Midterm hidratın öyrənilmə tarixi


Dünya miqyasında hidratın ehtiyyatı



Yüklə 482 Kb.
səhifə3/18
tarix02.01.2022
ölçüsü482 Kb.
#47677
1   2   3   4   5   6   7   8   9   ...   18
hidrat mid

3.Dünya miqyasında hidratın ehtiyyatı

Hazırda okeanların akvatoriyalarında iri qaz-hidrat sahə­ləri aşkar edilmiş və materiklərdə onlarla hidrat yataqları kəşf edilmişdir. 1967-ci ildə Qərbi Sibirin şimal-şərqində Messo­yax yatağı sənaye istismarına buraxılmışdır. Bu yataq iki növ ya­ta­ğın: qaz-hidrat və qaz yataqlarının birləşməsindən ibarət­dir. Bu iki yataqlar arasında bütov litoloji ekran olmamış və on­ların ümumi qaz-su kontaktı mövcuddur. Bu ilk qaz-hidrat yatağının təcrübi istismarı əvvəlki laboratoriya tədqiqatı nəti­cə­lərinin düzgünlüyünü isbat etdi və bu yatağın işlənilmə təc­rü­bəsi gələcək zamanda istismar ediləcək digər qaz-hidrat ya­taq­larının istismarı üçün nümunə vəzifəsini yerinə yetirir.

Yer təkinin daimi donmuş zonalarında qaz-hidrat yataq­larının mövcudluğu haqqında XX əsrin 40-ci illərində keçmiş SSRİ-nin alimləri (Strijov, Moxnatkin, Çerski) tərəfindən bil­dirilmiş fərziyyə 60-ci illərdə həmin alimlər tərəfindən SSRİ-nin şimal rayonlarında aşkar edilmiş qaz-hidrat yataqlarının mövcudluğu ilə təsdiqlənmişdir. Bu illərdə laboratoriya şə­raitin­də belə yataqların varlığının öyrənilməsi nəticəsində edil­miş kəşfdən sonra bütün dünyada təbii qaz-hidrat yataqlarına böyük maraq artmışdır. Bu vaxtdan etibarən təbii qaz-hidrat yataqlarına gələcəyin potensial yanacaq mənbələri kimi baxıl­mışdır. Müxtəlif hesablama üsulları ilə hidrat halında mövcud olan karbohidrogen ehtiyatları dünya üzrə 1,8·1014 m3-dən 7,6·1018 m3 təşkil edir. 1969-cu ildən başlanan Sibirin Messo­yax yatağının istismarında ilk dəfə olaraq hidratlardan alınan qaz hasili 1990-ci ilin ümumi qaz hasilatının 36%-ni təşkil etmişdir.

Sonra 1980-ci illərdə aparılmış tədqiqatlar nəticəsində Xə­zər dənizi dibindən nümunə götürməklə bu dənizin də dib çö­küntülərində qaz hidratlarının olması aşkar edilmiş və daha sonralar Cənubi Xəzər sahəsinin palçıq vulkanları ilə əlaqədar hidrat zonası müəyyənləşmişdir.




Yüklə 482 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin