30. Anabolizm və ya konstruktiv proseslər
Maddələr mübadiləsinin əsasını anabolizm və katabolizm prosesləri təşkil edir.(yun – anabole- qaldırmaq) və ya assimilyasiya ( lat – assilimatio – birləşmək, mənimsəmək) hüceyrənin və orqanizmin toxumalarının struktur hissələrinin yeniləşməsi – qurulması prosesidir. Bununla əlaqədar olaraq, anabolizmi həm də plastik mübadilə adlandırırlar (yun – plastikos – yapmaq, düzəltmək). Anabolizm prosesində xarici mühitdən daxil olan və ya ilkin sadə molekullardan mürəkkəb molekulların biosintezi gedir. Nəticədə orqanizmə lazım olan züalallar, nuklein turşuları, karbohidratlar sintez olunur. Orqanizmin böyüməsi dövründə anabolizm daha intensiv gedir. Anabolizm zamanı yaranan birləşmələrdə enerji kimyəvi rabitələr şəklində toplanır. Bu enerji hüceyrədə baş verən parçalanma, yəni katabolizm reaksiyaları nəticəsində ayrılan enerjidən əldə olunur. Katabolizm – sadə birləşmələrdən ATF enerjisinin sərf olunması ilə yeni, daha mürəkkəb birləşmələrin sintez və ya resintez olduğu anabolizm prosesinə əks prosesdir. Hüceyrələrdə katabolik və anabolik proseslərin nisbəti hormonlar vasitəsilə tənzim olunur. Məs. Adrenalin və ya qlyukokortikoidlər hüceyrədə maddələr mübadiləsi balansını katabolizmin üstünlük təşkil etdiyi tərəfə, insulin somatotropin, testosteron isə anabolizmin üstünlük təşkil etdiyi tərəfə yönəldirlər. Maddələrin mübadiləsi və ya metabolizma, orqanizmlərin inkişafını həyati fəaliyyətini və öz-özünə çoxalmasını, ətraf mühitlə əlaqəsini və xarici şəraitdəki dəyişikliklərə uyğunlaşmağı təmin edən orqanizmlərdəki bütün kimyəvi dəyişikliklərin və maddələrin və enerjinin bütün növ çevrilmələrinin məcmusudur. Metabolizmanın mahiyyəti maddələrin və enerjinin çevrilməsidir. Metabolizmanın əsası, canlı materialın davamlı yenilənməsinə və lazımı enerji ilə təmin olunmasına yönəlmiş bir-biri ilə əlaqəli anabolizm və katabolizm prosesləridir.
Dostları ilə paylaş: |