Dissertasiya işinin metodoloji əsası. Dissertasiyanın məqsəd və
vəzifələrini yerinə yetirmək üçün bir sıra tarixi tədqiqat metodlarından istifadə
edilmişdir. Dissertasiyanın elmi-metodiki əsasını mənbələrin tənqidi təhlil
metodu təşkil edir ki, onun da köməyi ilə tarixi həqiqətin obyektiv əks
etdirilməsinə nail olunmuşdur.
Tədqiqat işində bir sıra tarixi baxışlar, mövqelər və yanaşmalar dövrün
beynəlxalq münasibətlər sistemi kontekstində nəzərdən keçirilmişdir. Bütün
bunlarla yanaşı təqdim olunan dissertasiyada tarixi proseslər təhlil olunmuş,
XIX-XX əsrin əvvəllərində İrəvan quberniyasında etnik münasibətlər kompleks
şəkildə araşdırılaraq tədqiq olunması və reallıqları olduğu kimi, obyektiv
yanaşma tərzində əks etdirilməsi problemin metodoloji əsasını təşkil edir.
Həmçinin, tədqiqat zamanı müqayisəli təsviri metodlardan istifadə
edilmişdir. Bəzi hallarda mənbələrin genetik və funksional təhlili metodları da
istifadə edilmişdir. Arxiv mənbələrinin zənginliyi və mövzunun xüsusiyyəti
statistik təhlil metodundan istifadə etməyə imkan vermişdir.
Dostları ilə paylaş: |