28. Alifatik karbohidrogenlərin oksidləşməsi
Heksan, oktan, neftin parafinli fraksiyasi və s. bu kimi maddələr həm zəhərli, həm də çox çətin parçalanma xüsusiyyətinə malikdir. Ona görə də bunların torpaqda parçalanması böyük əhəmiyyət kəsb edir. Alifatik karbohidrogenlər xüsusi mikroorqanizmlər tərəfindən mənimsənilir. Bunlardan müxtəlif növ mikrobakte-riyalar (Mycob. album, Mycob luteum və başqaları), bakteriyalardan Pseudomonas fluorescens, Buct. aliphaticum və s. göbələklərdən Penicillium, Aspergilus və digər cinslərin növləri, Actinomyces cinslərinin növləri və s. iştirak edir. Bu orqanizmlər göstərilən maddələri karbon mənbəyi kimi mənimsəyib, onları əvvəlcə aralıq məhsullara (spirtlərə, üzvi turşulara və s.) və nəhayət son məhsullara qədər (CO2 və su) parçalayır. Karbohidrogenlərin və onların törəmələrinin parçalanmasının nəinki təbiətdə karbon dövranında, hətta torpağın və su hövzələrinin zəhərli maddələrdən təmizlənməsində və oradakı canlıların həyatında böyük əhəmiyyəti vardır. Oksigen çox olan bu mühitdə bu proses daha intensiv gedir.
Dostları ilə paylaş: |