əyrisinin yerdəyişməsində ifadə olunur.
Şəkil 2. Tələbin artması
Şəkil 3. Tələbin ixtisar olunması
6. Tələbin qeyri-qiymət amilləri
Tələbin dəyişməsinə təsir edən amillər müxtəlifdir, onlardan hər birinin təsiri isə çoxjəhətlidir və xüsusi
təhlil tələb edir. Burada biz qeyri-qiymət amillərinin tələbə təsirinin yalnız ən ümumi xülasəsi ilə
məhdudlaşırıq.
Əhalinin sayı və strukturu tələbin bazis amilləridir, belə ki, bazarın həjmini
müəyyənləşdirirlər. Əhalinin sayı və strukturundakı istənilən dəyişikliklər tələbin dəyişməsinə bilavasitə təsir
göstərir. İstehlakçıların sayının artması bazar tələbinin genişlənməsinə səbəb olur, sayın ixtisarı zamanı isə o,
daralajaqdır. Əhalinin qojalması fəal istirahət üçün nəzərdə tutulmuş nemətlərə tələbin ixtisarı ilə müşayiət
olunajaq, amma bu zaman tibbi ləvazimatlara və səhiyyə xidmətlərinə tələb genişlənəjək.
|