Gəlirdəki Dəyişikliklər İstehlakçının Seçimlərinə Necə Təsir Göstərir
Normal və Keyfiyyətsiz Əmtəələr Əgər gəliri artdıqda istehlakçı hər hansı əmtəədən daha çox alırsa, bu əmtəə normal əmtəə adlandırılır. Normal əmtəə - gəlirin artması ilə tələb həcmi artan əmtəədir.
.
Əgər gəliri artdıqda istehlakçı hər hansı əmtəədən daha az alırsa, bu əmtəə keyfiyyətsiz əmtəə adlandırılır. Keyfiyyətsiz əmtəə - gəlirin artması ilə tələb həcmi azalan əmtəədir. .
.
Təsvir 8 Keyfiyyətsiz Məhsul (Pizza normal əmtəə, pepsi isə keyfiyyətsiz əmtəə olduqda)
Qiymətlərdəki Dəyişikliklər İstehlakçının Seçimlərinə Necə Təsir Göstərir
Hər hansı məhsulun qiymətinin düşməsi büdcə məhdudiyyətinin yerini kənara doğru dəyişir və nəticədə büdcə məhdudiyyətindəki kənara doğru yerdəyişmə meyli dəyişir.