“İrəvan bölgələrinə kütləvi erməni köçürmələri və onların fəsadları”
adlı üçüncü yarımfəsildə Rusiya imperiyası Cənubi Qafqazda möhkəmlənmək
və özünün gələcək işğalçılıq planlarını həyata keçirməkdən ötrü 1828-ci ildə
Qacarlar dövləti ilə imzalanmış Türkmənçay və 1829-cu ildə Osmanlı imperi-
yası ilə bağlanmış Ədirnə müqavilələrinin şərtlərinə əsaslanaraq, kütləvi surətdə
Şimali Azərbaycan torpaqlarına köçürməsi haqqında geniş məlumat vermişdir.
Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən İranda yaşayan
ermənilərə sərbəst surətdə Rusiyanın himayəsinə keçmək hüququ verilirdi.
Ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi layihəsi hələ 1827-ci
ildə A.S.Qriboyedovun başçılıq etdiyi Cənubi Qafqaz diyarının diplomatik
dəftərxanasında hazırlanmışdı. Ermənilərin Şimali Azərbaycan torpaqlarına
köçürülməsinin reallaşması ilə əlaqədar olaraq, Rusiya hökumətinin İranla
sərhədboyu ərazilərə 80 min kazakın köçürülməsi barədə əvvəllər hazırladığı
layihəsi qüvvədən salındı
48
. J. İ.Yenikolopova görə, A.Qriboyedov ermənilərin
İrandan Rusiya sərhədlərinə, yəni Çuxursəd çökəkliyinə köçürülməsinə xüsusi
diqqətlə yanaşır və bu məsələyə Rusiyanın Şərqdəki mövqelərinin
möhkəmlənməsinin təminatı kimi baxırdı
49
.
Türkmənçay müqaviləsi imzalandıqdan dərhal sonra, fevralın 14-də
Lazarev elə oradaca Paskeviçə göndərdiyi raportunda xatırladırdı ki, ermənilər
müharibə zamanı qələbəmiz üçün mümkün olanı etmişlər və indi evlərini qoyub,
Rusiya əyalətinə keçmək istəyirlər. Ermənilərin sürətlə və rahat köçürülməsi
üçün Lazarev təklif edir: 1) Köçürmə işlərinə rəhbərlik etmək üçün ona Paskeviç
göstəriş versin və həmin göstərişdə köçənlərə verilən güzəştlər göstərilsin; 2)
Köçürmə işlərinə rəhbərlik etmək üçün erməni dilini bilən lazımi qədər ştab və
ober zabitlər təyin etmək onun ixtiyarına verilsin; 3) İqlim şəraitinə görə
köçürmə işləri ləngiyə biləcək yerlərdə rus ordusu orada gözləsin və ordu
köçənləri müşayiət etsin; 4) Kasıb köçkünlər üçün xəzinədən vəsait ayrılsın
50
.
Rusiyanın bufer erməni dövləti yaratmaq siyasətini başa düşən Abbas
Mirzə Rusiya ilə İranın yeni sərhədləri boyunca ermənilərin kütləvi surətdə
yerləşdirilməsindən narahat idi
51
. Buna görə də o, ermənilərin İrandan kütləvi
surətdə köçürülməsinə mane olmağa çalışırdı. Bu prosesin qarşısını almaq üçün
onun nümayəndələri yerlərdə olur, ermənilərə köçmədikləri halda 6 il müddətinə
48
Вердиева Х., Гусейнзаде Р. «Родословная» армян и их миграция на Кавказ с Балкан.
Баку: Эlm, 2003, c. 128-129.
49
Ениколопов И.К. Грибоедов и Восток. Ереван, 1954.
50
Акты собранные Кавказскою Археографическою Комиссиею, т. 4, c. 563
51
İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi.
Bakı: Azərbaycan, 2010, s. 68.
15
vergilərdən azad ediləcəklərini vəd edirdilər
52
.
XIX əsrin I yarısından başlayaraq, İrandan ermənilərin İrəvana kütləvi
şəkildə köçürülməsi nəticəsində həmin ərazilərdə məskunlaşmış azərbaycanlılar
öz yurd-yuvalarından məhrum edilmişdilər. Nəticədə, XIX əsrin ikinci yarısında
Türkiyə, Gürcüstan və Azərbaycan ərazilərini tutmaqla "Böyük Ermənistan"
kimi millətçi, şovinist ideyasını həyata keçirmək istəyində olan ermənilər təş-
kilati strukturlar yaratmağa başlayırlar. Belə ki, əsasən xaricdə "Hnçaq" (1887,
Cenevrə), "Daşnaksütyun" (1890, Tiflis) partiyaları, "Erməni vətənpərvərlər
ittifaqı" (1895, Hyu-York) təşkilatı yaradılır. Bütün bu cəhdlərə baxmayaraq
XIX əsrin sonunda İrəvan quberniyası azərbaycanlıların sayına görə Bakı və
Yelizavetopol (Gəncə) quberniyalarından sonra Qafqazda üçüncü yeri tuturdu
Ümumiyyətlə, XIX əsrin 20-ci illərindən başlayaraq təqribən 90 il ərzində
Cənubi Qafqaza 1 milyondan çox erməni köçürülüb gətirildi. Köçürülən ermə-
nilər əsasən Azərbaycan ərazisində və azərbaycanlıların elliklə yaşadıqları Cə-
nubi Qafqaz torpaqlarında yerləşdirildi.
I Dünya müharibəsi illərində Azərbaycan torpaqlarına ermənilərin axını
daha da artdı. Çar Rusiyası Cənubi Qafqazı türk-müsəlman əhalidən -
təmizləmək və türksüz Azərbaycan yaratmaq üçün erməni amilindən geniş
istifadə etdi. Rusiya tərəfindən silahlandırılan və müdafiə olunan erməni terrorçu
dəstələri azərbaycanlılara qarşı kütləvi soyqırımına başladılar. Keçmiş İrəvan,
Naxçıvan və Qarabağ xanlıqlarının ərazisində azərbaycanlı əhaliyə qarşı
soyqırımı həyata keçirilmişdi.
1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyəti Osmanlı
dövlətinin təsiri ilə paytaxtı qədim Azərbaycan şəhəri İrəvan olmaqla, erməni
dövləti yaradılmasına razılıq verməyə məcbur oldu.
Bununla da, ermənilərin Azərbaycan torpaqlarına köçürülməsindən
təqribən 100 il sonra İrəvan ərazisində ermənilərə dövlət yaradılmış oldu.
Beləliklə, ermənilər nəhayət, məqsədlərinə nail oldular
Dostları ilə paylaş: |