Mikroiqtisadiyyat m istehlakçi seçİMİ NƏZƏRİYYƏSİ


İstehlakçı əmtəələrin mümkün olan ən yaxşı kombinasiyalarına – yəni, mümkün olan ən yüksək bitərəflilik əyrisi üzərində olan kombinasiyaya nail olmaq istəyir



Yüklə 0,76 Mb.
səhifə9/16
tarix27.09.2023
ölçüsü0,76 Mb.
#149425
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   16
təq-2

İstehlakçı əmtəələrin mümkün olan ən yaxşı kombinasiyalarına – yəni, mümkün olan ən yüksək bitərəflilik əyrisi üzərində olan kombinasiyaya nail olmaq istəyir.
Lakin istehlakçı onun əldə etmək imkanı olduğu resursların məcmusunu göstərən büdcə məhdudiyyətinin üzərində və ya altında son nəticəni əldə etməlidir.

İstehlakçının Optimal Seçimləri


Bitərəflilik əyrisi və büdcə məhdudiyyətini əlaqələndirməklə istehlakçının optimal seçimini müəyyən etmək olar.
İstehlakçının çata biləcəyi ən yüksək bitərəflilik əyrisi büdcə məhdudiyyətinə cüzi olaraq toxunan əyridir.
Bitərəflilik əyrisi ilə büdcə məhdudiyyətinin toxunduğu bu nöqtə optimal nöqtə adlanır. Optimal nöqtədə bitərəflilik əyrisinin meyli büdcə məhdudiyyətinin meylinə bərabərdir.

İstehlakçının Optimal Seçimləri

  • İstehlakçının optimal nöqtəsində istehlakçının iki əmtəəni dəyərləndirməsi (marjinal əvəzləşdirmə dərəcəsi ilə hesablanan), bazarın dəyərləndirməsi (nisbi qiymətlə hesablanan) ilə eynidir.

Təsvir 6 İstehlakçının Optimal Nöqtəsi


Pizzanın
Miqdarı
Pepsinin
Miqdarı
0
Büdcə məhdudiyyəti
I1
I2
I3
Optimal nöqtə
A
B
Copyright©2004 South-Western

Təsvir 6. İstehlakçının Optimal Nöqtəsi

  • İstehlakçı öz büdcə məhdudiyyəti üzərində daha yüksək bitərəflik əyrisi üzərində yerləşən nöqtəni seçir.
  • Burada istehlakçının çata biləcəyi ən yüksək bitərəflik əyrisi l2-dir. İstehlakçı l3 bitərəflik əyrisi üzərində yerləşən A nöqtəsini üstün tutsa da istehlakçı pepsi və pizzanın bu paketini almaq imkanına malik deyil.
  • Əksinə, B nöqtəsinə nail olmaq mümkündür, lakin o daha aşağı bitərəflik əyrisi üzərində yerləşdiyindən istehlakçı ona üstünlük vermir.

Gəlirdəki Dəyişikliklər İstehlakçının Seçimlərinə Necə Təsir Göstərir


Gəlirdəki artım büdcə məhdudiyyətinin yerini kənara doğru dəyişir.
İki əmtəənin nisbi qiyməti dəyişmədiyindən, yeni büdcə məhdudiyyəti meyli ilkin büdcə məhdudiyyəti meyli ilə eynidir.
İstehlakçı daha yüksək bitərəflik əyrisində əmtəələrin daha yaxşı kombinasiyasını seçmək imkanı əldə edir.

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin