BÜDCƏ MƏHDUDİYYƏTLƏRİ: İSTEHLAKÇI NƏYİ ALMAQ İMKANINA MALİKDİR
İstehlakçının Büdcə Məhdudiyyəti: Büdcə məhdudiyyəti xəttindəki hər hansı bir nöqtə istehlakçının almaq imkanı olduğu istehlak paketlərini göstərir. Məsələn, əgər istehlakçı pizza almasa, o, 500 pinta Pepsi istehlak edə bilər (B nöqtəsi). Əgər istehlakçı heç bir Pepsi almırsa, o, 100 pizza istehlak edir (A nöqtəsi). Əgər istehlakçı pulunu pepsi və pizza arasında yarı bölərsə (C nöqtəsi) 250 pinta pepsi və 50 pizza ala bilər və s.
BÜDCƏ MƏHDUDİYYƏTİNİN MEYLİ:
Büdcə Məhdudiyyətindəki meyil istehlakçının bir əmtəəni digər əmtəəyə dəyişə biləcəyi dərəcəni göstərir. Büdcə məhdudiyyətinin meyli iki əmtəənin nisbi qiymətlərinə - bir əmtəənin qiymətinin digərinin qiymətinə olan nisbətinə bərabərdir.
MEYL:
Bir dəyişənin dəyişməsinə digər dəyişənin necə cavab verməsini başa düşmək üçün MEYL anlayışından istifadə olunur.
MEYL = Δy: Δx
Əyrinin meylliyini (mailliyini) tapmaq üçün koordinat X və Y-in bir nöqtədən digərinə dəyişilərkən bu dəyişilmənin əhəmiyyətini hesablamaq zəruridir.
Xəttin meyli (mayilliliyi) – Y koordinatındakı dəyişmənin , X koordinatındakı dəyişməyə olan nisbətinə bərabərdir.
(Əslində, büdcə məhdudiyyəti aşağı endiyindən meyl mənfi rəqəmdir. Lakin bizim halda mənfi işarəsinə əhəmiyyət verməmək olar).
Büdcə məhdudiyyətinin meyli:
Büdcə məhdudiyyətinin meyli (mailliyi) bucağın tangensi ilə müəyyən olunur.
İti bucağın tangensi bu bucağın qarşısındakı katetin bitişik katetə olan nisbətinə bərabərdir.
Qarşıdakı katet şaquli oxdur və onun hündürlüyü büdcənin Y məhsulunun qiymətinə olan nisbətinə bərabərdr. Uyğun olaraq bitişik katetin uzunluğu büdcənin X məhsulunun qiymətinə nisbətilə müəyyən olunur.