb. Təpəbaşı məhəlləsində tatarların evlərini bombalayıblar, çoxlu 

adam tələf olub. Zəngi dərəsində öldürülənlər çoxdur. Azərbaycanlılar küçəyə 

çıxmaqdan qorxurlar. Çoxları  şəhəri tərk edib”. Məqsəd də elə  şəhəri tərk 

etdirmək idi. “Erməni məsələsi” XX əsrin əvvəlində adətən bu yolla həll edilirdi. 

Təkcə  İrəvan  şəhərində deyil, quberniyanın azərbaycanlılar yaşayan bütün 

şəhərlərində  vəziyyət belə idi. Eçmiədzin qəza rəisinin verdiyi bir xəbərdə 

deyilirdi: “800 Toroslu erməni müsəlman kəndinə hücum edib. Kəndi 

darmadağın ediblər. 53 nəfəri öldürüb və yandırıblar. 27 nəfər yaralanıb. 255 

kəndin bütün ot tayaları, taxıl zəmiləri yandırılıb”. Həmin xəbərdə deyilirdi: 

“Daşnaksütyun partiyası üzdə barışıq üçün hər iki xalqa müraciət etsə də, altdan-

üstdən terrorçuluq əməllərini həyata keçirməkdədir”

69



Ümumiyyətlə, 1905-1906-cı illərdəki erməni-müsəlman davasında İrəvan 

və Yelizavetpol quberniyalarında 200-dən artıq kəndi ermənilər yerlə yeksan 

etmiş  və  əhalisini soyqırımına məruz qoymuşlar. “Daşnaksütyun” partiyasının 

liderləri “erməni məsələsi”ni həll etmək, “Böyük Ermənistan” xülyasını 

reallaşdırmaq üçün bütün yerli təşkilatlara göstəriş göndərərək tələb etmişdi ki, 

İrəvan, Gəncə  və Qarabağ mahallarında olan bütün türk kəndlərini viran 

qoysunlar, bu kəndləri yerli əhalidən, yəni azərbaycanlılardan birdəfəlik 

təmizləsinlər. 1905-1906-cı illərin erməni-müsəlman qırğınlarına həsr olunmuş 

“Qanlı illər”  əsərində görkəmli yazıçı M.S.Ordubadi yazırdı: “1905-ci il iyun 

ayının 9-da ermənilər azərbaycanlılar yaşayan Təkyə kəndinə hücum etmişlər. 

Müsəlmanlar tamamilə silahsız, ermənilər isə mükəmməl silahlı olmuşlar. Ona 

görə  də  kəndin sakinləri kəndi boşaldıb, arvad-uşaqlarını götürüb dağlara çıx-

mışlar. Axund Məhəmməd Əli Mirzə Əbdülhüseyn Qazızadənin böyük imarə-

tinə od vurulmuş, iki yüz cild Quran və müqəddəs kitablar da yandırılmışdı. 

Eçmiədzində 9 məşhur azərbaycanlı kəndi dağıdılsa da hökumət heç bir tədbir 

görməmişdi”

70



Soyqırımın qarşısını almaq məqsədilə xüsusi xəfiyyə  şəbəkəsinin 



qurulması haqqında C.Zeynaloğlunun 1924-cü ildə  İstanbulda dərc edilən 

kitabında belə  məlumat verilir:  “Yalnız azəri türkləri hələ  qəflətdə idilər və 

iğtişaşlarda çar tərəfini saxlayırdılar. Rusiya hökuməti müsəlmanların bu 

                                                            

68

Arzumanlı V., Mustafa N. Tarixin qara səhifələri. Deportasiya. Soyqırımı. Qaçqınlıq, s. 109. 



69

 Yenə orada, s. 110. 

70

Ordubadi M.S. Qanlı illər. 1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman 



davasının tarixi. Bakı: Qarabağa XYK, 1991, s. 29. 


 

22

qəflətindən istifadə edib, Peterburqdan xüsusi surətdə yüz otuz xəfiyyə məmuru 



göndərərək, türklər ilə ermənilər arasında icra etdiyi propaqanda ilə biri digəri 

əleyhinə silah işlətməyə təşviq və əsrlərcə yaxşı keçinən iki milləti biri digərinə 

qırdırdı”

71



Ümumiyyətlə, İrəvan quberniyasının elə bir kənd, elə bir məntəqə yox idi 

ki, erməni təcavüzünə məruz qalmasın. Dərələyəz mahalının XIX əsrin axırların-

dan etibarən 154 kəndi vardı ki, bunlardan 45 kənd 1905-1907-cı illərdə yerlə-

yeksan edilmişdir. Digər kəndlərin əhalisi isə İrana, Azərbaycana və Naxçıvana 

qaçmışdılar. Yollarda erməni gülləboranından 200 nəfər qətlə yetirilmiş, azər-

baycanlı yaşayış məntəqələri viran edilmiş, əhali soyqırımına məruz qalmışdır. 

Tədqiqat işinin üçüncü fəslinin ikinci yarımfəslində çarızmin milli-


Yüklə 414,15 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin