Mifik-fantastik roman elnur (Şükürov Elnur Kəramət oğlu)



Yüklə 159,87 Kb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü159,87 Kb.
#2308
1   2
harad diskini çıxartdı.Diski paltosunun qoltuq cibinə qoydu.Yenidən qonaq otağına qayıtd,qız stolun başında əyləmişdi.Onun qarşısında kitabça vardı.

-Deyəsən, tapmısız.

-Hə, elədir, bir az axtarmalı oldum.Burda bütün xidmətçilərin ünvanları var.

K qızın münasibətindəki dəyişikliyi,soyuqluğu sezdi,kitabçanı vərəqləyə-vərəqləyə,-Qardaşınız zəhərlənən geçə evdə hansı xidmətçilər qulluqdaydı?

-Həmin qulluqçuların adlarını qırmızı xətlə işarəlimişəm.

-Oldu...artıq mən getməliyəm,-deyib K ayağa qalxdı.

K ləng addımlarla çıxışa doğu irəlilədi.Elə bil onu nəsə tutub saxlayırdı.Addımları getdikcə ağırlaşırdı.Qapıya çatıb dərindən nəfəs aldı.Qapının dəstəyindən yapışdı, ancaq arzularındakı gözəllikdən ayrılmaq istəmirdi.Bu cür fikirlər onluq deyildi, çölə çıxdı.

Sabah ilk işi bu insanlarla görüşmək,harad diskin içindəkiləri inçələməkdi.Külək yerdən süpürdüyünü elə acıqla,xüsusi şövqlə K-nın üstünə tökürdü ki...

K yolda ağır-ağır irəlləyən yük maşınına əl eləyib saxlatdırdı,əlindəki əşyalari maşının içinə qoydu,soyuğun əlindən qurtulub çevik maşına qalxdı.

-Çox sağ olun, bəlkə də maşını saxlamasaydın, yolda qala bilərdim,-deməyi də özünə borc bildi.

Maşın ağır-ağır yolu ram etməyə çalışırdı.

-Buranın insanlarına bənzəmirsiz?-sürücü soruşdu.

-Buralı deyiləm, sadəcə burda yaşayan qohumlarıma dəyməyə gəlmişdim.

-Mən otuz ilə yaxındır burda taxta sexində işləyirəm, gölün o biri tərəfində yığılan mebelləri şəhərdəki mağazalara daşıyıram.Bəs siz nə işnlə məşğulsuz,- boğuq səsli sürücü söhbətcil adama oxşayırdı.

-Mən kompüter mühəndisiyəm,-ağlına gələn ilk cavab bu oldu,K,əslində,danışmaq isyəmirdi.

-Hə, oğlumun kompüterdən çox xoşu gəlir.Proqramlar yazır,nə bilim nə edir.Bir-iki dəfə mənə də dediki,ata, gəl sənə də kompüteri öyrədim,yandırıb söndürməkdən başqa heç nə öyrənə bilmədim.Mənki sürücülükdü,-deyərək başını bulaya-bulaya güldü.Bəlkə də hiss etmişdi ki,oğlu və onun kimi minlərcə, bəlkə də milyonlarca insaanlardan geridə qalmışdı.

-Beş dəqiqədən sonra yaxınlıqdakı,benzin doldurma məntəqəsnə çatacağıq.Bir az oturub dincələrik,çay içərik.Uzun yoldan gəlirəm, yorulmuşam,-əlavə etdi.

Sürücü maşını kafenin arxasındakı dayanacaqda saxladı.Onlar kafeyə daxil olanda heç kim yox idi.Ançaq xidmətçi qız ortada var-gəl edirdi.Sürücü xırıltılı səslə:

-Xanım qız,bizə bir çaynik çay gətir. İçəri geniş və işıqlı görünürdü.Kafenin meşəyə açılan pəncərələri yarıya qədər ağ rənglə boyanmışdı.

Sürüçü,əvvəlcə,sual dolu şübhəylə K-nı başdan ayağa süzdü, sonra əks-reaksiya gəldi, K-nın baxışları altında əzildi. Üzərində ağır bir yükü daşıyır kimi nəfəsi tıxandı, boğazı qurudu, öz narahatçılığını ört-bas etemək üçün çayı birnəfəsə başına çəkdi,kafedən çıxdılar.İkisi də biri-birindən şübhəli görünürdü.Heç biri özünü o yerə qoymurdu.

-Hə, bir az mürgüləyəcəm, şəhərə çatanda mənə xəbər verərsən.

Sürücü maşının ön şüşəsinə yapışdırdığı elektron saata baxdı.

...............................................

-Çatmışıq.

Qutu evlərdən süzülən işıq şüaları gözlərini qamaşdırdı,beyni də həyat kimi dayanmışdı.Onun beynindəki həyat donmaqda,çürüməkdəydi.Arzuları, xəyalları,ümidləri çürümüşdü. Bütün sabahları paslanmışdı.

K saatına baxdı,doqquza on beş dəqiqə qalırdı,geniş bir küçəyə çıxmışdı, küçənin hər iki tərəfinə bahalı maşınlar düzülmüşdü.Deyəsən, şəhərin burasında imkanlı adamlar yaşayırdı. Üstü qərb uslubunda naxışlarla bəzədilmiş, çox da hündür olmayan beş mərtəbəli evlərlə ahatəyə alınmışdı, şəhərin bu hissəsində qar təmizlənmişdi.Hər binanın başında, qurtaracağında post qoyulmuşdu.Postun içində iki mühafizəçi vardı,onlar gah postda dayanır, gah da postdan çıxıb binanın ətrafında gəzişirdilər.K mühafizəçilərdən birinin ona yaxınlaşdığını gördü.K dayandı.Onun gəlişini gözlədi.O,salam vermədən saymazyana-Burda gəzişmək olmaz,-dedi.

-Anladıq,-dedi K.

-Səndlərinizi verin.

-Niyə sənədlərimi verməliyəm ki?

-Siz qadağan olan əraziyə girmisiz.

Artıq problem lazım deyildi,sakitcə vəsiqəsini çıxarıb,özündən əmin görsənməyə çalışan gözətçiyə uzatdı.Gözətçi vəsiqəni o üzünə-bu üznə çevirib,

-Siz mühəndissiz?

-Kompüter mühəndisiyəm.

O,vəsiqəni K-ya uzadaraq,-Sizi buraxıram, bir daha buralarda gəzişməyin.

Şəhərdən aralı yerləşən qəsəbəyə getdi. Qəsəbədə ins-cins gözə dəymirdi.İnsanlar harasa yoxa çıxmışdılar.Köhnə evlərin bir neçəsi uçurdulub dağıdılmışdı. Bir qapını döyüb kirayə ev soruşdu:

-Bizdə indi bir ev var,-ev sahibi könülsüz-könlsüz dilləndi.Amma ərimi razı sala bilmirəm,üç ildi oğlumuz dünyasını dəyişəndən sonra onu heç kimə vermir,əvvəl oğlum qalırdı.Səhərə qədər qalarsan,səhərə kimi yoldaşımı razı sala bilsəm, evi kirayə götürərsən.

K razılaşmaq istəmirdi,qarının aclıqdan rəngi solmuş üzünə baxdı,ona yazığı gəldi.K içəri keçdi.Qarının balaca həyəti vardı.Həyətin sol küncündə söyüd ağacından bir az aralıda hamama bənzər kicik nəfəsliyi olan otağın beton örtüyündə su çəni yerləşdirilmişdi..Həyətin sağ tərəfində geniş otaq vardı,otağın içi görünmürdü.Böyük pəncərədən çəhrayı rəngli pərdə asılmışdı.Qarı çox çətinliklə yeriyirdi, yaş öz işini görmüşdü.Qarı sinəsiylə bir olan döşlərinin arsından salladığı açarları çıxarıb,qapını açdı,işığı yandırdı,otaq səliqəliydi.

-Nə deyirsiz, otağı götürürsüz?-qarı soruşdu.



-Hə.

-Rahatlan,bala.



Qarı çölə çıxan kimi K qapını içəridən bağladı,əlindəki əşyaları divanın üzərinə qoydu,odun peçinə yaxınlaşdı, peç yəqin ki,qarının oğlu öləndən sonra yandırılmayıb.Divanın altından odun parçaları tapdı,-Bax, bu əla oldu,-Öz-özünə dedi.

Big bosun oğlunun evindən götürdüyü dəftərçəni, fənəri,siqaret kötüklərini yığdığı sallofon torbanı stolun üzərinə qoydu.Siqaret kötüklərini görən kimi onda siqaret çəkmək istəyi yarandı.Həvəslə bir siqaret yandırdı.Dəftərçəni vərəqləməyə başladı,dəftərçənin girişində bu sözlər yazılmışdı:”Vaxt gələcək ki,xeyir və şər arasında fərq qalmayacaq,ya da bu fərqi insanların beynindən siləcəklər,onlar meyvələri,nəsilləri, kökləri bir-birinə qarışdıracaqlar, genlər üzərində əməliyyat aparacaq, oynayacaqlar,dibsiz iştahların dalınca qaçan insan tanrıların biçdiyi köynəkləri soyunub şeytanın insanlara verdiyi köynəyi geyəçəklər.Onlar din pərdəsi altında şeytani əməllərini həyata keçirəcək,qanun adıyla rəzalət saçacaq, ürəyində Allah sevgisi olan, ançaq düşüncəsiz milyonnlarca insanı öz arxalarınca cəhənnəmə aparaçaqlar.Onlara qarşı milyon illərdi mübarizə aparan kim varsa, hamısı-hərə bir yolla öldürüləcək.Əgər bu səhifələri oxumusansa, artıq mən Allaha qovuşmuşam.Səni isə mənim qatilimi tapmaq üçün göndəriblər.Mənim konkret qatilim yoxdur.Mənim qatilim zülmətdə, gün batarkən doğulanlardır.Onlar qaranlıqdan artıq çıxıblar, öz iyrənc üzlərini dünyaya nümayiş etdirməyə,nümunə olmağa başlayıblar.Onlar ətrafda nə qədər ziya varsa,hamısını ya öldürəçək,ya da özlərindən birinə çevirəcəklər. İşığın rəngarəngliyi işıqlı adamlara dünyaya müxtəlif tərəflərdən baxmaq və analiz etmək bacarığını verir.Və bu xüsisiyyət rəngli adamları kütlədən fərqləndirir.Qalanlar eyni rəngdədi,işıqlı adamlar biri-birindən də fərqlənir.Əgər bu sətirləri oxuyursansa, sən də Rəngli adamlardan birinə çevrilmisən.Onlar sənin arxanca gələcəklər.Ehtiyatlı ol.Gözlərini aç,dünyaya yaxşı bax! Sən Allahın seçdiyi rəngli adamların qoruyucu mələyisən.Allahın dərgahında olanda qanunları pozdun, qadağan olunmuş əraziyə getdin.Özün də bilirsən ki, İblis sındırılmış ürəkləri daha tez öz quluna çevirir.Tanrının qəzəbinə tuş gəldin, Mikayıln bələdçiliyilə Tanrının unutduğu yerə sürgün oldun (Yer kürrəsinə).Sən yenidən ürəyini və işıqdan yarananları bir daha qorumaq üçün döyüşməli olacaqsan, barmaqlarını qana bulayacaqsan.Bu,sənin məhkümiyyətindir.Sən yenidən doğulduğun gün, yəni sən özünə qayıtdığın gün,kölgənin altında gizlədilmiş günahlar və savablar bir anda canlanacaq,sən intiqam gününə kimi iki dünya arasında yaşamağa məhkum olacaqsan.Tanrının gözləri sənin üstündə olacaq.Sən yeganə məxluqsan ki,iki yolun keçidini tanıyırsan,keçidin harda olduğunu bilirsən.Ona görə sən seçilmisən,səni bu işə çəlb etmək üçün məni öldürüblər. Sənin yaddaşın şeytanlar dünyasına keçəndə silinib.Sən yeganə məxluqsan ki,yolu xatırlya bilərsən, o yolu Allah sənə göstərib, başqa heç kim bilmir.Bu axşam Mikayıl sənə iki həb verəçək; biri qara, biri də ağ.Qara həbi atsan, indiyə kimi yaşadıqlarının hamısı beynindən silinəçək,gözlərini başqa zaman-məkanda yenidən döğulmuş uşaq çəklində,bir doğum evində açacaqsan.Ağ həbi atsan,yaşadıqlarının hamısını xatırlayacaqsan və səndə özünəqayıtma-mələyə çevrilmə prossesi başlayaçaq və sən iblisin övladlarıyla mühaibəyə girməli olacaqsan.Səhər onlar (iblisin övladları) sənin arxanca gələçəklər.Səni özləriylə aparacaqlar.Özünü çox sakit apararsan, onlar bütün vasitələrdən istifadə edib öyrənməyə çalışacaqlar ki,bü dünyanın saxta görüntüsünə paralel olan o biri-həqiqi dünyaya gedən yolu tapmısan,ya yox.Çünki əsil dünyaya keçsən, insanların əsil üzlərini görəcəksən.Onlar hansı insanın hansı günaha daha çox meyli olduğunu öyrənmək istəyirlər.Və ordan insanların ürəyinə girmək daha hasandır.”

K-nın beyni dumanlandı,fikri qarışdı,duyğuları bir-birində əridi. Barmaqları arasındakı siqaret kötüyünün barmağını yandırdığını hiss etdi, beyni aydınlaşdı,özünə qayıtdı. Gicgakı zoqquldayırdı.Hər hansı bir hadisəni normal fikirləşə bilmirdi.Otaq istiləşmişdi.Yuxusuzluqdan gözləri ağrıyırdı.

Səhər ilk işi kompüterin yaddaşındakı informasiyalarla tanış olmaqdı.Xalası oğluna zəng elədi.Bir az gözləyəndən sonra,-Kimdir?,-sualına,-Mənəm, K-dır,-cavabını verdi.

-Haralardasan, bir aya yaxındır səni axtarıram,vəziyyətin necədir?

-Hə,yaxşıyam,sabah görüşə bilərik?

-Sabah evdəyəm, evə gələrsən.

-Yaxşı.

Yuxuya getməzdən əvvəl peçə iki odun parçası da tulladı.

***

K yerindən həmişəkindən tez qalxmışdı.Pəncərədən içəri dolan yasəmən ağacının xoş ətri qəlbinə sevinc və fərəh gətirirdi,özünü heç zaman bu qədər xoşbəxt və azad hiss etməmişdi.Anası artıq çoxdan yuxudan durmuşdu,həmişəki kimi yenə öz analıq borcunu yerinə yetirirdi.Gözünü açandan onu belə görmüşdü.Anası paslı dəmir vedrənin içindəki suyu döşəməyə qoyub dərindən nəfəs aldı.Əlini ağarmış saçlarına cəkdi,onun ağarmış saçları İyul günəşinin al şəfəqləri altında gümüş kimi parlayırdı.Öz-özünə düşündü:”Mən yuxuya gedəndə,axı, qış idi.İndi isə yaydır.” Anasının sağ olmasına sevindi.Anasını qucaqlayıb bağrına basmaq istədi,amma ona yaxınlaşa bilmədi, sadəcə onu müşahidə etməklə kifayətləndi. Özüylə danışırdı:” Bu sənin anandır,özü də sappasağdır,niyə gedib qucaqlamırsan, bağrına basmırsan?Axı bu hadisələr çox uzun illərin o üzündə qalıb.”



22 yaşına kimi analı yaşadı.İndi isə onun otuz iki yaşı vardı.Anası elə 22 yaşında gördüyü kimiydi.

-Bala, hazırlaş,işə gecikərsən,-anasının səsi onu xəyaldan ayırdı.

-Yaxşı, ana.-dedi.

Anası yenə başını aşağı salıb ev işlərini görürdü, mətbəxdən qab-qaçaq səsi,ətürpədici çəngəl-qaşıq cingiltisi gəlirdi.

Elmlər Akademiyası metrosundaydı,işə gedirdi.Perronda qatar gözləyirdi.Ətrafda dolaşan tək-tük insanlar metro tunelinin divarlarına yapışdırılan reklamlara gözlərini zilləmişdi.Onların reklamlara marağı reklamların özü qədər mənasız idi.Perronun axırında qara geyimli bir qız dayanmışdı.K qıza yaxınlaşanda onun beyninin çıxarıldığını gördü,qız,-Görürsən məni nə günə salıblar ?,-zarıdı.

K yerindəcə donub qalmışdı.Reklamdakı qız şəkillərinin də beyni çıxarılmışdı.Onlar əllərində kişi cinsiyyət orqanı tutmuşdular.

-Gözlərini aç,-bu səs uğultuyla başı üstündən əsib keçdi.

K daha heç nə düşünə bilmirdi,yan-yörəsində gəzişən insanların hamısı anadangəlmə lüt soyunmuşdu.Başının üstündə uğuldayan səs ulamağa başladı:

”Özünü ünüt,kimliyni yaddan çıxart,ancaq yemək və cinsi əlaqəyə girmək haqqında fikirləş.Hələlik.Sonra hər şey hazı veriləcək,uşaq da,əziyyət çəkilməyəcək.

xatırlama

sevmə

düşünmə


Zülmət tanrısına təslim ol.Bütün Kitablara lənət oxu.Onlar sənə əzabdan başqa heç nə verməyəcək.Bu sonsuz azadlığı sənə yalnız kakoin verirdi.”

K qışqırmağa başladı:”Mən burda olmaq istəmirəm.”

O, anidən özünü bomboz çölün ortasında kimsəsiz halda tapdı, sümükləri qırlmışdı.Ürəyi cox zəif vururdu,ona elə gəlirdi ki, ürəyinin yaşam enerjisi tükənir.Əllərini tərpətmək istəsə də dəhşətli ağrı şüurünü kəsib keçdi.Kim olduğunu belə unutmuşdu.Bura hardan gəlib çıxmışdı.Beynində qoca bir qarı əyləşmişdi, üzünü hara çevirirdisə də xeyri yox idi, onu görürdü, qocanın üzü ona doğma gəlsə də, kim olduğunu, hardan gəlib beyninə girdiyni bilmirdi .Çənəsindən buxarlanaraq axan isti qanına baxırdı.Hərəkət elyə bilmirdi, yalnız düşüncəsi ağrıyırdı,heç olmasa, qımıldanıbb, yerindən dəbərib sürünmək istəyirdi,amma buna nail ola bilmirdi.Çox çətinliklə nəfəs alırdı,gölgəsinin üstünə yıxılmışdı,kölgəsindən də qan axırdı. Ağzından axan selikli qan səhra qumuna toxunan kimi buxarlanırdı.Üzünün qumsala yapışmış hissəsi bişməcə olmuşdu.Təkcə gözləri salamatdı.Ağlamağa başladı, neçənci dəfə ağladığını bilmirdi.Gözündən süzülən damlarar qumun üzərində qurmuş qanına qarşırdı.Heç olmasa, başını bir az dəbərdə bilsəydi, bir balaca bu mənzərədən qurtula bilsəydi, şüuru ona dörd saata yaxındı ancaq qumsala baxdığını deyirdi.Çox çətinliklə boynunu döndərə bildi, mənzərə dəyişdi.Dərindən nəfəs alanda qabırğalarının sındığını anladı.Huşunu itirməyə başlayırdı,gözləri getdikcə sönürdü.Özünə ölüm arzuladı, bütün yaşadığı həyatı xatırlamağa çalışırdı.O, yazıq alcalmağa meylli insanların arasında doğulduğu ücün özünü söydü.K göz işlədikcə üfüqə qədər uzanan donmuş qum ləpələrinə-səhra dənizinə baxırdı.

Baxşları səhranın göylə bütünləşdiyi yerdə ilişib qalmışdı.Dünyanın o başından qalxan külək milyardlarla qum dənəciklərini yerindən oynatdı. Küləyin axınına qarışan ağ işıq dalğaları onu mühasirəyə aldı.İçinə dolan tənhalığın qorxusu beyninə hakim kəsildi,işıq dalğaları cəmləşərək ağ libaslı, əbalı insan formasına çevrildi,əslində, insana az oxşayırdı, onun böyük qanadları günəşin qabağını tutmuşdu.Onun üzünü aydın seçmək olmurdu.İçinə birdən-birə dolan sevinc və rahatlıq hissi intəhasızdı, ona elə gəlirdi ki, bu sevinc və rahatlıq hissi kainatın sonsuzluğundan gələrək içinə dolur.

Böyük qanadları olan mələk əlini alnına qoydu.

-Lənətə gəlmişlər-qanadsızlar qanadların qırıq–qırıq eləyib,-məlhəm kimi,dua kimi pıçıldadı.

Böyük qanadlı mələyin gözləri yaşarmışdı,-Gör nə kökə düşmüsən.

-Axır ki,gəldin Mikayıl,-zorla dedi.

-Tanıdın məni?-soruşdu.

-Necə tanımayım? Yeriməyi, ayaq üstündə durmağı,döyüşməyi mənə sən öyrətmisən.Həblər hanı?

-Cəhənnəm olsun həblər, gəl burdan gedək.

-Yox, mənə həblər lazımdı.

-Həbləri atsan... bu yolun dönüşü yoxdur.

Mikayıl əlində tutduğu qara həbi K-nın çatdaq-çatdaq dodaqlarına yaxınlaşdırdı,-Sənin vəziyyətin üçün ən yaxşı seçim budur.Sən başqa zaman-məkanda dünyaya gələcəksən,-dedi.

-Hər şey,səncə,bu qədər asandır.

-Mənim bir qorxaq kimi qara həbi götürməyimi istəyirsən?

-Razı olmayacağını bilirdim, amma neyləmək olar,təəssüflənirəm, sən bu döyüşdə qalib gəlsən də,qəlbi zülmətin hakimyyətinə təslim olmuş məxluqların arasında çürüməyə məcbur qalacaqsan.

-Ağ həbi ver.

-Başına nə gəlirsə, inadkarlığından gəlir,-böyük qanadlı mələk ağ həbi ona verdi,-indisə, getməliyəm,hayıfsınıb dilləndi.

K dilinin üçüyna ağ həbi alanda böyük qanadlı mələk ilğımlanıb göy üzünə yollandı.K çevrilib,şüalar üstündə günəşə yüyürən,uçan Mikayıla baxdı və həbi uddu.

***

K qan-tər içində yuxudan ayıldı,-Bu nə yuxudur? Deyəsən, getdikcə başım xarab olur,belə getsə, tamimilə özümü itirəcəyəm,-öz-özünə düşündü.Qolundakı saata baxdı.Beşə on dəqiqə qalırdı,başını divandan dikəldib pəncərədən çölə boylandı.Peçin alovu zəif-zəif gözərirdi. K-hələ də bir neçə saniyə əvvəl gördüyü qarmaqarışıq yuxunun təsirindən qurtula bilməmişdi.Yuxusu o qədər canlı və inanadırıcıydı ki,yaşadığı həyatdan daha həyati xatırlayırdı,o, bütün bunlara yaşadığı həyatdan artıq inandı.Yerindən qalxdı.Yuxusu şüurunu dondurmuşdu.Ona elə gəlirdi ki,başqa bir dünyada, ona aid olmayan dünyada yaşayır.Onda əvvəl də buna oxşar hisslər yaşamışdı, amma qəsəbədən getmək istəyirdi.Bu dünyanı tərk edib getmək isə onluq deyildi.Bu fikirin varlığı belə onu qorxudurdu.Könüllü istəyərək bu dünyanı tərk edib,getmək istəyinin varalığı onsuzda korlanmış əsəsblərini bir az da gərginlikdə saxlayırdı.Telfon onuçağırdı,saat beşdə hansı başdan xarabdı,zəng vuran Saşa idi:



-Sabahın xeyr, K,səninlə təcili görüşməliyəm.

Saşanın səsi sönük və xırıltılı çıxırdı,dərin quyunun dibindən gəlirdi.Saşa elə-belə,boş yerə ona zəng eləməzdi.K pənçərədən içəri girməyə çalışan Ayın soyuq şualarını azadlıq verərək çəhrayı pərdəni araladı.

-Harda görüşə bilərik?

-İyirmi iki mərtəbəli binanın altındakı avtoparkdayam,71-ci küçənin başlanğıçında yerləşən bina.Qara rəngli “Volvo” maşınındayam.

-Narahat olma, tanıyıram, bir saata ordayam.

-Bir az tez ol.

K görüş yerinə çatanda hava hələ də açılmamamışdı,qaranlıq köçüb getmək istəmirdi.Havada uçuşan qar dənəcikləri bütün geçəni yağan qarın son akkordlarını vururdu. Saşa maşının işıqlarıyla onu “çağırdı”. K maşının içinə girəndə siqaret tüstüsündən nəfəs almaq mümkün deyildi və ona tanış qoxunu hiss elədi,bu qoxunu necə unuda bilərdi, bu, qan qoxusuydu.

-Sənə nə olub,Saşa,bir az pəncərəni aralayım, qoy içərinin havası dəyişsin.

-Şüşəyə əl vurma,-qışqırdı.
-Nə boş–boş danışırsan?

-Aşağıya bax,əlimin altına,- Saşa paltosunu aralayanda parça –parça olmuş köynəyinin altından qan süzüldüyünü gördü.

-Səni təçili həkimə aparmaq lazımdı.

-Cəhənnəm olsun, həkim-zad.Qulaq as, mənim bu dünyadakı cismani varlığım sona çatmaq üzrədir.İndiyə kimi sənin bütün yaşadıqların hamısı yalandan və uydurmadan ibarətdir.

K onu şübhəylə,sualedici baxışlarla süzdü,-Çoxlu qan itirdiyinə görə boş-boş şeylər danışırsan.

-İmkan ver danışım, heç sən bilirsən kimsən, harada dünyaya gəlmisən, indiyəcən nə işlə məşğul olmusan, yəqin ki,yox.

-Hamısını xatırlayıram,- K özünə pıçıldayırmış kimi cavab verdi.

-Heç nəyi xatırlamırsan, hadisələr,məqamlar beynində parça-parça, hissə-hissə canlandırılıb,yəni xüsüsi kimyəvi peraparatların köməyilə beyninə yeridilib,bütün anlarını bir-bir sənin üçün sayaram.Sən Tanrının qoyduğu qanunları pozdun.Keçidin yerini bilirdin və ordan keçdin.Həmin andaca bütün yaddaşın silindi.Tanrının qəzəbinə tuş gəldin və yer kürəsinə sürgünə məhkum edildin.Məni isə sənin bu dünüyada yaşayıb fəaliyyət göstərməyin üçün qoruyçu kimi Mikayıl göndərdi.Xalanoğlu,əsgərlikdə yaşadıqların,fermadakı evin və s. hamısı illuziyadır.Yəni uydurmadan başqa heç nə deyil.Sənin xalaoğlun zülmət tanrısının yer üzündəki numayəndələrindən biridir.Onları İblis ona görə seçir ki,onlar plastilin kimi bir şeydilər.Onlardan istənilən fiquru, istənilən adamı düzəltmək olar.


-Onda biz kimik ?-qəzəblə K soruşdu.

-Biz yer kürəsinə göndərilmiş işıq zərrəcikləriyik.Sənin bu bədənin həqiqi sahibi Əfqanıstanda ölüb, o cəsur bir döyüşçü, bölük komandiri olub.Onun haqqında məlumatlar bu diskdə toplanıb,al bu açarları da götür.Lənətə gələsən, həbi udmusan.Özü də ağ olanı...Saşanın gözləri yaşardı.Mikayılın ağ həbi gətirmyəcəyini düşünmüşdüm.Bədənində gedən kimyəvi prossesləri açıq-aydın görmək olur.Sənin yaddaşına mən silah yoldaşın kimi həkk olunmuşam.Sən yeganə mələksən ki,ətrafındakı hadisələrin əsas mənbəyini axtarırsan, ətrafında baş verən hadisələri analiz etmək qabiliyyətinə maliksən.Bu xüsusiyyət səni başqa mələklərdən fərqləndirir.

K maşının qapısını açıb çölə çıxdı.Maşından uzaqlaşmazdan əvvəl çevrilib Saşanın gözlərinə baxdı.Onun gözündəki işıq getdikcə sönürdü.

-Görüşərik.

-Əlbəttə.

K al qırmızı rəngə boyanmış günəşin məğrurca üfüqdən ayrılıb buludlara doğru yüksəldiyini gördü. K yaşadığı müddətdə günəşi belə gözəl və əzəmətli görməmişdi.Ona elə gəldi ki,günəşdən ayrılmış İşıq şuası düz onun gözünə girdi.Elə bil beynində ildırırm çaxdı.Müvazinətini itirib yerə yıxıldı.Bir anlıq özündən getdi.Başında kəskin ağrı başladı.O,ağrının dözülməzliyi içində bu sözləri dəfələrlə dayanamadan deyirdi:”Saşanın evinə get,onlar gələcəklər.” K dikələndə burnundan axan qanın bəyaz qarın üzərini qırmızı nöqtələr qoyduğunu gördü.Beynindəki səs ona durmadan,-Qaç, burdan uzaqlaş, onlar gələcəklər,-deyirdi.K özündən ixtiyarsız qaçmağa başladı.O,var gücüylə qaçırdı,ətrafındakı ağır-ağır yeriyən, aclıqdan,işsizlikdən, gündəlik problemlərin həllini düşünməkdən yorulmuş sınıq-salxaq insanların arasından var gücüylə qaçırdı, bədəni getdikcə istiləşməyə başladı,o paltosunu çıxarıb yerə tulladı.O, qaçdıqca yorurlsa da içinə qeyri-adi xoşbəxtlik dolurdu. Bütün bu olanlara bir anda inanmaq dəlilikdən başqa heç nə deyildi.Amma onun içinə dolmuş xoşbəxtçiliyin səbəbini başa düşə bilmirdi.O,qaçıb şəhərdən çıxdı, sonra yenə qaçdı,özündən qaçıb qurtula bilmirdi.Nəfəsi ağzına gələndə dayandı,onun bədəni od tutub yanırdı, dərisində qırmızı ləkələr əmələ gəlmişdi.Gözləri yaşarmışdı, görmə qabiliyyəti zəifləyirdi.Onurğa sütununun içindəki iliyi,elə bil,kimsə sorub çıxarırdı.Bu ağrı dözülməz idi.Saşanın evi şəhərdən otuz k.m aralıda meşənin girəcəyində yerləşirdi.Meşənin içiylə uzanan dar cığır günəşin batışında, Big bosun mərhum oğluna məxsus şirkətin kömür mədənlərinə doğru uzanırdı.Big bosun oğlunun ölmünüdən bir neçə gün sonra burada qəza baş vermişdi.Qəzetlər belə yazmışdı:”Bədbəxt hadisə.” K-nın qarşısını qara BMW kəsdi,müqavimət göstərməyə taqəti qalmamaışdı, maşından Big bosun qızı və üzü çopur sürüçü çıxdı, hər ikisi onu sürüyərək maşının arxa oturacağına uzatdılar.

K nəin ki,müqavimət göstərə bilmədi,baş verənlərdən heç xəbəri olmadı.

Öləziyən şüurunu xoş qadın ətri cırmaqlayırdı.

-Məni hara aparırsız?-ancaq bunu soruşa bildi.

-Təhlükəsiz bir yerə,-cavab qətuydi.

Ardınca da “Çox pis vəziyyətdədir, ürəyi dayana biləcəyinə inanmıram” eşitdə, sonra da “Dayanmalıdır, yeganə çıxış yolumuz onu qarının yanına aparmaqdı” sözlərini eşitdi.

Gözlərini açanda alçaq tavanlı,divarlarından rəngbərəng muncuqlar və heyvan sümükləri sallanmış, müxtəlif dillərdə yazılarla bəzənən otaqda özünü tapdı.K –nın bədəninə dualar yazılmışdı,sinəsinin ortasına böyük göz şəkli çəkilmişdi.Qəribəydi ki,sinəsindəki gözü görürdü,göz içində bir adam vardı,göz məhbusuydu,ha çalışırdı,o gözün içindən çıxa bilmirdi.

Özünü gümrah hiss edirdi.Bəlkə də ömründə özünü bu qədər sağlam hiss etməmişdi.K çarpayıdan aralanmaq,otaqdan çıxmaq istəyirdi.Çarpayıdan aralanıb yerimək istədi, nə qədər çalışdısa,alınmadı, bədəni bütünlüklə titrəməyə başladı.Tarazlığını itirib yerə yıxıldı,balaca uşaq kimi iməkləyə-iməkləyə qapının ağzına doğru irəlilədi,əlini qapının dəstəyinə uzatdı,barmaqları qapının dəstəyinə yapışıb qaldı, gücü çəkilmişdi.

***


K-nın boğazı qurumuşdu, ancaq ona su verən yox idi,başının üstündə bir qarı durmuşdu,onu nə vaxtsa gördüyünü heç xatırlqmırdı.Qarı balacaboydu, əynində əcaib naxışlı,işarələr çəkilmiş paltar vardı.Qarı saçlarını alnının tən ortasından iki hissəyə ayırıb hörmüş, uzun saçlarını sallaq məmələrinin üzərindən ayaq barmaqlarına doğru uzatmışdı.Qarı boynundan muncuqlar, sümüklər keçirilmiş böyük bir boyunbağı asmışdı, əllərinin üstündə də işarələr vardı.Üzünün dərisi payızdan qışa qədər qalıb yığılmamış meyvələr kimiydi. Dərisi təbiətin zamanla yaratdığı yarğanlara oxşar dərin qırışlarla örtülmüşdü, yalnız ifadəli, yorğun gözləri qocalmamışdı.Saman kimi qurumuş əlləriylə K-nın bədənində əcaib şəkillər cəkirdi.K-nın gücü tükəndiyndən dodaqları ikicə kəlməni qaldıra bildi:”Öldür məni.”

-Hələ tezdir,- Qarı bu sözləri dedikdən sonra qarmaqarışıq səslər cıxarıb dualar oxudu,hərdən vəhşi qışqırqlar atırdı , getdikcə gözlərinin önündə qarı, əşyalar, divara vurulmuş xalcalar ,xalçaların üzərindən asılmış muncuqlar,heyvan sümükləri əriyib qaranlığa qarışdı. O,bütünlüklə zülmətə qarışırdı.Zülmət onu qara dəlik kimi içinə cəkdi,tanımadığı, heç vaxt olmadığı məkana tulladı.Bu həm yuxuya oxşayırdı,həm də reallığa, bir az da telepatiyaya bənzəyirdi. O,özünü səhranın ortasında yandırıçı günəşin altında tapdı.O,yarıya qədər qumun içində idi.Bunun yuxu və yaxud reallıq olduğunu dəqiq kəsdirə bilmirdi, istər yuxu,istərsə də reallıq... nə fərqi? Əzab içindəydi.O, ölürdü, yuxuda, yəqin ki,”ölürəm” dedi, belə ölümə,hətta, sevindi də.

Axşamacan yandırıcı günəşin altında qaldı, öldüyünü, yavaş-yavaş ölümün onun başının üstünü aldığını bilirdi.Qaranlıq köcürdü.

Kiçik çölotunun kölgəsi uzanaraq ona doğru gəldiyni seyr edirdi.Kölgə gəlib onun bədəninə toxunanda,artıq şüurunu itirmişdi.Gecənin gecə vaxtı gözlərini açdı.Onu nəyinsə belinə qoyub aparırdılar.Üzərini bez parçayla örtmüşdülər.Ağrıları qayıtmışdısa,deməli, ağlı yerindəydi. O,inildəməyə başladı.Kimsə gəlib bezi qaldırdı.Bezi qaldıran adamın üzünü aydın görə bilmirdi,üzünü örtmüşdü.Geyimindən Müsəlmana oxşayırdı,qılıq-qiyafətlə,şəriət qanunlarına əməl eləməklə müsəlmançılıq arasında yerlə göy qədər fərq vardı.Necə ki,hamı adama oxşayır.Bəlkə də ölümü istədiyi qədər dünyada başqa hec nəyi sevməmişdi, ölüm hər şeydən gözəldi,çünki o həqiqətin özüydü,həm də tam azadlıq,ruhun bədən məhkumiyyətindən,cismani qayğılardan qurtuluşu.

Müsəlmana oxşayan ağ əbalı adam bir müddət onun gözlərinin içinə baxdı:

-Mən Səmərqənddən Buxaraya gedən karvanın sarvanıyam.Səni Buxaraya çatanda sağaldacağam.Ümidini üzmə.

K ücün ümid anlayışı belə yoxa çıxmışdı,nəyin nə olduğundan belə xəbəri yox idi,sonsuz üzüntünün və ağrıların içində üzürdü.

***


Şüuru başqa bir yerə, onun nə vaxtsa olduğu yerə, gedib çıxmışdı.Yavaş-yavaş göz qapaqlarnı açdı,ömründə bu qədər yaşşıllığa bürünən sükut görməmişdi.Bura çox sakitləşdirici və rahat idi.Havadan yenə yasəmən ətri gəlirdi.Amma bu qoxunun uzaq zaman-məkan məsafəsi qət etdiyini,uzaqdan gəldiyini bilirdi.Ayağa qalxdı,ayağının altında qalan yaşıl otları əzə-əzə hündür çinar ağaclarına doğru irəlilədi.Tər otları əzmək ona xoş duyğu aşılayır,ləzzət verirdi.İndi özünü çox rahat və azad hiss edirdi.Uşaq kimi ağlamaq istəyirdi,sadəçə hönkür-hönkür,çəmən doyunça ağlamaq.Özünə baxdı,anadangəlməydi.Bu gün,o,necə də azad idi,heç zaman olmadığı kimi.Addımlarını sürətləndirdi, xoş qoxunun gəldidyi istiqamətə doğru qaçmağa başladı,qaçdıqca daha çox sürət yığırdı,yuxunun sərhəddini keçib həyata düşüb qanad çıxarıb uçmağa başladı,özünə təkan verib göy üzünə qalxdı.Hündür çinar ağaclarının üzərindən uçub al-qırmızı laləli düzənlikdə yerə endi.Lalələrin arasıyla bir-iki addım atmışdı ki, boşluqdan çıxan qara bir əl onun qolundan tutub özünə tərəf çəkdi.K geri qayıtmışdı.Daşıdığı bədən getdikcə çürüyürdü.

Qarı başının üstündə durmuşdu,onun üzü, bədəni getdikcə şöləyə çevrilirdi,bu işiğın gurluğu K-nın gözlərini qamaşdırdı.

-Mən ölürəm bədənim çürüyür,-dedi.

-Qorxma, oğlum,bədənin ölür.Bu bədən tamamilə çürüyüb qurtaranda sən yeni bədənə qovuşacaqsan,-qarı təsəlli verdi.

-Hər tərəfim yanır, çox əzab çəkirəm.Yorulmuşam.

-Adamın özü özünü doğması dünyanın ən böyük əzabıdı.Yalnız qəlbindəki Allah sevgisi və inamla,səbrlə bütün əzablara sinə gərəcəksən,bala.

-O,məni öz dərgahından qovdu.

-O yox, sən özün-özünü qovdun.Tamahın və ehtirasının qurbanı oldun,-bunu dedikdən sonra Qarı otaqda onu tənha qoyub qapıdan çıxdı.

K düşdüyü bu xəstə vəziyyətdən çanını qurtarmaq istəyirdi.Hər tərəfi gidişirdi, bədəninin qasaqlayan yaralarının qaysağını qoparmağa başladı.Yaraları irinləmişdi.İrindən, çirkdən iyrənc ət tikələrindən,zir-zibildən, naqislikdən, bütün əzablardan qurtulmaq istəyirdi.O,evin bir küncünə keçib,otağın içiylə qaçıb özünü var güçüylə pəncərədən aşağı atdı.Bir neçə saniyə havada süzüb şappıltıyla çaya düşdü.Buz kimi çay onu öz ağuşuna alıb aparırdı, dişləri bir-birinə keçmişdi, xəstə bədəninə dolan şaxta əzələlərini, damarlarını,bütünlüklə bədənini qıc eləmişdi.Üzdükcə, əslində, buna üzmək demək olmazdı,çayın içiylə süründükcə bədənindən ət tikələri tökülüb çayda ləkələr yaradırdı.O,yavaş-yavaş huşunu itirirdi.Artıq heç nə hiss eləmərdi.Qolları taqətdən düşmüşdü.Həm ölmək istəmirdi,həm də çirkli bədənindən də qurtulmaq istəyirdi.Onu ahatəyə alan su yavaş-yavaş öz içinə çəkirdi.O, intiutiv bir neçə dəfə suda qollarını tərpətdi.Hərəkətsiz dayandı.Bədəni ölsə də şüuru hələ də özündəydi.Bir anda müharibələr,heyvani ehtiraslar, ora-bura vurnuxan insan kütlələri, maddələr, onların sutrukturu,malekullar,Yer kürəsi,aid olduğu qalaktika,qara dəliklər, K kim idisə, ondan uzaqlaşırdı.Ona dayanmadan sual yağdırılırdı ki, bu kainat elə-belə yaradılmadı,bizim sənə öyrətdiklərmizin hamısı geri qayıdır,Yer kürəsindən 25,3 işıq ili uzaqlardayıq,deyə bilərsənmi indi biz haradayıq?

-Lyara bürcündəyik, gur işıq saçan ulduz “Əl nasr”-Veqa planetidir,-cavabını verdi.

-Yaddaşın geri qaydır.Onlar üçün keçidi tapıb açmalarına izn vermə.Silahların olduğu yerdən otuz k.m aralıda, çənubi-şərq istiqamətdədirlər. Onları dayandırmalısan, qiyamət gününə qədər, təbi şəkildə yer kürəsi mövcud olmalıdır.Belə getsə, onlar qiyamət gününü vaxtından tez gətirəcəklər,onlar şüurlu şəkildə bunu edirlər.

-Oldu.-Əsil Kapitan kimi cavab verdi.

K gözlərini açanda şəlalədən üzü aşağı düşdüyünü anladı.Suyun içinə düşən kimi bir neçə dövrə vurub sürətlə üzü yuxarı,günəş şüalarının suya təmasına-su səthinə çıxdı.Aşağı baxdı,sudan üç metrə yaxın hündürlükdə dayanmışdı,o,yenə də uçurdu.Günəşə baxdı.Günəş düz başının üstündə dayanmışdı.Onun arxası qərb istiqamətindəydi.K sürətlə cənub-şərq istiqamətinə götürüldü. Meşənin başlanğıcında,irəli çıxmış qayanın üzərində dəniz fənəri yerləşdirilmişdi.K silahların orda olduğunu anladı, hər şeydən çox canından artıq sevdiyi insanlara nifrət edirdi.Burda yaşayanların çoxu iyrənc məxluqa çevrilmişdi.İyrən-iyrənc yazıçılar,alimlər,müəllimlər,hakim,həkimlər,qəribə-qəribə adamlar yığışıb əcaib-qəraib Ata-Ana cütlüyü yaratmışdılar,hər yer inkubator insanlarla doluydu.Anacaq özlərinin uda biləcəyi zəhərli hava yaratmışdılar.Bu havada adamın bağrı çatlaya bilərdi.Nə insan kimi insan idilər,nə də heyvan kimi heyvan,nə müsəlman kimi müsəlman idilər,nə də ki, xristian kimi xristian, hamısı qarışmışdı bir-birinə,rənglərini, özlərini itirmişdilər,nə idilər ,daha heç Allah da baş aça bilmirdi,o belə məxluq yaratmamışdı.Bu məkan ayrıca götürülən labaratoriya- məkan da deyildi ki, başqa yerlərə də çıxışı vardı, amma heç bir bəni-insan,dəniz bu qara şəhərdə yaşayan insanlar kimi çirklənməmişdi,ilahi,adamın nöqtə qədər də heç ağ yeri qalmazmış. Onlar təkcə özlərini deyil,təbiəti,atmosferi korlayırldılar,qorxurdu ki,günün bir günü vəba xəstəliyi yayılmasın deyə,buraları yandıralar.Doğrudan doğruya qorxurdi.

Dəniz fənərinin girişinə yaxınlaşdı.Qapı zəncirlənib, qıfıllanmışdı.K zəncirdən yapışan kimi zəncir əlinin icində əriyib yerə töküldü.Dəniz fənərinin içinə girdi.Fənərin içində balaca bir otaq vardı,otağın küncündən pilləkən burularaq üzü yuxarı uzanırdı.K birnəfəsə addayaraq pilləkənin sonuna çatdı.Dəniz fənərinin işıqlandırıcısının qarşısında silahları tapdı.Onun ən çox sevdiyi silahı-qılıncı da burdaydı,beynini bir hüceyrəsi ağrıdı:”İndi qılınc vaxtı deyil.” Qılıncının üstü unudulmuş sivilizasiyanın heroqlifləriylə yazılmışdı.Bu yazılar yer əhalisi yaranmamışdan əvvəl üstün zəkaya sahib canlılar tərəfindən icad edilmişdi. Onlar özləriylə bir qılınc, dəbilqə, qoruycu-canlıq və dəbilqə-başlıq gətirdilər.Onlar sonra kosmik araşdırmalar aparmaq üçün piramida şəkilli obyektlər düzəltməyə başladılar. Yaradıcıdan başqa onların haradan gəldyini,izsiz-soraqsız yoxa çıxdığının səbəbini kimsə bilmirdi. İndiyə kimi mövcud olan ehramlar onların yaratdığı üçbücaq şəkilli obyektlərin kiçik modelləri idi.K onları görməmişdi,bəlkə Mikayılın xəbəri vardı.Bu silahları ona, yəni K-ya Mikayıl bağışlamaışdı.K qılıncı yerdən qaldırınca daxilində qeyri-adi güç, enerji hiss etdi.Qılıncın üzərində bu sözlər yazılmışdı:”Sahibinə aiddir. Qiyamət günü İblisə vurulacaq ölmçül zərbələrdən biri. Qılıncı o biri üzünə çevirdi: “Bu qılınc sənə heç nə xatırlatmır-RAFAEL.”

Deməli mənim adım Rafaeldir.İşə bax, mən üç mələkdən biriyəm.Bir anda sürətli həyat kadırları-bütün yaşadığı gözünün önündən keçdi:”Mən böyük günah işlətmişəm, gərək qaydaları pozmayaydım, bu səhvi özüm eləmişəm,özüm də düzəltməliyəm.”

İki-üç gün şəhərdə veyillənməliydi.Onlar üç gündən sonra yenə lənətlənmiş Mağarada olacaqlar.Amma bu şəkildə Şəhərə gedə bilməzdi, onu görən kimi qorxacaqdılar.Onun bütün bədəni elektrodla metalın bir-birinə qovuşduğu anda qığılcım saçdığı kimi parlayırdı.Elə bil böyük bir Mayakdı.

K öz silahlarıyla birgə onun üçün qoyulan yeşiyin ağzını açdı,burda ov tüfəngi, yarım avtomatlaşdırılmış tapançalar, partlayıcılar,snayper tüfəngi varadı.Yeşiyə yazılmışdı.”Bu silahlar xüsusi təyinatlı dəstənin Komandiri Kapitan K-ya məxsusdur.K-dan Rafaelə hədiyyə.”

-O mənim burda olacağımı haradan bilir,-düşündü.Özünə verdiyi suala güldü.Bu,lap dəlilikdir. Əyninə bir şey keçirməliydi ki,onu görməsinlər.

-Buna sənin ehtiyaçın yoxdur,-Onun arxasında dayanmış Mikayıl dilləndi.

-Oğru kimi gəlib- gedirsən. Bir də K haradan bilirdi ki, mən bura gəlib silahları tapacam,-qeyzlə sorğuladı.

-K-nın yuxusunu tənzimləmişdik, bizim dediklərmizi şərtsiz eləməliydi,-Mikayılın səsi gəldi.

Həmin anda onun əsgərləririndən biri öldürülmüşdü,onun harada olduğunu və bu cinayətin kim tərəfindən törədildiyi də ona deyilmişdi.

-Mən bu vəziyyətdə şəhərə gedə bilmərərm,-inadla bildirdi.

-Unutmusan, onlar sənin işığını görə bilməzlər, onların gözləri bəsirət pərdəsiylə örtülüb.Sənin varlığını görə biləcək mələk varsa, o da qara mələkdir, zülmət tanrısının yer üzündəki kölgəsi.Ondan başqa səni heç kim görə bilməz.Səni necə var,eləcə, K kimi görəcəklər.Amma unutma, qara mələk səni məhv etmək üçün beyinsiz və qəlbsiz, yalnız yemək üçün mövçud insanları arxanca göndərə bilər.Belə insanlar üçün heç bir əxlaq, heç bir qayda-qanun yoxdu,heyvanın əxlaqı və qayda-qanunu var,bunların yox,-birnəfəsə dediyi sözlərdən sonra işıq partlayışı baş verdi,Mikayıl yoxa çıxdı.

Rafael yenidən K-ya çevrildiyini anladı.Günəş əyilmişdi, lax yumurta kimi şəhərin üstündən asılı qalmışdı.Şəhər isə, günəş şualarının ona toxunmasına baxmayaraq, qara kölgə kimi həyasızcasına şualara meydan oxuyurdu.K qaranlığa qarışan bu şəhərə getməliydi.K-nın dayandığı yerdən şəhərə on iki k.m yol olardı,şəhərə doğru uzanan asfalt yolla qaçmağa başladı.Saatına baxdı.Səkkizə on beş dəqiqə qalırdı.Şəhərin girəcəyində dayandı.Girişdə ağzından horra tökülən yekə başlı iki it qoyulmuşdu,onlar maşınları şəhərin girişində düzülən insanlara hürürdülər.Şəhərə girib-çıxanlar itlərin başını qatmaq üçün əllərində əlli,iyirmi, otuz,yüz yazılan sümüyü onların ağzına atırdı.İtlərin başı sümüyü gəmirməyə qarışanda adamlar şəhərə daxil olurdular.

K əl eləyib,taksilərdən birini saxlatdı,taksiyə əyləşəndə sürücünün üzünün olmadığını gördü, sifətinin yarıdan çoxu aşınmışdı.Bir az da sürücüyə yazığı gəldi.Sürücü pozulmuş sifətini ona tərəf çevirirb,-Hara gedirik?-soruşdu.

-Tanrının evinə.

-Oldu,-dedi,-haçandı ora gedən yoxdu.

K taksinin pəncərəsindən bomboz şəhərə baxırdı.İnsanlar içində tək-tək rəngli adamlar gözə dəyirdi,rəngi yavaş-yavaş sorulan,rənglərinin gətirdiyi əzabdan qurtuluraq bozluğa qarışan bu-nlar yox kimiydilər.Nə isə... ünvana çatdı.Silah bükülüsünü çiyninə atıb məsçidə daxil girdi. Orta yaşlı dindar K-ya yaxınlaşıb,-Namaz qılmaq istəyirsiz?-soruşdu. K onun sualına güldü.Oz ibadətinə şübhəylə yanaşan din alverçisinin namaz qılmaq təklifi nə qədər gülməliydi.

-Artq milyon illərdi tanrıya xidmətdəyəm, namaz qılmaq bəni- adəmin işidir,-deməkdən özünü saxlaya bilmədi.

Diz çöküb dua etməyə başaladı.Dindar bu adamın onun başa düşmədidyi dildə dua elədiyini gördü.K-nın dua elədikcə necə işıqlandığını görüncə, dindar düz baş axundun yanına qaçdı.O, qapını döymədən özünü içəri atdı.Axundun ayağına döşəndi.Hönkürtüylə ağlamağa başladı,-Mənim bütün günahlarımı bağışla, Allah, nə qələt eləmişəm, hamasını bağışla.

Axund özü də təlaşlandı.Onu yerindən qaldırıb,-Dəli olmusan- nədir.Sakitləş, de görüm, nə olub?

-Allah yerə enib, ya da mələk, ikisindən biridir.Adam işıq saçır.

Axund qorxa-qorxa qapını araladı,məsçidin ortasaında nəyinsə gur işıq saçdığını gördü,o qədər gur idi ki,Axund gözləri yaşara-yaşara ancaq bir-iki saniyə işıq gələn tərəfə baxa bildi.Axundun da qorxudan rəngi ağarmışdı.Onun da bütün günahları yadına düşmüşdü; siğə elədiyi gəlinlər ,yatdığı dullar, gözü düşdüyü, namaz qılmağa gələn qızlar,əvvəlki “alkaş” həyatı, döydüyü,çərlədib öldürdüyü arvadının qırxı çıxmamış özündən qırx yaş balaça qızla evləndiyini birdən-birə xatırladı,günahları o qədər çoxdu ki,xatırlanmasında biri-birinə maneəyə çevrilirdilər.Qəlbinə dolan Allah xofu bütün hisslərini kəsik-kəsik elədi,qapını astaca bağladı,-Axırımız çatıb,-sözləri dilindən düşdü.

-Neyləyək? Qaçaq?-dindar soruşdu.

-Hara?


Axund qapını yenidən araladı, gözqamaşdırıcı işıq yerində üzündə dərin şram,orta boylu,sağlam bədənli,kəsgin baxışlı birisi dayanmışdı.Sonra qeyb oldu,onlar da əllərini göyə qaldırıb “Allaha şükür” dedilər.

K yeyin addımlarla Zülmət adamın arxasınca addımlamağa başladı.Deyəsən K-nın onu izlədiyini Zülmət adam hiss eləmişdi.Amma izləndiyindən belə narahat deyildi.O,sakitcə qarşıdakı küçədən sola buruldu,magistral yola çıxdı.Elə bil, o, K-ya “dalımca gəl” deyirdi,sıx meşəliyə uzanan yolla irəliləməyə başladı.

Körpünün yanına çatanda dayandı.O,bilirdi ki, körpünün o biri tərəfənə keçsə, günah şəhərirnə daxil olaçaq, bu şəhər lənətlənmişdi.K körpünün o biri tərəfinə keçdi.Onun qarşısında sonu üfüqdə itən torpaq yol uzanırdı.Zülmət adam on-on beş addım irəlidə irəliləyirdi.O, nədənsə arxasına çönüb belə baxmadı.K axıra qədər getməliydi.Zülmət adam sola donub torpaq yoldan çıxdı.Torpaq yolun ətrafı ücsüz-bücaqsız çölnən ahatəyə alınmışdı.Uzaqlarda iki-üç ədəd hündür çinar ağacı,kənd evlərinin damları gözə dəyirdi.Ətrafda ins-cins yoxdu,onlar artıq dörd saata yaxın olardı ki,bu yolla irəliləyirdilər.Yol, axır ki,qurtardı, böyük bir təpəyə dirəndi,təpə yol cümləsinin nöqtəsi kimiydi.Onlar təpənin arxasındakı şəhərdə balaca bir kafeyə girdilər.Kafenin pəncərəsindən süzülən Ayın soyuq şüası kafenin içini çətinliklə işıqlandırırdı.Zülmət adam kafenin ən qaranlıq küncündə əyləşdi.Xidmətçi qızlardan birini yanına çağırdı,cibindən çıxardığı dolları xidmətçi qızın qıçlarının arasına soxdu:

-Mən yediymdən gətir.

Qız sürətlə uzaqlaşıb kafenin şişman şefinin qulağına nəsə pıçıldadı.K da Zülmət adamın nə edəcəyini səbirsizliklə gözləyirdi.On dəqiqə sonra xidmətçi qız üstü örtülü nəsə gətirib onun qarşısına qoydu.Zülmət adam örtüyü qaldırdı,məcməyinin içinə insan beyni qoyulmuşdu.O qan içində idi.Zülmət adam sağ tərərfifndəki stulu göstərib ona tərəf baxmadan təklif elədi:

-Buyur əyləş, uzun yoldan gəlmişik.Bir tikə yeyək, sonra gedərik.

-Deməli, sən məni görürdün, amma səssini çıxarmırdın,-K səssizcə cavab verdi,-Bu şəhərdə yeganə adamam ki,sənin varlığından xəbərim var.

-Gəl otur, yolumuz uzundur.

-Mən sənin yediyindən yemirəm.

-Çox təəssüf, bu yemək çox ləzzətlidir.Bax, bu şəhərdəki insanların hamısı beyinlə qidalanır,hamı bir-birinin beynini yeyir.Nə isə biz uzun-uzun yolgetməliyik,sənə bir şey göstərəcəm,ona görə ki,nə bu dünyada,nə də o dünyada yerin var.

-Deməli, gördüklərimi heç kimə söyləyə bilməyəcəm.

Onlar bu vertolyota mindilər,elə bil iki dostdular. K vertalyotdan üzü aşağı baxdı,vertolyot dövrə vuraraq motolu quş kimi Adaya qondu.Dəmir qapı aralandı,K qan rənginə boyanmış günəşə baxdı,bəlkə də günəşi axırıncı dəfə görürdü.Qapı açılanda L-böyük bir bazaya daxil olduğunu anladı,hər iyirmi addımdan bir mühafizəçi postu qoyulmuşdu.Hər postda iki mühavizəçi vardı.Bundan əlavə ətrafa nəzarət üçün hər qüllədə snayperlər vardı.On iki post keçdilər, hə,deməli 24-mühafizəçi,səkkiz qüllə,səkkiz snayper. Zülmət adam qırmızı düyməni basdı,qırmızı düymə zülmət adamın əlinə toxunan kimi yaşıl rəngə çaldı.Lifylə yuxarı qalxdılar.

-İndi hara gedirirk?

-Yerin altına.

Onlar uzun alaqaranlıq dəhlizə çıxdılar.

-Axır ki,gəlib çatdıq,- deyərərk Zülmət adam liftdən yerin altındakı ən axırıncı təbəqəyən düşdü.

O da hadisələrirn gedişini izləmək üçün səbirsizliklə liftdən çıxdı.

-Burdan çıxış yoxdur?-soruşsa da cavabı aydındı.


-Məni öldürmək istəyirsən? Yəqin ki,mənə olan nifrətinin həddi hududu yoxdur,-Zülmət adam güldü və getdi, geri qayıdanda quçağında Big Bosun qızı vardı,-Bir saatdan sosnra bu qızın da beyni çıxarılacaq.
-Bu, olmayaçaq,K-deyərək zülmət adamın boğazından yapışıb sıxdı.Zülmət adamın üzü dəyişdi,-Məni tanımadın, xalaoğlu,- dedi..
Zülmət adam onunla birlikdə özünü sütunlardan birinə çırpdı.K i otuz metr hündürlüyə qalxıb özüylə birgə onu yerə çırpdı,qılıncı çıxardı.
-Zibilə qalmış, silah.Onu sənə kim verdi?-Züləmət adamın gözləri bərəldi.
-Axmaq, o həmişə mənimlə birlikdə olub,mən üç mələkdən biriryəm,-qılncı onun boğazına çəkdi.Qızı yerdən qaldırdı.Sütunların yuxarısından qaranlığın içində iynə ucu boyda işıq süzülürdü.
-Gedirik.
-Hara?- deyərək qız yarı yuxulu, yarı ayıq dilləndi.
-Allahın evinə.
Yüklə 159,87 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin