57.Mikroorqanizmlərin dağ süxurları, çöküntülər və yeraltı sularda yayılması
Aparılan mikrobioloji tədqiqatlar göstərirki dağ süxurlarının üzərindən 5 km dərinliyinə qədər olan qatda çoxlu miqdarda mikroorqanizmlərə təsadüf olunur. Z.N.A.Krasilnikovun işləri göstərir ki, dağ süxurlarının üst səthinin torpağının hər 1 q-da minlərlə mikroorqanizmlər olur və dərinliyə getdikcə bunların miqdarı azalır. Mikroorqanizmlərə yalnız dağ süxurlarında deyil , hətta müxtəlif eralarda əmələ gəlmiş çöküntülərdə də geniş rast gəlmək olur. A.Q.Voloqdinin apardığı tədqiqatlar göstərirki , ən qədim qazıntı bakteriyalarına Kembriyə qədər olan çöküntülərdə təsadüf olunur. Paleontoloji dəlillər sübut edir ki, bakteriyalar daha qədimdə yaşayan canlılardır. Hələ Arxey dövrünün axırından ilk qazıntılarda bakteriyalar və göy-yaşıl yosunların izlərinə, Proterozoyun ortasında ilk aerob prokariotlara , ilk eukariotlara, sonunda isə çoxhüceyrəlilərin qalıq izlərinə təsadüf olunmuşdur. Bütün bunlara görə qəti inamla demək olar ki, Yerin biosferində gedən maddələr dövranında mikroorqanizmlər çox qədim geoloji dövrlərdə də iştirak etmişlər.
Müxtəlif kausto biolitlərdə də mikroorqanizm qalıqlarına təsadüf olunur. Daş kömürdə, qonur kömürdə Devon dövrünün bitki qalıqları üzərində külli miqdarda parazit və saprofit göbələk mitseliləri müşahidə olunmuşdur. Hazırda aparılan mikrobioloji tədqiqatlar göstərir ki, yaş torfun 1q-da 700 milyona kimi mikroorqanizm olduğu halda, 25-50 sm dərinlikdə 25 milyona qədər azalır və 6m dərinlikdə isə onların sayı təxminən eyni miqdarda qalır. Bütün bunlar göstərir ki, hələ Kembri, Devon dövrlərində başlamış, bitki qalıqlarının parçalanması prosesi əsasən mikrooqanizmlərin iştirakı ilə əlaqədardır. Yeraltı çöküntülərdən başqa, yeraltı sularda da mikroorqanizmlər geniş yayılmışlar. Artezian quyularının suyunda mikroblar çox azdır. Bulaq suları isə təmizdir. Yerin dərin qatlarında, xüsusilə neft lay sularında da mikroorqanizmlər külli miqdardadır. Müxtəlif dərinlikdən çıxanları bu sularda desulfatlaşdırıcı, denitritleşdirici, ammonyaklaşdırıcı və digər bakteriyalar tapılmışdır. B.L.İsaçenko Bakıda 2200 m dərinlikdə qazılan, lay sularında bir çox bakteriyalardan əlavə, rəngli kükürd bakteriyaları da müşahidə etmişdir.
Dostları ilə paylaş: |