64.Virusların təsnifatı
1965 ci ildə Moskvada keçirilən 9 cu beynəlxalq konfransda virusların müasir təsnifatı verilmiş və bu təsnifat 3 əsas kriteriyaya görə müəyyənləşdirilmişdir. 1 – vibrion morfologiyası. (Morfologiya deyəndə kompleks quruluşu, ölçüləri kapsomer sayı, örtüksüz olması, kub simmetriya və s nəzərdə tutulur). 2 – Nuklein turşusuna görə. ( DNT və RNT tərkibli, molekul çəkisi, ölçüsü və s) 3 – virusların ümunoloji xüsusiyyətləri. (Onların əmələ gətirdiyi xəstəliklər). Hal hazırda virusların DNT və RNT tərkibli təsnifatından geniş istifadə olunur. RNT tərkibli viruslar ( Ribovira) bunlara 16 ailə daxildir. Bu viruslar əsasən bitkilərdə xəstəlik əmələ gətirirlər. RNT tərkibli viruslara korona viruslar, arena viruslar, filo viruslar, flavi viruslar, ortomikso viruslar, binyo viruslar, para mikso viruslar, rabdo viruslar, retro viruslar, reo viruslar, toqa viruslar, kaliki viruslar, pikarno viruslar, astiro viruslar aiddir. Toqa viruslar – (latınca örtük deməkdir). Bu ailənin 90 dan çox növü vardır. Virus hissəcikləri 20 künclüdür. Kimyəvi tərkibinə görə RNT (5,7%), protein (60%) , zülal, yağ (27-30%), və karbohidratlardan (6,6 – 6,5%) ibarətdir. Korona viruslar - əsasən xaricdən litoproteid membranla əhatə olunub. kimyəvi tərkibcə protein, lipid, RNT və karbohidratlardan ibarətdir. RNT – tək qatlı olur, insanlarda enterid, heyvanlarda hepatit, toyuqlarda bronxit xəstəliyi əmələ gətirir. Retro viruslar – sferik formaya malikdir. RNT tək qatlı olur. Tərkibcə RNT karbohidrat, yağ və zülaldan ibarətdir. İnsanlarda leykoz xəstəliyini bu viruslar yaradır. Bionyo viruslar – oval formaya malikdir. RNT tək qatlı spiral formaya malikdir. Tərkibcə RNT, protein karbohidrat, yağdan ibarətdir. İnsanda ensofolit xəstəliyi yaradır. Ensofilit(basda irinli çirk yığılması). Pikono viruslar – tərkib etibarı ilə protein, karbohidrat və yağdan ibarətdir. Dabaq xəstəliyini törədir. Bəzən bu viruslara entoro viruslar deyilir. Orto mikso viruslar – sferik formaya malikdir. Kimyəvi tərkibcə RNT, protein, karbohidrat və lipidlərdən ibarətdir. İnsanda heyvanlarda, qrip, qızılca kimi xəstəlik törətmə xüsusiyyətinə malikdir. DNT tərkibli viruslar qrupuna isə Poksi viruslar (məs: təbii çiçək virusu, çiçək vaksini virusu və b. ), Herpes viruslar (sadə herpes, su çiçəyi, sitomeqaliya virusları və s.), Hepadno viruslar (insanın B hepatit virusu), Adeno viruslar (insanın adenovirusları), Parvo viruslar (adenoassosiyalaşmış viruslar), polyamo viruslar, papilloma viruslar daxildir. Poksi viruslar – çiçək virusları adlanan mikro orqanizmlər, heyvanlarda ən iri viruslar olub, bəzən ölçüsü 260 nm qədər olur. Bunların tərkibi kapsomerlər və kapsitdən, nuklein turşusundan ibarətdir. Həmçinin bunlar çıxıntıya malikdirlər.
Dostları ilə paylaş: |