gəlir.
Optimal seçim – istehlakçının gəlirinin elə bölgüsüdür ki, bu zaman ona maksimum
faydalılığı əldə etməyi təmin edən istehlak strukturuna nail olunur. İstehlakçı E nöqtəsində
yerləşərək mövjud büdjə məhdudiyyətləri daxilində onun üçün əlçatan faydalılıq səviyyəsindən ən
yüksəyinə (maksimumuna) çatır və tarazlıq səviyyəsində olur. İstehlakçı tarazlığı onu bildirir ki,
bazar qiymətləri, gəlir və üstünlüklər nəzərə alınmaqla seçilmiş nemətlər dəsti ona maksimum
faydalılığı təmin edir və onda nemətlərin digər kombinasiyası axtarışına daxili motiv, yaxud qəbul
edilmiş qərarın dəyişiklikləri olmur.
Dostları ilə paylaş: |