Microsoft Word Zulfiyye avtoreferat doc



Yüklə 414,15 Kb.
Pdf görüntüsü
səhifə3/24
tarix10.04.2022
ölçüsü414,15 Kb.
#55079
1   2   3   4   5   6   7   8   9   ...   24
tar n czn 31 01 18

 

Ünvan: AZ 1143, Bakı şəhəri, H.Cavid prospekti, 115 

 

 



Dissertasiya ilə Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakı-

xanov adına Tarix İnstitutunun Elmi Arxivində tanış olmaq olar 

 

 

Avtoreferat “___”___________ 2017-ci il tarixində göndərilmişdir 



 

 

 



 

Dissertasiya Şurasının elmi katibi 

tarix üzrə fəlsəfə doktoru, dosent                                    C.Ə.BƏHRAMOV 



 3

I. DİSSERTASİYANIN ÜMUMİ SƏCİYYƏSİ 

 

Mövzunun aktuallığı. XIX əsrin ikinci yarısı XX əsrin əvvəlləri dövrü 

Azərbaycan tarixində hadisələrin zənginliyi və mürəkkəbliyi baxımından müasir 

milli tarixşünaslıq üçün elmi və siyasi əhəmiyyət kəsb edir. 1828-ci il Türk-

mənçay müqaviləsinin imzalanmasından sonra çar Rusiyasının müstəmləkəsinə 

çevrilən  Şimali Azərbaycan torpaqlarında, xüsusilə  də keçmiş  İrəvan xanlığı 

ərazisində  həyata keçirilən antiazərbaycan siyasəti, 1828-ci ildə qondarma 

“Erməni vilayəti”nin yaradılması, burada İrəvan quberniyasının yaradılması, 

Qacarlar  İranı  və Osmanlı imperiyası  ərazilərindən ermənilərin, kürdlərin, 

aysorların və rus təriqətçilərinin bu ərazilərə kütləvi  şəkildə köçürülməsi və 

nəticədə regionun etnik mənzərəsinin yerli azərbaycanlı  əhalinin zərərinə 

dəyişdirilməsi, 1918-ci ildə  Qərb dövlətləri və Osmanlı dövlətinin təzyiqi  ilə  

AXC milli şurası tərəfindən  İrəvan şəhəri və 9 min. kv.km ərazinin ermənilərə 

heç bir hüquqi əsas olmadan  güzəştə gedilməsi  XX əsrin sonunda Azərbaycan 

xalqı üçün  çox ağır faciələrlə-ilk növbədə çoxsaylı insan və  ərazi itkiləri ilə 

nəticələndi. Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa 

etdikdən sonra, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli  lider 

Heydər  Əliyev 1997-ci il yanvarın 31-də AMEA-nın aparıcı alimləri ilə 

keçirdiyi görüşdə XIX-XX əsrlər Azərbaycan tarixi mənbələrinin hərtərəfli 

tədqiqi məsləhətini tarixçi alimlər qarşısında bir vəzifə olaraq qoydu. Bu 

baxımdan Azərbaycan Respublikası Prezidenti Heydər  Əliyevin 18 dekabr 

1997-ci il tarixli “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR 

ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında” və 26 

mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanları qarşıya 

qoyulan elmi məsələlərin həlli üçün tarixi və hüquqi əsas yaratmışdır. 

Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev öz çıxışlarında dəfələrlə 

İrəvanın tarixi Azərbaycan torpağı olduğunu qeyd etmiş, Azərbaycan tarixçiləri 

qarşısında bütün Azərbaycan torpaqlarının real tarixini işləyib hazırlamaq 

vəzifələrini qoymuşdur.

1

 

Ermənistan deyilən bu qondarma dövlətin tarixi Azərbaycan torpaqları 



hesabına qurulduğu müasir Azərbaycan tarix elmi tərəfindən sübut edilmişdir. 

Azərbaycan respublikasının prezidenti İlham Əliyevin çağırışlarına cavab olaraq 

yazılaraq dünya xalqlarının dillərinə  tərcümə edilərək nəşr edilən “İrəvan 

xanlığı: Rusiya işğalı  və ermənilərin  Şimali Azərbaycan torpaqlarına 

köçürülməsi” ( Bakı, 2009) əsəri bunun bariz nümunəsidir. 

ABŞ tarixçiləri C.Makkartin və K.Makkartin “Türklər və ermənilər” adlı 

əsərində qeyd edirlər ki, Ermənistan adlanan coğrafi yer ermənilərə deyil, 

azərbaycanlılara məxsusdur. Ona görə də bu ərazinin adlarının hamısı türk mən-

şəlidir.  

XX  əsrin  əvvəllərindən başlayaraq “Daşnaksütyun” partiyası  Cənubi 

Qafqazda, xüsusilə Şimali Azərbaycanda öz fəaliyyətini daha da genişləndirdi: 

1905-1907-ci illərdə Rusiyada burjua demokratik inqilabı baş verdi. Çarizm öz 

                                                            

1

 



http://president.az/articles/1565/print

  



 4

hakimiyyətini saxlamaq üçün müxtəlif tədbirlər həyata keçirməyə başladı. Belə 

tədbirlərdən biri müxtəlif millətlər arasında nifaq salmaq idi. Çar hökuməti yaxşı 

bilirdi ki, Cənubi Qafqazda azərbaycanlılarla ermənilər arasında dərin ziddiyyət-

lər var. Həmin ziddiyyətlər çarizmin milli siyasəti nəticəsində yaradılmışdı. Bu 

ziddiyyətlər ermənilərin XIX əsrin I yarısında Azərbaycana kütləvi şəkildə köçü-

rülməsi ilə başlanmışdı. Çar Rusiyası  tərəfindən yeridilən milli və dini ayrı-

seçkilik siyasəti nəticəsində yerli azərbaycanlı əhali ilə ermənilər arasındakı zid-

diyyətlər regionda gedən ictimai-siyasi hadisələrə də öz təsirini göstərmişdi. Bü-

tün bunları nəzərə alan çarizm 1905-ci il inqilabı zamanı ermənilərdən bir vasitə 

kimi istifadə edib, onları müsəlmanların əleyhinə qaldırdı. Bu zaman ermənilər 

bir o qədər də çox deyildilər. Qafqazda olan 54 qəzanın yalnız 5-də ermənilər 

çoxluq təşkil edirdilər. Bu zaman İrəvan şəhərinin özündə ermənilər azlıq təşkil 

edirdi. Lakin buna baxmayaraq ermənilər Cənubi Qafqazda yüksək vəzifəli rus 

məmurları  tərəfindən gizli göstərişlər alıb silahlanaraq azərbaycanlılara qarşı 

soyqırımı cinayətini törətdilər.  

Həmin hadisələrin şahidi olan yazıçı M.S.Ordubadi 1905-1906-cı illərdə 

olan qırğına həsr etdiyi "Qanlı illər" əsərində yazmışdı: "Çoxdan bəri hər iki mil-

lətin zatına qondarılmış iğtişaş bombası partladı. Bütün Qafqaz aləmi bu bomba-

nın təsiri şiddətindən yanıb yaxıldı”

2



Çar Rusiyası dövlətindən himayə görən ermənilər silahlanaraq indiki 



Ermənistan respublikası  ərazisinin hər yerində  və Dağlıq Qarabağda dəfələrlə 

basqınlar edərək silahsız və müdafiəsiz olan Azərbaycan türklərini qırmış, 

əmlaklarını qarət edərək doğma yurdlarından didərgin salmışlar. Bu cür qırğınlar 

1905-1906-cı, və 1915-1920-ci illərdə daha kütləvi şəkil almış, demək olar ki, 

indiki Ermənistanın hər bölgəsində türklərə qarşı soyqırımı siyasəti həyata 

keçirilmişdir. 

1918-ci il mayın 29-da Qərb dövlətləri və Osmanlı dövlətinin təzyiqi ilə 

AXC-nin milli şurasının İrəvan şəhəri və onun ətrafında yerləşən 9 min kv.km 

əraziləri ermənilərə güzəştdə getdikdən sonra “Daşnaksütyun” partiyası  Ermə-

nistanın müstəqilliyini elan edərək öz millətçi ideyasını həyata keçirməyə başla-

dı. 1918-1920-ci illərdə daşnak hökuməti Osmanlı imperiyası, Azərbaycan və 

Gürcüstana qarşı ədalətsiz müharibələr aparmaq mövqeyindən çıxış edirdi.  

1918-1920-ci illər statistik məlumatlara əsasən demək olar ki, 1905-1907-

ci illərdə baş verən hadisələrdən sonra azərbaycanlılar  kütləvi  şəkildə 

soyqırımına məruz qalmışlar. 1916-cı ilin məlumatları göstərir ki, 1831-ci illə 

müqayisədə  həmin il İrəvan quberniyasının 5 əyalətində  əhalinin sayı 40 dəfə 

artaraq 14 min 300-dən 570 min nəfərə çatmışdı. Ancaq həmin zaman kəsiyində 

azərbaycanlıların sayı cəmi 4,6 faiz artaraq 246 min 600 nəfər təşkil edib. Yaxud 

başqa bir nümunə, əgər 1886-1897-ci illərdə əhalinin mütləq artımı 40 min nəfər 

olubsa, 1905-1916-ci illərdə bu rəqəm cəmi 17 min nəfər olub. Halbuki hələ 

1905-ci ildə 1886-cı illə müqayisədə  əhalinin sayı 61 min nəfər çox olub. Bu 

rəqəmlər çar Rusiyasının idarəçiliyi dövründə erməni millətçilərinin  şovinist 

                                                            

2

 Ordubadi M.S. Qanlı illər. 1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman 



davasının tarixi. Bakı: Qarabağa XYK, 1991, s.100. 


 5

siyasətinin həyata keçirməsindən, "Türksüz Ermənistan" planının reallaşdırıl-

ması istiqamətində azərbaycanlıların qovulmasından xəbər verirdi. 

I Dünya müharibəsindən sonra Rusiyada yaranmış  vəziyyətdən istifadə 

edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra 

öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd edirlər. Bakı 

kommunası  əksinqilabi elementlərlə mübarizə  şüarı altında 1918-ci ilin 

martından başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların 

çıxarılması məqsədini güdən cinayətkar planın reallaşdırılmasına başlayır. 

Vətən tarixşünaslığında xüsusi aktuallığa malik olan problemlə bağlı 

çoxlu tədqiqatlar aparılsa da XIX əsrin  sonu – XX əsrin  əvvəllərində  İrəvan 

quberniyasında etnik münasibətlər tarixşünaslığında kompleks şəkildə  tədqiq 

edilməmişdir. Bu baxımdan, tədqiqat işi xüsusi aktuallığa malikdir. 


Yüklə 414,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin