Microsoft Word Zulfiyye avtoreferat doc


Tədqiqatın xronoloji çərçivəsi



Yüklə 414,15 Kb.
Pdf görüntüsü
səhifə4/24
tarix10.04.2022
ölçüsü414,15 Kb.
#55079
1   2   3   4   5   6   7   8   9   ...   24
tar n czn 31 01 18

Tədqiqatın xronoloji çərçivəsi. Dissertasiya işində xronoloji baxımdan 

XIX-XX əsrin 20-ci illərinə qədərki tarixi məsələlər öz əksini tapır. Xronoloji 

yanaşmada aydın olur ki, İrəvan bölgəsinin XIX-XX əsrin  əvvəlləri tarixinin 

öyrənilməsi Rusiya qafqazşünaslığı  tərkibində  təşəkkül tapır. Bu sıraya daxil 

olan əsərlərin xeyli hissəsi tarixi süjetlərlə birgə dövrü də əks etdirdiyindən həm 

tarixşünaslıq, həm də qaynaq kimi diqqəti cəlb edir.  



Mövzunun öyrənilmə səviyyəsi. İrəvan xanlığı – Azərbaycan xanlıqları 

arasında həm siyasi, həm də iqtisadi cəhətdən Azərbaycan tarixçiləri tərəfindən 

nəinki az öyrənilmiş, hətta demək olar ki, unudulmuşdur. Bu “laqeydliyin” əsas 

səbəbi bu olmuşdur ki, həmin xanlığın  ərazisində yerləşən müasir Ermənistan 

respublikası Sovet hakimiyyəti illərində müttəfiq respublika sayıldığına görə 

Azərbaycan alimləri “qardaşlıq” naminə erməni xalqının “qəlbinə” toxunmamış, 

tarixən Azərbaycana məxsus olan İrəvan xanlığından üz çevirmiş və beləliklə də 

qədim Azərbaycan torpağını elmi baxımdan hələ XX əsrin 20-ci illərindən 

erməni “qardaşlarımıza bağışlamışlar”. 

Dissertasiyada XIX-XX əsrin  əvvəllərində  İrəvan quberniyasında etnik 

münasibətlərin durumu kompleks şəkildə  tədqiq olunmuşdur. Bölgədə sovet 

dövlətinin qadağaları aradan qalxar-qalxmaz uzun illərin həsrətləri ilə bağlı 

bütün sahələrdə inkişaf meylləri müşahidə edildiyi kimi, qədim əzəli Azərbay-

can torpağı olan Qərbi Azərbaycan ərazisinin tarixi müxtəlif aspektlərdə araşdı-

rılmağa başladı.  

Azərbaycan tarixşünaslığında Ermənistanın Qərbi Azərbaycan torpaqları 

olmasının təsdiqi əsas ümdə  məsələ kimi çıxış edir. Burada bir neçə istiqamət 

diqqəti cəlb edir: 1) Ermənistan – Qərbi Azərbaycanın toponimiyasının tədqiqi; 

2) ermənilərin indiki Ermənistan  ərazisinə miqrasiyası; 3) Azərbaycanın tarixi 

coğrafiyasının dəqiqləşdirilməsi və i.a. Birinci istiqamət üzrə daha geniş 

ədəbiyyat yaranmışdır. Lakin burada daha çox toponimik faktların izahına geniş 

yer verilib. B.Budaqov və Q.Qeybullayev isə problemin konseptual ifadəsini 

irəli sürüblər. Bu baxış həmin müəlliflərin “Ermənistanda Azərbaycan mənşəli 

toponimlərin izahlı lüğəti” adlı kitabında ümumiləşdirilib

3

. Müəlliflər yazırdılar: 



                                                            

3

 Budaqov B.Ə., Qeybullayev Q.Ə. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı 



lüğəti. Bakı, 1998; Budaqov B.Ə., Qeybullayev Q.Ə. Naxçıvan diyarının yer yaddaşı. Bakı: 


 6

“Azərbaycan dilində “Ermənistan” sözü 1921-ci ildə Sovet Rusiyasının İrəvan 

quberniyası  ərazisində  təşkil etdiyi dövlətin (və ölkənin) adıdır. Ondan əvvəl 

“Ermənistan” adı  məlum deyildi. 1588 və 1728 – ci illərə aid türkcə arxiv 

sənədlərində İrəvan şəhərinin adı ilə bu ölkə müvafiq olaraq “Rəvan əyaləti” və 

“ İrəvan əyaləti adlanır”

4

. Tədqiqatı yekunlaşdıran müəlliflər  qeyd edirdilər ki, 



“Deyilənlərdən görünür ki, indiki Ermənistan ərazisi ermənilərin yox, e. ə. VIII – 

VII əsrlərdən başlayaraq türk mənşəli tayfaların yaşadığı ölkə olmuş və sonralar, 

XIX əsrin əvvəllərinə qədər burada türklər aparıcı rol oynamışlar. Mənbələrdə 

elə bir tarixi məlumat yoxdur ki, Ermənistan  ərazisində azərbaycanlılar 

erməniləri kəndlərindən qovub yerlərini tutsunlar. Lakin adları türkcə olan 

yaşayış məntəqələrində hələ orta əsrlərdə ermənilərin yaşaması halları istənilən 

qədərdir. Kimin gəlmə, kimin yerli olduğunu müəyyən etmək üçün bu faktın özü 

kifayətdir”

5

. Göstərilən kitabda türk tayfalarının indiki Ermənistan  ərazisində 



yerli olması  əsaslandırılır. Digər qrup tədqiqatlarda ermənilərin bu əraziyə 

miqrasiyası tarixi nəzərdən keçirilir. Onların içərisində İ.Əliyev, H.Verdiyeva və 

R.Hüseynzadənin araşdırmalarını qeyd etmək olar. H.Verdiyeva və R.Hüseyn-

zadənin


6

 “Ermənilərin “şəcərəsi” və onların Balkandan Qafqaza miqrasiyası” 

əsəri adı bütövlükdə bu  problemi əks etdirir. Müəlliflər ermənilərin Cənubi 

Qafqaza gəlmə olduqlarını bildirərək yazırlar ki, ermənilər Cənubi Qafqazda 

əzəli Azərbaycan torpaqlarını tutaraq vətən əldə etdilər

7



Qərbi Azərbaycanın tarixi coğrafiyasına dair tədqiqatlar da nəzərdən 

keçirilən qrupa daxil edilə bilər.  Ə.Ələkbərlinin “Qədim türk oğuz yurdu – 

Ermənistan”

8

, S.Əsədovun tərtib etdiyi “Ermənistan azərbaycanlılarının tarixi 



coğrafiyası”

9

 və b. kitablarda bu məsələ diqqət mərkəzində olub. 



Azərbaycan tarixşünaslığında müxtəlif tarixi dövrlərdə Qərbi Azərbaycan 

tarixinin siyasi, iqtisadi, mədəni problemlərinə dair tədqiqatlar da vardır. S.Əsə-

dov,  İ.Məmmədov

10

  və b. tədqiqatçıların araşdırmaları xüsusi yer tutur. Qərbi 



Azərbaycan tarixi problemlərinə dair ədəbiyyat içərisində azərbaycanlıların 

soyqırımı və deportasiyası haqqında işlər üstünlük təşkil edir.  

Deyilənlərdən aydın olur ki, Qərbi Azərbaycan tarixinin  tarixşünaslığı:  

1. Azərbaycan sovet tarixşünaslığının rəsmi mövqeyi nəticəsində, olduq-

                                                                                                                                         

«Nafta Press», 2004. 

4

 Budaqov B.Ə., Qeybullayev Q.Ə. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı 



lüğəti. Bakı, 1998, s. 19. 

5

 Yenə orada. s. 93. 



6

  Вердиева  Х.  Переселенческая  политика  Российской  империи  в  Северном 

Азербайджане (XIX-начале XX вв.). Баку: «Aлтай», 1999. Вердиева Х., Гусейнзаде Р. 

«Родословая» армян и их миграция на Кавказ с Балкан. Баку: Elm, 2003. 

7

  Вердиева  Х.  Переселенческая  политика  Российской  империи  в  Северном 



Азербайджане (XIX-начале XX вв.).  

8

 Ələkbərli Ə. Qədim türk – oğuz yurdu «Ermənistan». Bakı, 1994. 



9

 Əsədov S. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı, 1995. 

10

  Məmmədov  İ,  Əsədov S. Ermənistan azərbaycanlıları  və onların acı talеyi. (Qısa tariхi 



oçеrk). Bakı: Azərbaycan nəşriyyatı, 1992, 72 s.; Məmmədov  İ. Tariximiz, torpağımız, 

taleyimiz. Bakı, 2002. 




 7

ca gec, yalnız 1980-ci illərin sonları – 90-cı illərin  əvvəllərindən yaranmağa 

başlayır; 

2. Sovet dövlətinin dağılması, xüsusilə Ermənistan SSR –də azərbaycan-

lılara qarşı güclənən deportasiya, soyqırımı  və faktiki olaraq həyata keçirilən 

müharibəyə qarşı geniş elmi – ədəbi ictimaiyyətin reaksiyası kimi meydana gəlir 

ki, bu da onun səviyyəsi və probleminə təsir göstərir; 

3. Bütövlükdə Azərbaycan tarixşünaslığında yeni elmi istiqamətə çevrilir 

və s. 

İrəvan xanlığının siyasi və ictimai-iqtisadi tarixinə dair xeyli material XIX 



əsrin birinci yarısında rus mütəxəssisləri tərəfindən yazılmış kitablarda öz əksini 

tapmışdır. Məsələ burasındadır ki, Cənubi Qafqazı  işğal etdikdən sonra çar 

hökuməti əvvəllər burada mövcud olmuş qayda-qanunları öyrənib, yeni tədbirlər 

həyata keçirmək məqsədi ilə öz məmurlarına bu torpaqların təsvirini tərtib 

etməyi tapşırmışdı. Məhz bunun nəticəsində  həmin dövrdə  Cənubi Qafqazın 

təsvirini  əks etdirən onlarca kitab işıq üzü görmüşdür. Həmin kitablar indiki 

dövrdə əvəzolunmaz mənbələrdir.  

Bununla yanaşı İrəvan quberniyasının XIX-XX əsrin əvvəllərindəki tarixi 

V.A.Abazanın

11

, Z.Avalovun



12

, S.Avalianinin

13

, Qafqaz Arxeoqrafiya Komissi-



yasının Aktlarında (АКАК)

14

, T.X.Akopyanın



15

, M.Y.Alaverdyansın

16

  əsərlə-



rində qərəzli şəkildə işıqlandırılmışdır. 

Bütün bunlara baxmayaraq, rus qafqazşünaslığı İrəvanın XIX-XX əsrin 

əvvəlləri dövrünün sistemli tarixini yaratmağa nail ola bilməmişdi. 

Sovet dövründə Azərbaycan tarixçilərinin Q.B.Abdullayevin

17

, A.İ.Ab-



dullayevin

18

, A.A.Əbdurəhmanovun



19

  əsərlərində  Qərbi Azərbaycan  ərazisinin 

tarixi geniş tədqiq olunmuşdur. 

 XIX əsrin 70-90-cı illərində Azərbaycanda aqrar münasibətlər və 

kəndlilərin vəziyyəti Z.Şahverdiyevin

20

, M.M.Gülmalıyevin



21

 əsərlərində geniş 

                                                            

11

 Aбаза В.А. История Армении. СПб. 1888. 



