Midterm hidratın öyrənilmə tarixi


Şəkil 1. və əmsallarının qazın nisbi sıxlığından asılılığı



Yüklə 482 Kb.
səhifə8/18
tarix02.01.2022
ölçüsü482 Kb.
#47677
1   ...   4   5   6   7   8   9   10   11   ...   18
hidrat mid

Şəkil 1. və əmsallarının qazın nisbi sıxlığından asılılığı

Texniki ədəbiyyatda hidratların davamlılığı olaraq sıfır dərəcə temperaturda (t0) hidratların dissosiasiya (parçalanma) təzyiqi qəbul edil­miş­dir. Hidratyaranma prosesinin tarazlıq göstəricilərinin təh­lili ilə K.L.Unarokov tərəfindən müxtəlif hidratyaradıcı qrup­lar üzrə qaynama temperaturundan asılı olaraq hidrat­ların da­vamlılığı aşağıda göstərilən tənliklə müəyyən edil­mişdir:



( 4 )

burada:


Po- hidratların davamlılığıdır;

Tq- hidrat yaradıçısının normal təzyiqdə qaynama tempe­raturudur;

a və b- empirik əmsallardır.

Hidratyaranma prosesinin yaranma şəraitinin müəyyən edil­­məsi üzrə D.Kats tərəfindən, buxar-maye tarazlıq siste­minə analoji olaraq, qaz-su-hidrat sistemindən tarazlıq sa­bitindən istifadə olunmaqla sadələşdirilmiş hesablama üsulu təklif edilmişdir. Bu üsulun əsas tənliyi aşağıdakı bəra­bər­lik­lərlə ifadə edilir:



; ( 5 )

Burada:


yi- başlanğıc qazda i komponentinin molyar payıdır;

xi- i komponentinin hidratın tərkibindəki molyar payı­dır;

ki- i komponentinin tarazlıq sabitidir.

Təbii qazın tərkbində H2S qazının payı az olduğu halda bu üsulun hesablama nəticələri eksperiment nəticələrinə yaxın olur. Tarazlıq sabitinin qiymətləri 7,0 MPa təzyiqinə qədər aparılan təcrübələrin nəticələri əsasında müəyyən edilmiş və bu qiy­mət­lər 14,0- 28,0 MPa təzyiqlərə qədər ekstrapolyasiya edilmişdir. Hesablamalarda nisbəti vahiddən kiçik olarsa , bu nisbətə müvafiq olan termodinamiki şəraitdə hidrat yara­dıcı komponentlərin qatı­lığı hidratya­ran­ma üçün kifayət ol­ma­­dığına görə hidrat yaran­mayır. Hidrat­ya­ranma şəraiti bə­rabərliyi ilə müəy­yən edilir. Hid­rat­yaran­ma­nın gös­tərilən tarazlıq tənliyi ardıcıl seçmə üsulu ilə həll edilir. Bu üsu­lun izahı yuxarıda göstərilən texniki ədə­biyyatdan götürülmüş məsələnin həlli ilə ay­dın­laşdırılır.




Yüklə 482 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin