15
İstehsalçı artıqlığı – o istehsalçıların əldə etdikləri əlavə gəlirdir ki, onlar nemət istehsalını tarazlı bazar
qiymətindən aşağı olan son hədd xərjlərilə təmin edirlər. İstehlakçı artıqlığı halında olduğu kimi, istehsalçı artıqlığı
tarazlı qiymətlə onların neməti satmağa hazır olduğu qiymət arasındakı məjmu fərq şəklində – açıq rəngli
düzbujaqlılar – formalaşır. Lakin o, belə bir mühüm fərqlə də səjiyyələnir ki, əgər istehlakçı artıqlığı nemət
faydalılığının subyektiv qiymətləndirilməsindəki fərqlərlə əlaqədar meydana gəlirsə, istehsalçı artıqlığı istehsal
resurslarının istifadə olunmasının səmərəliliyindəki fərqlərin nətijəsidir. Bazar təklifinin fasiləsiz xətti üçün
məjmu istehsalçı artıqlığının kəmiyyəti tarazlı qiymət xəttinin altında yerləşən, ordinat oxu və bazar təklifi
xəttilə məhdudlaşdırılan üçbujaqlının sahəsi kimi müəyyən edilir. Məjmu istehlakçı və istehsalçı artıqlıqlarının
jəmi elə bir ijtimai fayda haqqında təsəvvür yaradır ki, bunu jəmiyyət bazar mübadiləsi mexanizmindən
istifadə etmək hesabına əldə edir.
Dostları ilə paylaş: