Tədqiqatın nəzəri və əməli əhəmiyyəti. Tədqiqatın nəticələri
Azərbaycanın ümumi tarixinin yazılmasında, həmçinin Azərbaycanın siyasi
tarixi ilə bağlı ali təhsil ocaqlarında ümumi və xüsusi mühazirə kurslarının
hazırlanmasında istifadə edilə bilər. Dissertasiyanın materialları Azərbaycan
tarixini saxtalaşdıranlara qarşı mübarizədə əhəmiyyət kəsb edə bilər.
Dissertasiyanın aprobasiyası. Tədqiqatın məzmunu və əsas ideyaları
dissertantın çap etdirdiyi elmi nəşrlərdə, məqalə və tezislərdə öz əksini tapmış-
dır. Dissertasiya işi iki dəfə Milli Azərbaycan Tarixi Muzeyinin “Azərbaycan
tarixinin elmi ekspoziyası “ şöbəsində müzakirə edilib, müdafiəyə buraxılmışdır.
Dostları ilə paylaş: |