Midterm hidratın öyrənilmə tarixi


Hidratdan istifadə yolları



Yüklə 482 Kb.
səhifə5/18
tarix02.01.2022
ölçüsü482 Kb.
#47677
1   2   3   4   5   6   7   8   9   ...   18
hidrat mid

5.Hidratdan istifadə yolları

6.Neft-qaz çıxarmada hidratın əmələgəlmə şəraiti

Qaz hidratlarının yaranma şəraiti tədqiqatçılar tərəfindən yük­sək təzyiqə davamlı, müşahidə edilmə imkanı olan şəffaf plastik kütlədən hazırlamış şüşəli hidrat kamerində öyrə­nil­məyə başlanmışdır. Həcmi 1000 sm3 olan altı baxış üzlü "Ba­tiskaf" ka­merində 200 kqq/sm2 təzyiqə və 30C-dən kristal­laş­ma tem­pe­raturuna qədər həddə qaz və su qarışığı ilə təcrübə işləri apa­rılır. Təcrübələr "su-qaz" və "su-maye qaz" sis­tem­lə­rində kino və foto aparatlarından və xüsusi mik­ro­lam­pa­lar­dan istifadə edilməklə yerinə yetirilir.

Təcrübələrdə suyun tədricən soyudulma sürəti 0,5S/saat-dan artıq olmamışdır və bununla da kristallaşma istiliyinin ay­­­rılması hesabına temperatur sıçrayışı tamam aradan götü­rül­müşdür. Kristalların yaranması və hidrat əmələgəlmə pro­se­sinin sürəti statik şəraitdə, qazın su qatından barbotaj edil­mə­sində və doymuş su buxarları mühitində dispergirlənmiş ma­ye-qaz şəraitində öyrənilmişdir. Aparılmış təcrübələrin nə­ti­cələrindən aşkar olmuşdur ki, hidratyaranma prosesi aşa­ğı­da göstərilən təmas (kontakt) səthlərində başlayır:

- maye su-qaz və maye su-maye qaz təmas səthlərində;

- qaz həcmində kondensə olmuş damcı-örtük su səthində;

- su həcmindən ayrılan qaz qabarcıqları səthində;

- su buxarları ilə doymuş sərbəst qaz həcmində buxarlanan maye qazın damcı-dispers təmas səthində;

- suda həll olmuş qazın molekulalarının adsorbsiya olunan su-metal təmas səthində.

Müxtəlif fərdi qazlarla və qaz qarışıqları ilə aparılan təc­rübələr göstərir ki, hidratyaranmada kristallaşma sürəti əsasən təzyiqdən və prosesin soyudulma dərəcəsindən asılıdır. Kris­tal­laşma mərkəzlərinin əmələ gəlməsindən sonra hidrat­ya­ran­ma prosesi genişlənərək "qaz-su" təmas səthini bütünlüklə əha­tə edir.

Qaz hidratlarının yaranma şəraitinin öyrənilməsi qaz ha­sili, qazın nəqlə hazırlanması, nəqli, emalı və istifadəsi üzrə texnoloji proseslərinin layihələndirilməsi məsələlərinin həllin­də çox mühüm əhəmiyyət daşıyır. Hazırda hidratyaranmanın başlanma təzyiqi və temperaturunun müəyyən edilməsi üzrə analitik, qrafoanalitik və eksperimental üsullar mövcuddur. Hid­ratyaranma prosesinin başlanma şəraitinin təxminən müəy­­­yən edilməsində qrafiki üsuldan istifadə edilir. Şəkil 1-də qaz qarışığının nisbi sıxlığından asılı olaraq hidratya­ran­ma prosesinin başlanğıcı üzrə təzyiq və temperatur göstə­ri­ci­lə­rinin qarşılıqlı asılılıqları göstərilir. Bu qrafiklər H2S qazının iştirak etmədiyi karbohidrogen qaz qarışıqlarına aiddir. Bu qrafik­lərdən solda və yuxarı tərəfdə yerləşən sahə hidratya­ran­manın mövcudluğuna məxsusdur.






Yüklə 482 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin