58.Mikroorqanizmlərin geokimyəvi fəaliyyətinin xalq təsərrüfatında istifadə məqsədilə tənzim olunması
Neft, sulfat və sulfit yataqlarında mikroorqanizimlərin geoloji fəaliyyətinin öyrənilməsinin böyük praktiki əhəmiyyəti vardır. Məsələn, neftin ikinci emalını artırmaq üçün neft sularında geniş yayılmış sulfat reduksiyaedici bakteriyaların kulturasından istifadə edilir. Bu bakteriyalar quyularda artaraq neftin yüksək özlülük qabiliyyətini azaldır və neftin yüngül komponentlərini parçalayır. Beləliklə də quyuda qalmış neft məhsulu neft və qaz halında emal olunur.
Aşkar olunmamış neft yataqlarının kəşf edilməsində də karbohidrogenləri mənimsəyən bir qrup bakteriyalardan indikator kimi istifadə edilə bilir. Bunun üçün tərkibində karbon mənbəyindən başqa, bütün qidalı maddələr olan mineral tərkibli qidalı mühit hazırlanıb, xüsusi qablara tökülür. Bu mühitə neft buxarından karbon mənbəyi kimi istifadə edən mikrob əkilir. Belə qablar bir neçə günlüyə yoxlanılacaq laylara buraxılır. Həmin müddət ərzində qablara əkilmiş bakteriyalar inkişaf ediblərsə , demək layda karbohidrogen buxarı yəni neft vardır.
Metan və propion oksidləşdirən bakteriyaların yayılmasını öyrənməklə Q.A.Moqilevskiy neft və qazın axtarılması üsulunun mikrobioloji əsasını vermişdir.
Torpaqda külli miqdarda karbohidrogenləri oksidləşdirən mikroorqanizimlərin tapılması orada neftin və qazın olmasına işarədir. Neft lay sularında sulfat reduksiyaedici bakteriyaların fəaliyyəti nəticəsində çoxlu miqdarda hidrogen sulfit əmələ gəlir. Bu birləşmə quyuda olan avadanlığın korroziyasına səbəb olmaqla tezliklə onları xarab edir. Bakteriyalardan ziobasillus ferroksidans daş kömürdə olan piriti oksidləşdirib, onu kükürddən azad edir və beləliklə daş kömürün keyfiyyətinin yaxşılaşdırılmasında bu bakteriyadan istifadə olunur.
Bu bakteriyalardan mis mədənlərində də az zəngin sulfit filizlərinin qələviləşdirilməsində istifadə edirlər, beləliklə də, mis metalı ucuz qiymətlə və asan yolla həmin yataqlardan istismar edilir. Qeyd etdiyimiz kimi, prosesi sürətləndirmək məqsədi ilə dəmir sulfatdan istifadə edirlər ki, bunun təsiri ilə metal məhlula keçir və asanlıqla emal olunur.
Dostları ilə paylaş: |