12

 Авалов З. Присоединение Грузии к России. СПб. 1901. 

13

Авалиани С. Kрестьянский вопрос в Закавказье. т.1. Одесса, 1912; т.4. Тифлис, 1920. 



14

 Акты собранные Кавказскою Археографическою Комиссиею (АКАК). 

15

Акопян Т.Х. Очерк истории Еревана. Ереван, 1977. 



16

 Алавердянц М.Я. Граф Иван Феодрович Паскевич-Эриванский и его деятелъностъ 

на Кавказе в очерках армянского историка. СПб. 1912. 

17

 Абдуллаев Г.Б. Азербайджан в ХVIII веке и взаимоотношениях его с Россией. Баку, 



Изд-во Акад.Наук Азерб. ССР, 1965, 

18

 Абдуллаев А.И. Материальная культура азербайджанцев, проживающих в Армении 



в ХIX- начале ХХ века. Автореф.канд.дисс. Тбилиси 1981. 

19

  Абдурахманов  А.А.  Азербайджан  во  взаимоотношениях  его  с  Россией,  Турцией  и 



Ираном в первой половине ХVIII в. Баку, Изд-во АН Азерб. ССР, 1964. 

20

 Şahverdiyev Z. Ə. Naxçıvan bölgəsi XIX-XX əsrin əvvəllərində. Bakı: Elm, 2008; yenə 



onun. Azərbaycanın kənd təsərrüfatında kapitalist münasibətlərinin inkişafı  məsələlərinin 

öyrədilməsinə dair // Tarix, ictimaiyyət, coğrafiya tədrisi. 1984, №4, s.29-32. 

21

 Gülmalıyev M.M. XVIII əsrin son rübü – XIX əsrin birinci yarısında Azərbaycan 



kəndinin sosial-iqtisadi strukturu. Bakı: Elm, 1989. 


 8

şərh edilmişdir. 

1980-cı illərin sonları– 1990-cı illərin başlanğıcında  əzəli Azərbaycan 

torpağı olan İrəvan ərazisinin tarixinin tədqiqi yeni səviyyəyə yüksəldi. 1997-ci 

ildə F.Əliyеv, U.Həsənov “İrəvan хanlığı” əsərini nəşr etdilər

22

. Əsərdə xanlıqda 



XIX əsrin əvvəllərində baş  verən hadisələr də işıqlandırılmışdır. 

Akademik Yaqub Mahmudovun rəhbərliyi ilə AMEA A.A.Bakıxanov 

adına Tarix İnstitutu  İrəvan haqqında fundamental əsərlər nəşr etdirmişdir. Bu 

əsərlər dünyanın müxtəlif dillərində çap edilmiş Azərbaycanın haqq səsini bütün 

dünya ictimaiyyətinə çatdırmaqdadırlar. AMEA A.A.Bakıxanov adına Tarix 

İnstitutu tərəfindən hazırlanan  İrəvan xanlığına dair ən fundamental əsər 

tərəfindən biri də “İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbay-

can torpaqlarına köçürülməsi”

23

 adlı kitabdır. Akademik Y.M.Mahmudovun 



qələminin məhsulu olan «Real tarix və “Böyük Ermənistan” uydurması». 

(Bakı, 2017), habelə onun rəhbərliyi altında AMEA A.A.Bakıxanov adına 

Tarix  İnstitutunun aparıcı alimlərindən  İsrafil Məmmədovun (Rus-Türk 

müharibələrində ermənilərin iştirakı. Bakı, 2011; İrəvan dəftəri – I. Bakı, 

2008;  İrəvan dəftəri – II, Bakı, 2004; İrəvan dəftəri – III. Bakı, 2009; 

Vedibasar qətliamları. 1918-1988. Bakı, 2013; Erməni kilsəsi və Türk-

Azərbaycan torpaqlarında dolaşmaqda olan «Böyük Ermənistan» kabusu. 

Bakı, 2010), Tofiq Mustafazadənin («Erməni məsələsi»ndən erməni 

terrorizminə. Bakı, Turxan, MPB. 2016), Zemfira Hacıyevanın (Qarabağ və 

İrəvan xanlıqlarının tarixşünaslığı. Bakı, 2013), Güntəkin Nəcəflinin 

(XVIII  əsrdə Azərbaycan  ərazisində erməni dövləti yaradılması  cəhdləri. 

Bakı, 2007; İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan 

torpaqlarına köçürülməsi. Bakı, 2009; İrəvan qalası – qəhrəmanlıq qalası. 

Bakı, 2015; Çuxursəd hakimləri və  İrəvan xanları. Bakı, 2015). Nazim 

Mustafanın (İrevan  şehri. Türk-İslam varlığı nasıl yok edildi. Ankara, 

Berikan, Yayın evi, 2015; Erməni vandallarının yox etdiyi xan sarayı, Bakı, 

2015). Elçin Qarayevin (Azərbaycan  İrəvan bölgəsinin tarixindən (XVII 

yüzilliyin sonu – XIX yüzilliyin ortalarında). Bakı, 2016, habelə 

N.V.Eyvazovanın (XIX-XX əsrin başlanğıcında  Şimali Azərbaycanda 

miqrasiya prosesləri. Bakı, 2016), Ş.R.Mustafayevin (İrəvan xanlığının 

Osmanlı imperiyası ilə  əlaqələri. Bakı, 2017) və başqalarının çox dəyərli 

əsərlərindən Azərbaycanın Qərb bölgəsinin tarixi, tarixin bir çox sosial-

iqtisadi, ictimai-siyasi problemləri mötəbər qaynaqlar əsasında araşdırılmış, 

erməni saxtakarlıqlarının ifşa edilməsi istiqamətində ciddi işlər görülmüş, 

Qərbi Azərbaycanın real və obyektiv tarixinin yaradılması  işinə sanballı 

töhfələr verilmişdir.  

XIX-XX əsrin əvvəllərində İrəvan ərazisində etnik durum H.Y.Verdiye-

vanın


24

, R.F.Səfərovun

25

 əsərlərində öz əksini tapmışdır.  



                                                            

22

 Əliyеv F., Həsənov U. İrəvan хanlığı. Bakı, Azərnəşr, 1997. 



23

İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. 

Bakı: Azərbaycan, 2010. 

24

 Verdiyeva H.Y. XIX əsrin birinci yarısında Şimali Azərbaycanın əhalisi. Bakı, 1993, 133 




 9

XIX əsrin əvvəllərində kütləvi şəkildə Azərbaycan ərazisinə köçürülmüş 

ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti B.Abdullayev, H.Cəfəro-

vun


26

,  Ə.Abdullayevin

27

, V.Arzumanlının, N.Mustafanın



28

,  S.Eloğlunun

29



F.Qaraoğlunun



30

, B.İ.Nəcəfovun

31

,  S.Əsədovun



32

  əsərlərində geniş  şərh edil-

mişdir. 

İrəvan ərazisinin tarixi Türkiyə tarixçilərinin – Cezmi Yurdseverin

33

, Er-


dal Literin

34

, Kemal Taranın



35

, Kemal Beydillinin

36

 F.Kırzıoqlunun



37

, Tahir 


Sünbülün

38

 və b. əsərlərində də öz əksini tapır. 



Göründüyü kimi XIX-XX əsrin  əvvəllərində  İrəvan quberniyasının 

tarixinin tədqiqi sahəsində  fəal iş gedir, bir çox alimlərimiz bu sahədə araş-

dırmalar aparmış və aparmaqdadırlar. Bütün bunlara baxmayaraq tədqiqat işində 

XIX-XX  əsrin  əvvəllərində  İrəvan quberniyasında etnik münasibətlər ilk dəfə 

olaraq bütöv və sistemli kompleks şəkildə araşdırılır.  


Yüklə 414,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin