Mikrobiologiya elminin meydana gəlməsi və inkişafı


Şəkərlərin limon və digər turşularla oksidləşməsi



Yüklə 121,03 Kb.
səhifə23/65
tarix02.01.2022
ölçüsü121,03 Kb.
#36067
1   ...   19   20   21   22   23   24   25   26   ...   65
mikro imtahan sualları

23. Şəkərlərin limon və digər turşularla oksidləşməsi

Aerob tənəffüs və qıcqırma proseslərində göstərilmişdir ki, bir çox mikroorqanizmlər bu və ya digər üzvi maddələri aerob şəraitdə tam oksidləşdirmir, nəticədə oksalat, limon, kəhrəba, alma, koye, qlükon və s. turşular əmələ gəlir. Belə proseslər oksidləşdirici «qıcqırmalar» adlanır və onları əsasən göbələklər törədir. Göbələklərdən Mucor, Rhizopus cinslərinin növləri şəkəri kəhrəba, fumar, süd turşuları və etil spirtlərinə, Aspergiilus və Pencillium cinslərinin nümayəndələri isə qlükon, oksalat və limon turşularına qədər oksidləşdirir. Prosesdə qlükon turşusunun əmələ gətirdiyi qlükonoksidaza fermenti mühüm rol oynayır. Oksalo asetat hidrogenazanın köməyi ilə sirkə turşusun-dan quzqulağı turşusu əmələ gəlir. Amin turşularını 1957-ci ildə Kinosita tərəfindən ayrılmış Corynebacterium qlutamicum-dan alınmışdır. Bu bakte-riya L-qlütamin turşusunu əmələ gətirir. Praktiki əhəmiyyətə malik olan limon turşusunun mik-roorqanizmlərin iştirakı ilə əldə edilməsi çox sadə yolla başa gəlir. Əvvəllər limon turşusunu tərkibində 7-9% bu turşu olan limon bitkisinin meyvəsindən, cır meyvələrdən alırdılar. Sonralar S.P.Kostıçev və V.S.Butkeviçin tədqiqatları ilə məlum oldu ki, limon turşusunu zavod miqyasında Asper niger göbələyinin iştirakı ilə saxarozadan almaq olar.




Yüklə 121,03 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin