43.Nitritləşmə prossesi – nitrifikasiya
Adətən üzvi maddələrin parçalanması nəticəsində torpaq və suda əmələ gələn ammonyak tez oksidləşib əvvəlcə nitrit, sonra isə nitrat turşusuna çevrilir. Bu proses nitrifikasiya adlanır. Bunun törədiciləri isə nitrifikasiya bakteriyalarıdır. Bu prosesin mahiyyəti 1889-cu ildə S.N.Vinoqradski tərəfindən aşkar edilmiş və öyrənilmişdir. S.N.Vinoqradskinin apardığı elmi işləri müəyyən etmişdir ki, nitrifikasiya prosesi iki müxtəlif aerob bakteriyaların iştirakı ilə iki fazada gedir. Birinci dövrdə ammonyak nitrit turşusuna qədər oksidləşir. Oksidləşmə zamanı enerji alınır ki, bundan da nitrifikasiya bakteriyaları istifadə edir. Bu prosesdə nitroz bakteriyalarından üç cins iştirak edir: Nitrosomonos, Nitrosostis və Nitrosospira. Bunlardan ən fəalı və yaxşı öyrəniləni Nitrosomonas cinsidir. Nitrifikasiyanın ikinci dövründə nitrit turşusu nitrat turşusuna oksidləşir. Bu prosesdə Nitrobacter cinsi iştirak edir. Bu çox kiçik ölçülü, oval, qram mənfi çöplərdir. Nitrifikasiyanın birinci dövründə mühüm rol oynayan Nitrosomonas isə çöp formalı, qram-mənfi, hərəkətli, spor əmələ gətirməyən bakteriyalardır. Hər iki dövrdə iştirak edən mikroorqanizmlər təmiz mineral mühitdə üzvi maddələrin sintezi üçün enerjini nitritlərin oksidləşmə reaksiyalarından, karbohidratları isə CO2-dən alırlar. Hamısı obliqat aerobdurlar.
Dostları ilə paylaş: |