26. Yağların oksidləşməsi
Yağlar kimyəvi tərkiblərinə görə qliserinin mürəkkəb efirləri və müxtəlif yağ turşularından ibarətdir. Yağların xüsusilə turşu hissəsi çox çətin parçalanan üzvi birləşmələrdir. Bu maddələr mikroorqanizmlər tərəfindən parçalanmasaydı, o zaman külli miqdarda toplanıb torpaqda qalardı. Əmələ gələn qliserin bir çox mikroorqanizmlər tərəfindən mənimsənilir. Sirkə turşusu bakteriyaları qliserindən dioksi aseton əmələ gətirir. Qliserin yağ turşusuna qıcqırma əmələ gətirən anaerob bakteriyalar tərəfindən də istifadə olunur. Yağ turşular: qliserinə nisbətən çətin və tədricən parçalanır. Əvvəlcə oksigenin iştirakı ilə hidrogensizləşməyə uğrayır və nəticədə aralıq məhsullar (ketonlar, aldehidlər, oksiturşular və s) əmələ gəlir, sonralar isə bu məhsullar CO2 və H2O ya qədər parçalanır, yağların oksidləşməsi prosesində sporsuz çöpvari hərəkətli bakteriyalardan Pseudomonas fluorescens, P. Pyocyaneum, Ach. Prodigiosum, sporlulardan isə Bac. Mycoides, Bac.mesentevius, iştirak edir. Prosesdə göbələklərində rolu böyükdür. Göbələklərdən Asp. Niger, Cladosporium herbarium və müxtəlif növ şüalı göbələklər iştirak edir. Göstərilən bu mikroorqanizmlər mürəkkəb yağları yalnız qliserin və yağ turşularına deyil, alınan məhsullarıda CO2 və H2O ya qədər parçalayır. Tədqiqatlar göstərir ki, torpağın hər m³ də bir il müddətində 1 kq qədər yağlı maddələr parçalanır. Yağları parçalayan mikroorqanzmlər ifraz etdikləri lipolitik fermentlərin köməyi ilə bu maddələri əvvəlcə hidroliz edir, sonra isə oksidləşdirir. Nəticədə CO2 və su alınır. Mum və digər yağlı maddələr də eyni qayda ilə parçalanır. Təbii şəraitdə mikroorqanizmlər tərəfindən yağların parçalanmasının təbiətdə maddələr dövranında böyük rolu vardır.
Dostları ilə paylaş: |